coaching.az |

İnsanın məna axtarışı

İnsan kimdir? Məqsədləri nədir? Niyə bu dünyaya gəlib?

Hər insan həyatında özünəbu sualları ən az bir dəfə verib. Bəziləri bu sualıb cavabını tapıb, bəziləri isə axarına buraxıb, cavabsız olaraq yaşamağa davam edir. İnsanın məna axtarışı həm ona ruh yüksəkliyi verir və hər fikirlərini formalaşdırır, həm də cüzi də olsa ömrünü mənalandırır.

Fikir versəniz, görərsiniz ki, insanların məsələlərə baxış bucaqları o qədər fərqlidir ki, kimisi daim gülümsəyərkən, kimisi ən maraqlı anlarda belə soyuq reaksiyası ilə diqqəti cəlb edir. Bəs nə üçün belədir? Görəsən bu insanlardan hansıları özünə məna suallarını verib, yaxud cavablarını tapıb?

Əslində, insanın məna anlayışı onun baxış bucağında formalaşır. Həyat dediyimiz, dərin və geniş, ən əsası möcüzəli məfhum kimi  öz sirləri və möcüzələri ilə daima yaşayış şəraitimizi, dünyadan aldığımız zövq anlayışını dəyişir. Bütün bunlara baxmayaraq, önəmli olan odur ki, biz nəyi axtarırıq və niyə axtarırıq.

Doğurdan da, dünyada ən əsas sual NİYƏ sualıdır. Əgər bir fərd həyatındakı bütün məsələlərə bu sualı yönəltsə və öz cavabını tapsa, həyatının fərqinə varacaq. Əslində, insanın məna axtarışı baş verən hadisələrə, problemlərə fürsət kimi baxmasıdır. İnsan hər baş verən hadisədə bir məna, dərinlik, açıqlanmasını arzulayan gizlilik görməli, duymalı, hiss etməlidir. O, hər hadisəyə bütün duyğu üzvləri ilə yanaşmalı və kəşf etməyə çalışmalıdır. Ətrafda hər kəs birini sevməyə, həyatına dəvət etməyə, dostluqlar qurub, ətrafını genişlətməyə can atır, amma bu çoxluğun əksəriyyəti özü ilə dostluq qurub özünü tanımağa can atmır. Əslində, insanın ilk dostluğu onun özü ilə olan dostluğudur. Buna görə, tək bir ifadə ilə fikrimi yekunlaşdırmaq istəyirəm. Tək bir sual ilə özünüzü kəşfə çıxın:

Nə istəyirəm və niyə istəyirəm?

Həqiqətən ehtiyac duyulan şey, həyata istiqamətli tutumumuzdakı əsas bir dəyişmə idi. Həyatdan nə gözlədiyimizin həqiqətən əhəmiyyətli olmadığını, əsl vacib olan şeyin həyatın bizdən nə gözlədiyi olduğunu öyrənməyimiz və əlavə olaraq, ümidsiz insanlara öyrətməyimiz lazım gəlirdi. Həyatın mənası haqqında suallar verməyə başladığımız, bunun əvəzinə özümüzü həyat tərəfindən hər gün, hər saat sorğulanan birisi olaraq düşünməyimiz lazım gəlirdi. Cavabımızın danışmaq, ya da meditasiyadan deyil, doğru hərəkətdən və doğru həyat formasından ibarət olması lazım idi.

Son olaraq, həyat problemlərə doğru həllər tapmaq və hər fərd üçün önünə davamlı şəkildə qoyduğu vəzifələri yerinə yetirmə məsuliyyətini almaq mənasına gəlir.

Dəyər daşıyıcısı olun.

Müəllif:  Aygül Rüstəmova | Ψ

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

1 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.