coaching.az |

Mütəxəssislər şirkətləri nə üçün tərk edirlər?

Təəccüblüdür, ancaq bir çox idarəçi ən yaxşı əməkdaşlarının onları tərk etdiyindən tez-tez şikayət edir. Əgər belədirsə, onlar üçün həyəcan təbili çalmağın əsası var, çünki qiymətli əməkdaşların gedişi hər bir şirkət üçün böyük itkidir.

Əməkdaşların gedişini çox şeyə bağlamaq mümkündür, ancaq fakt öz faktlığında qalır; insanlar şirkətləri əsasən rəhbərləri-idarəçilərini bəyənmədikləri üçün tərk edirlər.

Bu problemdən qaçış yolları mövcuddur, sadəcə hadisəyə yeni baxış bucağı ilə baxmaq və bir az səy göstərmək lazımdır. Ən başda bunu anlamaq lazımdır ki, rəhbərin – idarəçinin hər hərkəti yaxşı/istedadlı əməkdaşları digərlərinə görə daha çox qıcıqlandırır.

Həddindən artıq yükləmə

Həddindən artıq iş yükü emosional partlayışın əsas səbəblərindən biridir. Əgər siz bazarın ən yaxşı mütəxəssisləri ilə işləyirsinizsə, maksimum şəkildə onların “sıxıb suyunu çıxartmaq” tamahınız böyük ola bilər. Ancaq, bu tərz davranışınız bu mütəxəssislərdə yaxşı çalışdıqlarına görə cəzalandırıldıqları hissini yaradır. Bundan əlavə, həddindən artıq yüklənmələr işin keyfiyyətini azaldır. Stanford Universitetinin son araşdırmaları göstərmişdir ki, həftədə 50 saatı keçən iş yükü zaman effektivlik kəskin şəkildə aşağı düşür. 55 saatı keçən iş yükündə isə effektivlik sıfıra doğru gedir.

İstedadlı əməkdaşlarınıza əlavə iş həcmi vermək istəyirsinizsə, onların statusunu yüksəltməlisiniz. Bunu etmədiyiniz təqdirdə, iş onlar üçün əzaba çevriləcək və axırda bezib gedəcəklər.

Artıq iş yükünü onların qazancına əlavələr etməklə, vəzifə yüksəlişi və ya dəyişikliyi ilə kompensasiya etmək mümkündür. Düşünməyin ki, istedadlı əməkdaşlar başqalarından çox çalışacaqlar. Onlar əvvəl-axır daha yüksək qiymətləndirildikləri işgüzar mühitlərdə öz yerlərini tapacaqlar.

Yaxşı nəticələrə görə etiraf və ya mükafatların olmayışı

İlk baxışdan belə görsənə bilər ki, çiyinə həvəsləndirici toxunuş heç nə ifadə etmir – xüsusən, daxili mötivasiyasi yüksək ən yaxşı əməkdaş üçün. Bu təəssürat aldadıcıdır, çünki tərif hər kəsin xoşuna gəlir, xüsusən özünü bütünlüklə işə verənlərin. İdarəçilər öz əməkdaşları ilə tez-tez ünsiyyətdə olmalı və onları uğurlarına görə hansı tərzdə həvəsləndirmək və tərifləməyin mümkün olduğunu aydınlaşdırmalıdırlar (misal üçün, onlara mükafat verməli və ya digər əməkdaşların yanında tərifləməlidirlər). Unutmayın, əgər siz istedadlı əməkdaşlarla çalışırsınızsa, bunları tez-tez etmək lazım gələcək.

İnsani qayğıların olmayışı

Əməkdaşların yarısından çoxu iş yerlərini onun üçün tərk edirlər ki, onlara rəhbərləri ilə etibarlı münasibətlər qurmaq nəsib olmur. Ağıllı rəhbərlər peşəkarlıq və insanlıq arasında balansı qoruya bilənlərdir. Bu tərz idarəçilər əməkdaşlarının uğurlarını onlarla birlikdə bayram edir, həyatlarının yaxşı dönəmlərini keçirməyənlərə kömək etməyə çalışır və mövcud imkanların həddində çalışmalarına şərait yaradırlar. Bütün bu xüsusiyyətlərə yad olan idarəçilər işçi axınından şikayət edənlərdir. Emosional və səmimi qayğınızı hiss etməyən əməkdaşlar sizinlə çalışmazlar.

Öhdəliklərin yerinə yetirilməməsi

Əməkdaşlarınıza öhdəliklər verməklə siz onları xoşbəxt edə bilərsiniz və ya şirkətdən gedişlərinə səbəb olacaq məyusluq yarada bilərsiniz.

Üzərinizə aldığınız öhdəlikləri yerinə yetirməklə siz əməkdaşlarınızın gözündə etimad qazanır və yüksəlirsiniz – şübhəsiz ki, bu çox vacibdir. Öhdəliklərdən qaçmaqla isə siz başqalarının duyğularına əhəmiyyət verməyən sürüşkən tiplər kimi görsənirsiniz. Verdiyi sözlərə əməl etməyən rəhbər digər əməkdaşlar üçün də pis nümunəyə çevrilir.

Uyğun olmayan əməkdaşların işə alınması və yüksəldilməsi

Yaxşı və zəhmətkeş əməkdaşlar özləri kimi vicdanlı şəxslərlə birlikdə çalışmağı arzu edirlər. Rəhbər kadr seçimində həssas davranmırsa, bu mövcud kollektivdə motivasiyanı aşağı sala bilər. Layiq olmayan şəxslərin karyera yüksəlişləri iş yerlərində xoş olmayan abu-hava yaradır. Gecə-gündüz çalışan, ancaq karyeradan məhrum olan əməkdaş özünü təhqir edilmiş sayacaq və öz istedadının qiymətləndirildiyi iş yeri axtamağa başlayacaq.

Arzularının arxasınca getməyə maneələr törətmə

İstetdalı insanlar hər zaman xəyallarına bağlıdırlar. Onların arxasınca getdikləri ümid və arzuları var. Bu bağlılıq onların məhsuldar çalışmasına və öz işlərindən həzz almalarına kömək edir. Bir çox idarəçilər isə öz işçilərinin bacarıqlarını məhdudlaşdırır. Onlar qorxurlar ki, əməkdaşlarını bürüyən iş ehtirası onların məhsuldarlığına mənfi təsir göstərər. Ancaq, bu qorxular qətiyyən yersizdir. Araşdırmalar göstərir ki, öz arzularının arxasınca getmə eyforiyası işin məhsuldarlığına 5 dəfə artıq müsbət təsir göstərir.

Davamlı öyrənmənin olmayışı

İşçilərinə qarşı göstərdikləri diqqətsizlik barədə suallara cavab verərkən bir çox idarəçi “etimad göstərmək”, “müstəqil çalışma” və “işin bölüşdürülməsi/deleqasiya edilməsi” kimi sözlərin arxasında gizlənərək, bəhanələr gətirirlər. Bunlar tamamən nağıldır. Rəhbərlər tabeçiliklərində çalışan işçilərin nə qədər istedadlı olub-olmamalarından müstəqil davranmalı, davamlı şəkildə qulaq asmalı və öz rəylərini bildirməlidirlər.

İdarəçilik prosesi nəhayətsizdir. Əgər sizin idarəçiliyiniz altında istedadlı əməkdaş çalışırsa, siz mütləq onun üçün inkişaf yolu müəyyən etməlisiniz. Bu mütəxəssislər hər zaman əks-əlaqə gözləntisi içərisindədirlər və siz bunu təqdim etməyə məcbursunuz. Bu baş vermədiyi təqdirdə onlar darıxacaq və özünü boşluğa buraxacaqlar.

Yaradıcı yanaşmaya ziddi hərəkətlər

İstedadlı əməkdaşlar hər zaman toxunduqları hər şeyi təkmilləşdirməyə çalışırlar. Əgər siz yeniliklərdən ehtiyat edib, onlara bu mözvularda şərait yaratmasanız, bu şəxslər tezliklə öz işlərindən nifrət edəcəklər. Yeniliklərin önünün kəsilməsi başda idarəçi olmaqla hər kəsə zərər verir.

Çətin və maraqlı tapşırıqların/vəzifələrin olmayışı

Ən yaxşı idarəçilər bəzən əməkdaşlarına ilk baxışda həyata keçirilməyəcək kimi görsənən tapşırıqlar verirlər. Onlar köhnə və səmərəsiz tapşırıqlardan imtina edirlər və bunun yerinə insanları öz komfort zonalarından çıxmağa təşviq edir, sonra isə onlara uğura çatmaların üçün maksimum səy göstərirlər. Əgər istedadlı və ağıllı insanlar darıxdırıcı işlərlə məşğul olmağa məcbur edilərlərsə, onlar öz qabiliyyətlərini yoxlmağa imkan yaradacaq başqa iş axtarışına başlayacaqlar.

Nəticə

Əgər siz qiymətli kadrları əlinizdə tutmaq istəyirsinizsə, onlara olan münasibətinizi yenidən gözdən keçirməlisiniz. Unutmayın ki, istedad seçim üçün məhdudiyyətsiz imkanlara sahibdir. Elə edin ki, onlar məhz sizi seçsinlər.

Müəllif: Travis Bradberry | Yazıçı, “Emotional Intelligence 2.0” kitabının həm-müəllifi, TalentSmart şirkətinin rəhbəri

Tərcümə: coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.