Sinqapurda bir məktəb direktorunun imtahandan öncə valideynlərə yazdığı məktubundan öyrəniləcək çox şey var!
“Əziz valideynlər!
Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Mən bilirəm ki, onların yaxşı nəticələri üçün çox narahatsınız.
Amma xahiş edirəm yadda saxlaysınız ki, imtahana girən uşaqların içərisində rəssam var, hansı ki, onun riyaziyyat bilməyi vacib deyil.
Orada sahibkar var, hansı ki, tarix və ingilis ədəbiyyatını bilməyə ehtiyacı yoxdur.
Orada musiqiçi var, onun kimyadan alacağı qiymətin fərqi yoxdur.
Orada idmançı var, onun fiziki sağlamlığı fizika bilməyindən daha vacibdir.
Usaqlariniz yaxşı qiymət alacaqsa, bu, əladır. Yox əgər almasalar, onların öz güvənini və qürurunu əllərindən almayın.
Deyin ki, hər şey yaxşı olacaq, bu, sadəcə imtahandır. Sən həyatda daha böyük şeylər üçün yaranmısan.
Xahiş edirəm, bunu edin, o zaman onlar butun dünyanı fəth edəcəklər. Bir imtahan və ya aşağı qiymət onların arzusunu və istedadını əllərindən almaz.
Nəhayət, xahiş edirəm, düşünməyin ki, həkimlər və mühəndislər dünyada yeganə xoşbəxt insanlardır.
Hörmətlə… ”
Tərcümə: Kəmalə Məmmədli