Qayda № 1: İşinizə sadiq olun. Ona başqaları inandığından daha çox inanın.
Qayda № 2: Gəlirinizi əməkdaşlarınızla bölüşün və onlara tərəfdaşlarınız kimi davranın. Cavab olaraq onlar da sizə eyni şəkildə münasibət göstərəcəklər və birlikdə heç arzu edə bilməyəcəyiniz zirvələrə yüksələcəksiniz.
Qayda № 3: Tərəfdaşlarınızı stimullaşdırın. Davamlı şəkildə, günbəgün onları həvəsləndirmək və meydan oxumaq üçün yeni yollar axtarın.
Qayda № 4: Sizin üçün əlçatan məlumatları əməkdaşlarınızla bölüşün. Onlar çox bildikcə, daha çox anlayışlı olacaqlar. Çox anladıqca, işin daha çox qayğısına qalacaqlar.
Qayda № 5: Əməkdaşlarınızın əməyini qiymətləndirin. Vaxtında söylənmiş bir neçə səmimi tərif sözünü heç nə əvəz edə bilməz. Bunları etmək pulsuzdur, ancaq böyük sərvət dəyərindədir.
Qayda № 6: Uğurlarınızı qeyd edin. Səhvlərinizi ələ salmağı bacarın. Özünüzü çox ciddi qəbul etməyin.
Qayda № 7: Şirkətinizdə işləyən hər kəsi dinləyin. Ön cəbhədə müştərilərlə birbaşa işləyən şəxslər işlərin həqiqətən də hansı yerdə olduğundan agahdırlar.
Qayda № 8: Müştərilərinizin gözləntilərinə cavab verin. Onların istədiklərini artıqlaması ilə verin.
Qayda № 9: Rəqiblərinizi izləməkdənsə xərclərinizə nəzarətdə saxlayın.
Qayda № 10: Axına qarşı üzün. Öz yolunuzu tapın. Ənənəvi müdrikliyə əhəmiyyət verməyin.
Samuel Moore Walton (1918-1992) – Amerikalı iş adamı, dünyanın ən böyük marketlər şəbəkəsi Wal-Martın qurucusu. 1985-ci ildə Forbes jurnalı tərəfindən dünyanın ən zəngin insanın elan edilmişdir.
© 2018 · coaching.az