coaching.az |

Dərs

Bir gün tələbə öz ustadına dedi:

– Ustadım, sən çox müdrik insansan. Hər zaman yaxşı əhval-ruhiyyədəsən, heç vaxt əsəbləşmirsən. Mənə də belə olmağı öyrət.

Müəllim öyrətməyə razılaşdı və ondan bir kartof və şəffaf kisə gətirməyi xahiş etdi.

– Əgər kiməsə əsəbləşsən və küssən, – dedi müəllim, – kartofu götür və üzərinə münaqişə yaşadığın o şəxsin adını yaz və bu kisəyə qoy.

– Elə bu? – deyə, şagird təəccüblə soruşdu.

Xeyr, – dedi müəllim. – Bu kisəni hər zaman özünlə daşımalısan. Hər dəfə kiminləsə yeni münaqişə yaşasan, kisəyə yeni kartof atmalısan.

Şagird razılaşdı. Bu dərsin üzərindən bir müddət keçdi. Şagirdin kisəsi kartoflarla dolmuş və ağırlaşmışdı. Kisəsini hər zaman özü ilə daşımaq şagird üçün əziyyətə çevrilmişdi. Bundan başqa, kisəyə ilk qoyduğu kartof da xarab olub, iylənməyə başlamışdı.

Şagird ustadının yanına gələrək dedi:

– Ustadım, artıq bu kisəni özümlə daşımağım qeyri-mümkün olub. Həm kisə çox ağırlaşıb, həm də ki, çox pis qoxu yayılmağa başlayıb.

Ustad cavab verdi:

– Əslində sənin həyatın bunun bənzəridir. Sadəcə görə bilmirsən. Davranışlar vərdişlərə çevrilir, vərdişlər xarakterə. Bunlar isə xoşagəlməz qüsurların və günahların başlanğıcıdır. Bu dərslə sənə bütün bunları kənardan müşahidə etmə şansını verdim. İndi mənə de görüm, başqalarının bu qədər günahını özünlə daşımağın bir mənası varmı?

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.