Başlamazdan əvvəl bunu deyim ki, bu yazını sadəcə oxumayın. Əgər oxuduqlarınız üzərinə düşünəcəyinizə söz vermirsinizsə, o zaman oxumağa heç başlamayın.
Bunları nəyə görə deyirəm?
Çünki bu yazıda paylaşacağım məsləhətlər, metodlar, alətlər çox-çox dəyərlidir.
Bu məsləhətlər təxminən 400 ildir həll edilə bilməyən bir teoremi – Fermatın Sonuncu Teoremi (Fermat’s Last Theorem) – 7 ildə həll edən dünyanın son əsrdəki ən dahi riyaziyyatçısı Andrew Wiles tərəfindən verilmişdir. FigVI
Wilesin bu uğurunun və yaxud, bu səviyyədə uğurlu olmanın sirri nədir sualına verdiyi cavab budur: “İlişib Qalmaq”.
Prosesi belə izah edir: “Problem haqqında hər şeyi – bu problem üzərində edilmiş bütün işləri, bu probelmi həll etmək üçün tətbiq edilmiş bütün metodları, yanaşmaları, yazılmış, deyilmiş, danışlımış hər şeyi–toplayırsan, öyrənirsən, zehninə hopdurursan. Problem haqqında uzunmüddət, dərinləməsinə, ətraflıca düşünürsən. Lakin, bütün bunlar kifayətetmir və İLİŞİB QALIRSAN. Bu olduğunda, durmalısan, dayanmalısan, problemdən fasilə götürməlisən. İcazə verməlisən ki, beynin istirahət etsin. Bu arada da şüuraltın əlaqələr qurmağa davam edir və sən sabah, növbəti həftə yenidən başlayırsan.”
Bu yazılanları qısaca izah etməyə çalışsaq, sirr budur ki, əsas olan qətiyyətli olmaq, uzun müddətli fokuslanmış, fikrini məqsədli olaraq çox dar bir problem üzərində cəmləmiş halda problem üzərində işləməkdir.
İşlər çətinləşdiyi zaman, azca beynimiz yorulan kimi, mesajlar, facebook, instagram, email, xəbərlər deyə qışqırıb diqqətimizi daha asan, daha maraqlı olanlara yönləndirmək istədiyi zaman, bu təhriklərə, maraqlı, əyləncəli, həyacanlı təkliflərə yox deyib, qətiyyət, səbat, fikrini cəmləmiş halda problem üzərində işləməyə davam etməkdir.
Wiles bunlardan əlavə olaraq, başqa bir faktorun da uğurlu olmaqda böyük əhəmiyyəti olduğunu deyir. O da sonda alınacaq mükafatdır. Bu mükafatın hiss etdirəcəkləri, yaşadacağı hisslər. (BUNU VİKTOR VRUMUN GÖZLƏNTİ NƏZƏRİYYƏSİ (EXPECTANCY THEORY) DƏ ÇOX GÖZƏL İZAH EDİR. SONUNDA MÜKAFAT OLAN BIR İŞ BİZİM MOTİVASIYAMIZI CİDDİ MƏNADA ARTIRIR.)
Professorun hər halda təvazökarlığından vurğulamadığı başqa çox önəmli bir nüansı da vurğulayacağam.
Düşünün, professorun üzərində işlədiyi problemdə uğursuz olma ehtimalı nə qədər idi?
Təsəvvür edin, 400 il, demək olar ki, yarım minillik necə dahi insanlar, sahənizin özünüzə nümunə kimi götürdüyünüz neçə-neçə ən böyük mütəxəssisləri, ustadları, duayenləri, dəfələrlə bu problemi həll etməyə çalışdı, amma uğursuz oldular. Bir daha yazıram –DÖRD YÜZ İL.
Siz olsaydınız, yarım era ərzində həlli tapılmayan bir problemi həll etmək üçün, yeddi il sərf etmək bir yana, heç bu yolda ilk addımı atmağa cəsarət edərdinizmi? Başlayardınızmı? Barmağınızı oynadardınızmı bu istiqamətdə?
İndi öz xəyalınız nədirsə, onu düşünün, çoxmu çətin gəlir? Neçə ildir, gündə neçə saat işləmisiniz bu xəyalınızı reallaşdlırmaq üçün? Gündə neçə saat və bu saatların neçə faizini, tam fikrinizi cəmlənmiş, konsantrasya olmuş halda o iş üzərində keçirdiniz?
Bu suallara verəcəyiniz səmimi, dürüst cavablar niyə hələ də istədiyiniz səviyyədə olmadığınızı, niyə istədiyinz sürətdə hədəfinizə doğru irəliləmədiyinizi, problemlərinizin, əksiklərinizin, harada və nələr olduğunu göstərəcək.
Bundan sonra bu cavablarınıza baxıb lazımı dəyişiklikləri etsəniz və bu cür davam etsəniz nəhəng xəyallarını reallaşdırmış az saydakı lider, öndər, dahi şəxsiyyətlərdən olacaqsınız, əks halda isə sadəcə xəyallarından DANIŞAN, facebook-da pafoslu postlar paylaşan çox saydakı insanlardan biri olacaqsınız.
Seçiminizi edin!
Seçiminizə görə nəticəyə də razı olun!
Deyinmək, döyünmək, gileylənmək heç bir fayda vermir.
Uşaq deyilik, buna görə də seçimlərimizin məsuliyyətini üzərimizə almalı və gözlədiyimizdən çox daha zəif + az + əksik olan nəticələrimiz gözümüzün içinə baxdığında günahlandırmaq, arxasınca deyinmək üçün heç kimi və heç nəyi axtarmamalı, suçlunu, günahkarı tapacağımız yerin qarşısında durub baxacağımız güzgü olduğunu xatırlamalıyıq…
Əks halda sadəcə bir nəfəri aldadacağıq. Yəni özümüzü.
Uğursuz, çox danışan, saysız hesabsız, böyük xəyalları olan siyasətimizi, iqtisadiyyatımızı, millətimizi, məhəlləmizdəki insanları bəyənməyən boşboğazlardan biri olacağıq.
Bir dəqiqə, bəlkə də bütün bunların hamısı ilə razısınız, amma sadəcə sizin bir probleminiz var: doğuşdan fərqlisiniz siz, qavrama, anlama, konsantrasya olma probleminiz var, hətta məktəb illərində də, digər uşaqlardan daha zəif idiniz?
Sizə o zaman professordan çox önәmli bir xəbərim var. Sizә umid verәcәk, inamınızı artıracaq vә tәtbiq etsәniz hәyatınızı dәyişәcәk.
Davamı növbәti yazıda…
İsmayıl Vəliyev | ismayilvaliyev.com
© 2017 · coaching.az ·