Tony Robbins özünü tamamilə şəxsi inkişaf mövzularını araşdırmağa həsr etmiş və ətrafında olan milyonlarla insanı motivasiya edən fövqəladə bir şəxsiyyətdir. Tez-tez ondan necə bu qədər enerjili, cəsarətli və ilham verici ola bilməsinin səbəbini soruşurlar. Cavabında Robbins illərdir icra etdiyi və onu bu tükənməz enerji ilə dolduran “10 dəqiqə ritualı”-nın olduğunu bildirir.
“Özünüzü hər gün inkişaf etdirməlisiniz. Ən azı 10 dəqiqə nələrsə etməlisiniz. Əgər özünüz üçün 10 dəqiqəniz yoxdursa, sizin şəxsi həyatınız yoxdur deməkdir. Səhərlər qalxan kimi ilk etdiyim şey budur” – deyir Tony Robbins.
Beləliklə, aşağıda Tony Robbinsin səhər ritualı ilə tanış ola bilərsiniz.
Üç dəqiqə yarımlıq minnətdarlıq. Üç ən sadə şeyi seçin; üzünüzə toxunan meh, uşaqlarınızın siması… İstənilən şey… Həyatımızı iki duyğu korlayır: qorxu və qəzəb. Beləcə, siz minnətdarlıq duya bilmirsiniz və eyni zamanda qorxursunuz. Siz eyni anda həm qəzəbli, həm də minnətdar ola bilməzsiniz. Əgər gününüzü minnətdarlıqla başlasanız, xoşbəxtliyə gedən yolda sürətli bir cığır açmış olarsınız.
Üç dəqiqə etdiklərinizin nəticələrini düşünün. Nələrə nail olmusunuzsa, özünüzə təşəkkür edin və uğurunuzu qeyd edin.
Və üç dəqiqə yarım ən çox sevdiyiniz şey barədə düşünün. Sevgi hərəkətdir. O, söz deyil. O, hiss deyil. Əgər sevirsinizsə, ona uyğun hərəkət edəcəksiniz. Tony Robbins iddia edir ki, bu kiçik addımlar onun belə fantastik enerjisinin yaranmasına səbəb olur.
Hazırladı: Lalə Rəsulova
© 2019 · coaching.az
Hәyatin ozu dә elә bu deyilmi? Sukur et vә daha yaxsisi ucun calis. Әla