Hələ də bəzi rəhbərlər kouçinqə bir əsa kimi baxır – sanki ona yalnız tükəndikdə, çıxılmaz vəziyyətdə qaldıqda və ya biznesi maliyyə itkisi yaşadıqda müraciət olunur.
Amma dünyanın ən güclü liderləri bir həqiqəti bilirlər: kouçinq zəiflik əlaməti deyil.O, təsiri qat-qat artıran bir gücdür.
Kouçinq inkişafı sürətləndirir. Kor nöqtələri aşkara çıxarır. Lideri daxildən dəyişir – hər şey dağılarkən yox, o, növbəti səviyyəyə yüksəlməyə hazır olanda.
Çünki istənilən biznesin qarşısındakı ən böyük maneə bazar, iqtisadiyyat və ya komanda deyil. Əsas maneə liderin psixologiyasıdır.
Ən yüksək performans göstərənlər tək hərəkət etmirlər
Dünyanın ən yaxşıları – idmançılar, sənətçilər, siyasətçilər, CEOlar – böhran yaranana qədər gözləyib sonra kouç tutmurlar. Onlar kouçinqdən üstünlüklərini optimallaşdırmaq və genişləndirmək üçün istifadə edirlər.
Kouçinq yalnız qırılmış mexanizmi təmir etmək məqsədi güdmür. Onun missiyası işləyən mexanizmi maksimum səviyyəyə çatdırmaqdır.
Google böyük sürətlə böyüyərkən, ona yeni CEO təyin olunan Eric Schmidt artıq texnologiya dünyasının nüfuzlu rəhbərlərindən biri idi. Amma buna baxmayaraq, o da kouçla işləməyə üstünlük verdi. Niyə? Çünki yeni vəzifəsi ilə birlikdə məsuliyyəti də böyüyürdü. Əlinin altındakı komandalar sürətlə genişlənirdi. Verilən qərarlar daha ağır nəticələr doğururdu.
Schmidtin kouçu ona liderliyini şirkətin vizyonu ilə uyğunlaşdırmağa, diqqəti yayındırmadan daxili siyasəti idarə etməyə və strateji inkişaf fokusunu qorumağa kömək etdi. Məhz bu, daha az resursla daha böyük təsir yaratmaq bacarığıdır.
Ən güclü liderlər anlayırlar ki, əgər otaqdakı ən ağıllı insan özləridirsə, deməli özlərini məhdudlaşdırırlar. Onlar bilirlər ki, ətraflarını iti düşüncəyə sahib insanlarla əhatə etməlidirlər. Kouçinq məhz bunu təmin edir.
Kouçinq görə bilmədiklərini üzə çıxarır
Hər liderin kor nöqtələri var – aydın görə bilmədiyi davranış modelləri, vərdişlər və fərziyyələr. Kouçinqin əvəzsiz olduğu məqam da məhz budur.
Satya Nadella Microsoftda CEO vəzifəsinə gəldikdə, o, “sabit düşüncə tərzi”nə ilişib qalmış bir şirkət təhvil aldı. Şirkət daxilində insanlar öyrəndiklərinə görə deyil, bildiklərinə görə mükafatlandırılırdılar. Bu düşüncə tərzi innovasiyanın önünü kəsmişdi.
Mentorların və şikrət xarici məsləhətçilərin dəstəyi ilə Nadella şirkətin mədəniyyətini yenidən formalaşdırdı və onu “hər şeyi bilən” yanaşmasından “hər şeyi öyrənən” yanaşmasına keçirdi. Bu dəyişiklik növbəti strategiya sənədindən yaranmadı. Bu, onun baxış bucağını sorğulayan və yeni liderlik yanaşmasını oyadan kouçinq prosesi nəticəsində mümkün oldu.
Kouçinq liderlərə aydınlıq qazandırır – aydınlıq isə gücdür.
Liderlik psixologiyasını gücləndir
Satış mexanizmləri. İşə qəbul. Strategiya. Əməliyyatlar. – Bunların hamısı önəmlidir. Amma ən önəmli olan bunlar deyil.
Uğurun 80%-i düşüncə tərzi və psixologiya, 20%-i isə texniki tərəfdir.
Düşüncə tərzin qərarlarını formalaşdırır. Özünə danışıb özünü inandırdığın hekayələr davranışını müəyyən edir. Emosional vəziyyətin təzyiq altında necə reaksiya verəcəyini təyin edir. Psixoloji ustalıq olmadan ən yaxşı strategiyalar belə təsirsiz qalır.
Anne Mulcahy Xeroxun CEOsu təyin edildikdə, şirkət dağılmağa həftələr qalmış vəziyyətdə idi. Qurumun içində motivasiya aşağı idi. Şirkət sürətlə pul itirirdi. Əksəriyyət sonlarının uğursuzluqla nəticələnəcəyinə inanırdı.
Mulcahy başa düşürdü ki, dəyişiklik lazımdır və bu dəyişikliyə öz düşüncə tərzindən başladı. Etibar etdiyi məsləhətçilərin və kouçların dəstəyi ilə o, xaosun içində liderlik etmək üçün emosional dayanıqlıq qurdu. Qorxu ilə üzləşdi, prioritetləri dəqiqləşdirdi və sabitliyi, həmçinin etimadı bərpa edən cəsarətli addımlar atdı.
Kouçinq sadəcə dəstək deyil. O, psixoloji güc təmrinidir. Liderlərə, xüsusilə təzyiqin ən yüksək olduğu anlarda, güclü qərarlar vermək bacarığı qazandırır.
Optimallaşdır və icra et
Kouçinq sənə yalnız çıxılmaz vəziyyətlərdə lazım deyil. Ən güclü liderlər ondan proaktiv şəkildə böyümək və optimallaşmaq üçün istifadə edirlər. Dünya səviyyəli bir biznes transformasiya kouçu daha çox vaxt və pul sərf etmədən, kiçik dəyişikliklərlə zamanla böyük nəticələr əldə etməyə kömək edə bilər.
Yaxşı ideyaya və ya yaxşı niyyətə sahib olmaq kifayət deyil. Kouç səni yolda olmağını təmin edən, uğurlarını və işlər çətinləşəndə sənə məqsədini və hədəflərini xatırladan hesabatlılıq tərəfdaşıdır.
Sheryl Sandberg problemlər yaranana qədər gözləmədi. Facebookda işlədiyi dövrdə o, ən vacib olanı dəqiqləşdirmək, inkişafı ölçmək və böyük miqyasda liderlik etmək üçün kouçinqdən istifadə edirdi. Kouçu ona böyük məsuliyyətləri icra edərkən komandaları şirkətin missiyası ətrafında birləşdirməyə kömək edirdi.
Məhz fərq də buradadır: bəziləri yalnız daha çox işləyir, bəziləri isə sistem və doğru liderlik sayəsində təsirini böyüdür. Kouçinq də insanın daha çox işləməsinə yox, daha böyük təsir yaratmasına kömək edir.
Nəticələri sürətləndir
Kouç olmadan da irəliləyiş əldə edə bilərsən. Sınaq və səhv yolu ilə biznesini böyüdə bilərsən. Amma bu yol yavaşdır, bahalıdır və yorucudur.
Kouçinq səni olduğun nöqtə ilə olmaq istədiyin nöqtə arasındakı məsafəni çox daha qısa müddətdə bağlayır.
Doğru kouç sənə dəqiq şəkildə harada ilişib qaldığını və harada inkişaf etdiyini göstərir. Məhdudiyyətlərini sorğulayır və diqqətini yayındıran amillər və şübhələr ortaya çıxanda belə səni vizyonuna bağlı saxlayır.
Kouç hər müştəridən daha çox qazanc, hər görüşdən daha çox aydınlıq, hər saatdan isə daha yüksək nəticə əldə etməyə kömək edir.
Kouçinq lüks deyil; strateji üstünlükdür
Əgər həqiqətən böyümək istəyirsənsə, kouçinq seçim deyil. O, uyğunlaşma, inkişaf və transformasiya üçün ən sürətli yoldur.
Ən güclü liderlər tək hərəkət etmirlər. Onlar kouçinqdən öz təsirlərini təkbaşına nail ola biləcəklərindən daha geniş səviyyəyə çatdırmaq üçün istifadə edirlər.
Özündən soruş:
• Harada düzgün baxış əvəzinə yalnız güc sərf edərək irəliləyirsən?
• Hansı davranış modellərində ilişib qalmısan ki, bir kouç onları qırmağa kömək edə bilər?
• Səni növbəti səviyyəyə aparacaq bir kouçla işləsəydin, həyatında nə dəyişərdi?
Kouçla işləmək zəiflik əlaməti deyil. Bu, liderliyin ən güclü halıdır.
Müəllif: Tony Robbins | Peşəkar kouç, yazıçı və iş adamı
© 2026 · coaching.az








Şərh əlavə et