coaching.az |

Özünüzü sevin!..

Özünü sevmək – ilk növbədə özünə qarşı məsuliyyətli yanaşma deməkdir.  Bu o deməkdir ki, siz hər zaman özünütədrislə və inkişafla məşğulsunuz. Əgər münasibətlər xoşunuza gəlmirsə – siz onları dəyişirsiniz. Gözləmirsiniz ki, kimsə bunu sizin yerinizə edəcək. Əgər dost çevrəniz dardırsa, bu çevrənin genişləməsi üçün addımlar atırsınız. Gözləmirsiniz ki, kimsə sizə nə vaxtsa diqqət yetirəcək.

Gözəl olduğunuzu düşünmürsünüzsə, bu zaman həyatdan şikayətlənmək yerinə öz fiquranızı, saç düzümünüzü dəyişirsiniz və nəhayət gözəl tərzli qadın effektinə nail olursunuz.

Yəni, siz özünüzə söykənir və arxalanırsınız və hər zaman özünüzü təkmilləşdirirsiniz. Bu zaman özünüzə inam və hörmət yaranır – bu özünə qarşı sevgidir. Siz özünüzə güvənərək həyatınızı qurmağa başlayırsınız.

Özünü sevmək üçün eqoist olmağa ehtiyac yoxdur. Çünki belə inkişaf etmiş insan anlayır ki, başqaları ilə, hətta öz övladı ilə münasibətlər güzəşt tələb edir. Sadəcə, siz bilirsiniz ki, heç zaman öz həyatınızı başqasına verməyəcəksiniz və həyat şərtlərinin sizi alçaltmasına və məhv etməsinə imkan yaratmayacaqsınız.

Özünə qarşı sevgi həm də sizin böyük olmayan uğursuzluqlara, fasilələrə, depresiyalara qarşı hazır olmağınız mənasına gəlir. Siz anlayırsınız ki, həyat heç də xalı sərilmiş yoldan ibarət deyil. Problemsiz risklər də olmur. Siz bilir və qəbul edirsiniz ki, bunlarsız heç nəyə nail olmaq mümkün deyil.

Bax, həyata qarşı münasibət bu cür olmalıdır – bataqlıqdakı kimi, mütləq və kamil sakitlik şəklində deyil. Ömürlük hər şeyi yaxşı olacağını düşünürsünüzsə, siz özünüzü aldadırsınız. Bu baş verməyəcək və sadəcə məyusluqlar yaşayacaqsınız.

İrina Hakamada
Rusiyalı ictimai xadim, yazıçı və şəxsi inkşaf üzrə mütəxəssis

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.