Psixoloq Dawn Gluskin özünün növbəti ad gününü qeyd edərkən düşüncəyə dalmış və yaşadığı illərin ona qazandırdıqları barədə aşağıdakı maraqlı və faydalı həyat dərsini bizimlə paylaşmışdır.
“Bu gün mənim 37-ci ad günümdür. Yaşadığım illərə nəzər salarkən anlayıram ki, bütün uğur və büdrəmələrim, zəfər və ruh düşgünlüklərim bu günki məni yaratdı. Hər gün özümü tanımağa və başqalarının da özünü tanıması üçün etdiyim köməyə davam edərkən, 37 illik ömrümün mənə öyrətdiyi dərslərin siyahısını tərtib etmə qərarına gəldim. Bu gün Günəş ətrafında növbəti dövrəyə başlayır və aldığım dərsləri sizinlə bölüşürəm. Ümid edirəm ki, bu dərslər kimlərəsə faydalı olacaqdır”.
- Xoşbəxtlik – daxildədir. Biz kənardan təqdir və təskinlik üçün həddindən artıq vaxt sərf edirik. Sonra da məlum olur ki, axtarışı düzgün yerdə etməmişik. Daxilə nəzər salın.
- Hər şey üçün minnətdar olun. Yaxşı üçün, pis üçün, dəhşətli şey üçün minnətdar olun. Həyat öz özlüyündə qiymətsiz hədiyyədir. Həzz və ağrılar isə yolumuzun bir hissəsidir.
- Baxış bucağınızı dəyişin – və həyatınız dəyişəcəkdir. Qorxu, qəzəb, inciklik hiss edərkən hadisələrə sadəcə başqa baxış bucağından baxmağa çalışın.
- Hər kəsi xoşbəxt etmək mümkün deyil – özünüzə sadiq qalın. Əslində olmadığın kimi görsənib sevilməkdənsə, risk edib, anlaşılmazlıqla qarşılanmaq daha yaxşıdır.
- Səni əhatə edən dünya – güzgüdür. Başqalarında sevib, bəyəndiyimiz şeylər – özümüzdə sevdiyimiz şeylərin əks olunmasıdır. Başqalarında bizi məyus edən şeylər isə özümüzdə diqqət etməli olduğumuz şeylərin indikatorudur.
- Hər bir insan həyatımıza müəyyən məqsədlərlə daxil olur. Dərslərdən nəticə çıxarmağa və ya çıxarmamağa biz özümüz qərar veririk. Həyatımızda başqasının rolu nə qədər pisdirsə, dərs bir o qədər ciddidir. Bundan nəticə çıxarın.
- İnanın. Sadəcə bilin ki, ən çətin anlarda Kainat köməyinizə çatacaq və hər şey qaydasına düşəcək.
- Hər şeyi ürəyinizə almayın. Başqalarının davranışları onların həyatında baş verənlərin əks olunmasıdır. Bir qayda olaraq, bunun sizə hər hansı aidiyyatı yoxdur.
- Təbiət müalicə edir. Təmiz havada gəzinti və gözəl mənzərələr beyni lazımsız fikirlərdən təmizləməyə, insanı həyata geri qaytarmağa və əhval-ruhiyyəni qaldırmağa qadirdir.
- İncik insanlar insanları incidirlər. Hər şeyə rəğmən onları sevin. Onları uzaqdan sevməyə sizə heç nə mane olmur.
- Sağalmaq üçün bunu hiss etmək lazımdır. Qorxu və zəifliklərinizi önünüzə qoyun və onlara parlaq işıq şüaları göndərin. Çünki, onlardan xilas olmağın tək yolu onların üzərinə getməkdir. Həqiqətlə üzləşmək ağrıdıcı olsa da, əmin olun ki, bunu etməyə dəyər.
- Mükəmməlçilik – ilğımdır. Rahat olun. Mükəmməlliyə can atın, ancaq, özünüzə səhv etmə şansı verin və nəticədən asılı olmayaraq xoşbəxt olmağı bacarın.
- Gözünüzdən pərdəni çıxarın. Sadəcə öz şəxsi hədəf və arzularınıza fokuslanmayın. Belə etməklə həyatın gözəlliyini və sizi əhatə edən insanları itirmə riskini edirsiniz. Geniş açılmış gözlərlə ona doğru getdiyində dünya heyrətləndiricidir.
- Qələbələrinizi bayram edin. Ən kiçik uğurdan belə həzz alın.
- Bağışlamağı bacar. Bu səni incidənlərə deyil, birinci növbədə sənə lazımdır. Bağılşayarkən layiq olduğun hüzur və azadlığı qazanırsan. Rahat və sürətli şəkildə əfv et.
- Qeyri-adi intuitsiyaya (hissiyata) sahibik. Dayansaq və bir anlığa donub qulaq versək, içimizdəki müdrikliyin səsini eşidə bilərik. Qəlbinizin sakit pıçıltısını eşidin. O, gediləcək yolu tanıyır.
- Qoy qəlbiniz nəğmə desin! Həqiqi olun. Yer üzündə sizin kimi ikincisi yoxdur. Səmimi olun, yaşayın və hədəflərə gedərkən dolu sinə ilə nəfəs alın.
- Hamımız yaradıcıyıq. Ciddiyəm! Lazımi inadkarlıq, konsentrasiya və əzmkarlıqda hər şey mümkündür. Bunu unutmayın.
- Mən işıq saçıram. Sən işıq saçırsan. Biz hamımız işıq saçırıq. Bəziləri isə öz parlaqlığına kölgə salır. Başqaları üçün işıq şüası olun və onlara yol göstərin.
- Həyatı çox ciddi qəbul etməyin! Onsuz da heç kəs bu dünyadan canlı getməyəcək. Gülümsəyin. Yeri gələndə özünə səhefliyi də rəva bilin. Bu anı fürsət bilin. Əylənin.
- Sizi sevən və dəstəkləyən insanlarla özünüzü əhatə edin. Siz də onları sevin və dəstəkləyin. Həyat kiçik şeylər üçün çox qısadır.
- Həyatda toy rəqsində olduğu kimi dövrə vurun, rəqs edin. Böyük bir arzunuz varsa, onun arxasınca bütün ehtirasınızla gedin. Elastik və hərəkətli şəkildə həyatın dəyişən rətmlərinə köklənin.
- Nə qədər çox versən, o qədər çox alarsan. Müdrikliyi, sevgini, istedadı bölüşün. Rahat bölüşün. Görəcəksiniz ki, həyatda nə qədər gözəl şey sizə geri qayıdır.
- Özünüzü bütünlüklə paylamayın. Çünki, daxili qabınız boşalsa, daha heç nə verə bilməyəcəksiniz. Balansı qorumaq vacibdir.
- Gözlərinizi parıldadan hər şeyə “Hə!” deyin. Sizi maraqlandırmayan və vaxtınız olmayan hər şeyə barışmaz “Yox!” deyin. Vaxt – yenilənməyən ən dəyərli resursdur. Onu ağıllı şəkildə sərf edin.
- Bəzən biz dostluqları üstələyirik. Bu o demək deyil ki, biz və ya dostlarımız pisdir. Sadəcə yollarımız ayrılır. Onları qəlbinizdə saxlayın. Ancaq, onlar sizi incitməyə və tutmağa çalışsalar, demək ki, məsafə qoymaq və dostluğu sonlandırmaq vaxtı gəlmişdir.
- Qorxu – həyatda həqiqitən nə istədiyimizin və bizə lazım olan şeylərin yaxşı göstəricisidir. Ona sizin kompasınız olmağına icazə verin və sizi aparacığı həyəcanlı macəralardan həzz almağı bacarın.
- Öz qorxunuza qalib gəlmək – özünüz üçün edə biləcəyiniz ən faydalı addımdır. Bununla hər şeyi bacara biləcəyinizi sübut edirsiniz. Bu – özünüzə inamın generatorudur.
- Vücudumuz bizi arzularımıza aparan nəqliyyatdır. Özünüzü gümrah və enerjili hiss etmək istəyirsinizsə, onu sevin, qayğı və diqqətlə yanaşın. Ancaq ona ilişib qalmayın. Xarici görünüş subyektivdir və zamanla onsuz da dəyişəcəkdir. Ən əsas odur ki, öz bədənində özünü rahat hiss edəsən.
- Yaxınlarınıza onları sevdiyinizi tez-tez deyin və hiss etdirin. Sevginiz, səmimi qayğınız, ayırdığınız vaxt və yanlarında olmağınız – onlar üçün ən gözəl hədiyyədir.
- İndiki anı yaşayın. Keçmişin səhvlərindən dərs çıxarın və xoş xatirələrdən zövq alın. Keçmişə ilişib qalmayın və sizi təqib etməyinə icazə verməyin. Fanatizm və təəssüb olmadan gələcək haqqında xəyallar qurun. İndiki zamanı sevin.
- Həyat uçuş və düşüşlərin ardıcıllığıdır. Öz potensialınızı kəşf etmək üçün bizə hər ikisi də lazımdır. Sadəcə möhkəm durun və səyahətdən zövq alın.
- Biz hamımızı böyük bəşər ailəsiyik. Heç birimiz digərlərimizdən əksik və ya artıq deyilik.
- Həyatınızda olan hər günə minnətdar olun. Beləliklə siz öz ətrafınızda daha çox sevinc, sevgi, sağlamlıq və çiçəklənməni cəlb edən bolluq üçün geniş cevrə yaradırsınız.
- Siz Kainatın mərkəzi deyilsiniz. Baxmayaraq ki, bəzən eqonuz bunun tərsini düşünməyə sizi vadar edir. Buna dəyməz. Ətrafınızdakı dünyaya və insanlara nəzər salın və beləliklə siz daha çox yeni və gözəl şeylər öyrənəcəksiniz.
- Dünyaya daha çox sevgi, işıq və təbəssüm lazımdır.
- Siz özünüz özünüzün müəllimisiniz. Həyatımızın böyük hissəsində bizə nə etməli, necə düşünməli və necə uğura çatmalı olduğumuz haqqında ağıl verirlər. Bunlara sorğu-sualsız inanmağa dəyməz. Özünüz öz suallarınıza cavab tapın. Öz hislərinizin arxasınca getməyə başladığınız andan etibarən siz özünüzü çox xoşbəxt hiss edəcəksiniz.
Və unutmayın: Sizin xoşbəxtlik haqqında düşüncələriniz başqalarının düşüncələrindən fərqlənir. Sizin üçün düz olan başqaları üçün də düz olmaq məcburiyyətində deyil. Siz başqa insanları mühakimə etmək üçün təyin olunan hakim deyilsiniz. Mühakimə etməyin ki, mühakimə olunmayasınız.
Yaş sadəcə bir rəqəmdir – o yüksəldikcə daha çox müdriklik və həyat təcrübəsi əldə edirik. Heç vaxt indiki anınızdan daha gənc olmayacaqsınız. Beləliklə, onu qucaqlayın, onu sevin və zövqünü yaşayın!
© ALPHA 2016
Materialın Azərbaycan dilinə uyğunlaşdırılması ALPHA Coaching & Consulting şirkətinə məxsusdur.