coaching.az |

Ayşe Coral – Bir insan bir dünyadır.

“Hər bir fərd təkrarolunmazdır, məna axtaran və məna yaradandır və özünü tapmaq üçün saysız-hesabsız güclü tərəfləri vardır”.

Bu sözlər ADLER Central Europe şirkətinin rəhbəri Ayşe Corala aiddir. Qeyd edək ki, dünyanın tanınmış kouçinq məktəblərindən sayılan ADLER International Türkiyəki ofisləri vasitəsi ilə artıq Azərbaycanda fəaliyyətə başlamışdır və onların ölkəmizdəki təmsilçisi ALPHA Coaching & Consulting şirkətidir. ADLER Azərbaycandakı nümayəndəliyi vasitəsi ilə müştərilərinə korporativ və fərdi kouçinq və peşəkar təlim xidmətləri təklif edir. Sizə Ayşe Coralın kouçinq və mentorluq barədə yazısını təqdim edirik.

ADLER Central Europe 2008-ci ildə təsisçimiz mərhum Ersin Günöy tərəfindən Türkiyəyə gətirilən qabaqcıl məktəblərdən biridir. Şirkətimizin iki fəaliyyət istiqaməti var. Əvvəla biz ADLER məktəbini təmsil edən ICF (Beynəlxalq Kouç Federasiyası) akkreditasiyalı bir məktəbik və peşəkar kouçlar yetişdiririk. ADLER məzunu kouçlarımızın sayı təxminən 1500-ə yaxındır və bu rəqəm kouçinq Türkiyədə peşə olaraq qəbul edildikdən sonra gedərək artmaqdadır. Digər istiqamətimiz isə, şirkətlərə verdiyimiz daxili kouçinq, mentorluq, idarəetmə kouçinqi, münaqişənin idarə edilməsi və komanda kouçinqi kimi təlimlərin olduğu sahədir. Təşkilati kouçinq və mentorluq xidmətlərimizlə təşkilat daxilində performansı, öyrənməni, məmnuniyyəi dərk etməyin əhəmiyyətini və kouçinqin varlığını hiss etdirərək, kouç tərzli rəhbərlərin yetişdirilməsinə şərait yaratmağa çalışırıq.

Kiçik və orta miqyaslı şirkətlərin diqqətini çəkəcək xidmətlər.

Korporativ xidmətlərimizlə orta və böyük miqyaslı və Türkiyənin qabaqcıl şirkətlərinə onların ehtiyaclarına  yönəlik kouçluq və mentorluq təlimləri verərək, bu peşənin hər sahədə yayılmasına xidmət göstərdiyimiz üçün qürur duyuruq. Bu vaxta qədər 1500-ə yaxın şirkət rəhbərinə təlim vermişik.

Bu il Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Bolqarıstanda da təlimlər vermək üzrə təşəbbüs göstərdik və artıq Dubayda ilk təlimlərimizi başlatdıq. Məqsədimiz güclü kouçinq təlimlərini yaymaq və bunu insanlara hiss etdirə bilməkdir.

Bütün bu təlimləri güclü bir heyətdən təşkil olunmuş fakültə və korporativ liderlərimizlə həyata keçiririk. Hər biri öz bilik təcrübələri və ADLERin güclü akademik təcrübələri ilə iştirakçılarda dərin bir fərqindəlik yaradan heyəti təşkil edirlər. Həm idarəçilərimiz, həm də təlimçi-müəllim heyətimiz sayəsində vizyonumuzu daha da yüksəltmə sevgisi ilə işləməyə davam edirik.

Karyera “xarakterə” bağlıdır.

Karyeranın vasitə və ya məqsəd olması insanın yaşına və həyata necə baxmasından asılıdır. Yaşın, təcrübənin və ailə ənənəsinin də təsiri böyükdür. Əgər insan karyeraya pul qazanmaq üçün baxırsa, onda iş ön plana çıxır. Əgər sosial status olaraq görürsə, o zaman vəzifə və ünvan önəm qazanır. Əgər öz daxili (mənəvi) səyahətini həyata keçirməklə, fərqindəliyə çatmaq məqsədilə o pəncərədən baxırsa, karyerası həyat məqsədi olmuşdur. Bunu Maslow piramidasına uyğunlaşdırsaq, əsas ehtiyaclar, sosial status və özünü tapmaq kimi qeyd edə bilərik.

Xoşbəxtlik insanın həyatdan nə istədiyi ilə mütənasibdir. İnsan sevdiyi şeyi və vəziyyəti işə çevirə bilirsə, gördüyü işdə xoşbəxt olar və məmnunluq əldə edər. Bu da öz daxili səyahətini reallaşdırmaqda önəmli bir rol oynayar. Həyat məqsədini də reallaşdırmış olar. Bu səbəbə görə, sevdiyi işi görənlərin daha xoşbəxt olduğu müşahidə edilir. Kouçinq də insanların bir növ öz yollarını tapmaq və həyat məqsədlərini reallaşdırmaq üçün yol açar. Bir insan öz təkrarolunmazlığı və güclü tərəflərini dərk etdikdə karyera və şəxsi həyatında daha xoşbəxt ola bilər.

Kouçinq və mentorluq nədir?

Kouçinq və mentorluq bir-birlərinə yaxın görünsə də, aralarında müəyyən fərqlər var. Əslində hər ikisi qardaşdır və zaman-zaman bir-birlərinə keçə bilər. Kouçinq insanın hədəflərinə çatmağa dəstək olmaq məqsədilə səriştə və bacarıqlarımızla olduğumuz nöqtədən çatmaq istədiyimiz hədəfi əldə etmək üçün istiqamətləndirilmiş seanslardan ibarətdir. Kouç sual verər, meydan oxuyar, mövcud vəziyyəti əks etdirər, gördükləri, hiss etdikləri barədə geri məlumat verər. Kouçinqdə məqsəd performansın qayğısına qalmaq və davamlılıqdır. Kouçinq müəyyən bir zaman müddətində təyin edilib, həyata keçirilir.

Mentorluq: bilik, təcrübə, yaxşı niyyət əlaqəsinə söykənən yardımçı ünsiyyətdir. Təşkilatlarda mentorluq daha az təcrübəli insana güvən, məqsədini dəqiqləşdirməsi, fikir və müdriklik qazanmasını təmin etmək üçün edilən qarşılıqlı görüşlərdir. Qarşılıqlı öyrənmədən ibarət münasibət növüdür. Mentor öyrənməni dəstəkləyir. Lazım gələrsə, öz təcrübəsini paylaşır və məsləhət verir. Mentorluq daha uzun müddətli bir  ünsiyyət tərzidir. Burda da kouçinq kimi ünsiyyət bacarıqları istifadə edilir. Mentor hekayə danışar, partnyordur, bilikləri bölüşər və tövsiyə verər, qapı açar və hamı – dost olar. Hər ikisində də insana təsir etmək və şəfqət vardır.

ADLER Central Europe olaraq, hər sahədə daha çox insana təsir edərək, güclü tərəflərini və öz fərqindəliyini görə bilən, cəmiyyətimizə və olduğu şirkətə faydalı fərdlərlə böyüyərək, çoxalmağı hədəfləyirik. Sosial məsuliyyət layihəmizlə, xüsusilə universitet və məktəb dövründəki gənclərlə kouçinq üzrə təkbətək  işləyirik və bunu daha da genişləndirərək, daha böyük kütlələrə açılmaq istəyirik.

Biz dinc, sülh şəraitində, insanların bir-birlərini empatiya ilə dinləyə biləcəyi sevgi dolu bir cəmiyyət və dünya arzulayırıq.

Ayşe Coral ( ACPC, ACC)
ADLER Central Europe şirkətinin prezidenti

Mövzu ilə əlaqədar videolar:

  1. ADLER Kouçinq Məktəbinin Azərbaycanda təqdimat mərasimi

2. ADLER Central Europe şirkətinin təqdimat videosu

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.