coaching.az |

Əflatunun cavabı

Bir gün Əflatundan (Platon) soruşurlar:

– İnsanların sizi ən çox təəccübləndirən davranışları hansılardır?

Əflatun belə cavab verir:

– Uşaq olmaqdan yorulurlar və böyüməyə tələsirlər. Ancaq, sonradan uşaqlıqları üçün darıxırlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Ancaq, sonra sağlamlıqlarını geri almaq üçün pul ödəyirlər. Gələcəkləri üçün narahat olarkən, bu günlərini unudurlar. Nəticədə, nə bu günü, nə də sabahı yaşayırlar. Heç ölməyəcək kimi yaşayırlar. Ancaq, heç yaşamamış kimi də ölürlər.

O, “Bəs təklifiniz nədir?” sualına isə belə cavab verir:

– Özünüzü kimsəyə sevdirməyə çalışmayın – sevilməyinizə şərait yaradın. Əhəmiyyətli olan, həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Şəkildə: Platon(solda) və Aristotel(sağda) birlikdə – Rafaelin freskosu.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.