Növbəti romanımın üzərində işləyirəm. Bu yaxınlarda onun 30 səhifəsini sildim. Bir anda yox – addım-addım, cümlə-cümlə.
Hər səhər oturub bir gün əvvəl yazdıqlarımı oxuyurdum. Sonra “bu olmayıb” deyir və silirdim. Ən çox sevdiyim səhnələri də sildim.
Çünki bir şeyi anladım: yazıçılıq təkcə yazmaq deyil. O, həm də silməyi bacarmaqdır. Yazmaq asandır. Çətin olan öz əlinlə yazdığın, hər hərfinin üstündə əsdiyin cümlənin əslində yaxşı olmadığını qəbul etməkdir. Və onu tərəddüdsüz silmək.
Yazıçının vəzifəsi sadəcə gözəl cümlələr qurmaq deyil. Oxucunu növbəti cümləyə aparmaqdır.
Heykəltəraş daşın artığını yonduğu kimi, yazıçı da sözün artığını yonmağı bacarmalıdır.
Bəzən insanı irəli aparan şey topladıqları yox, geridə qoymağa cəsarət etdikləridir.
Bəs sizin atdığınız, amma sizi irəliyə aparan nələrsə olubmu?
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi








Şərh əlavə et