coaching.az |

Möhtəşəm həyat üçün 60 məsləhət

Bu yazıda həyatınızın geridə qalanını qeyri-adi tərzdə yaşamaq üçün fokuslanmalı olduğunuz şeylərdən yazacağam. Həyat bir göz qırpımında keçib gedir və insanların çoxu həyatları boyunca eyni ili 80 dəfə yaşayırlar. Arxaya döndüyünüzdə  peşmanlıq hissi ilə qarşılaşmamaq üçün aşağıdakı məsləhətləri oxuyun və gündəlik həyatınıza tətbiq edin.

  1. İdmanla gündəlik şəkildə məşğul olun.
  2. Sahib olduqlarınıza görə minnətdar olun.
  3. İşinizi sənət əsəri olaraq qiymətləndirin.
  4. Ən yaxşısını gözləyin, amma özünüzü ən pisinə də hazırlayın.
  5. Gündəlik tutun.
  6. “Benjamin Franklinin avtobioqrafiyası”nı oxuyun.
  7. Həftəlik cədvəlinizi planlayın.
  8. Həyatınızın 5 ən yüksək prioritetini müəyyənləşdirin.
  9. Unutqanlığa yox deyin.
  10. Çoxlu su için.
  11. Hər keçən gün işinizi bir az daha təkmilləşdirin.
  12. Özünüzə mentor tapın.
  13. Kouçla çalışın.
  14. Hər gün səhər 5-də qalxın.
  15. Daha az yeyin.
  16. Daha çox qəhrəmanlar tapın.
  17. Kiminsə qəhrəmanı olun.
  18. Tanımadığınız insanlara gülümsəyin.
  19. Tanıdığınız ən etik insan olun.
  20. Mükəmməllikdən daha azına razı olmayın.
  21. Həyatdakı ən kiçik həzlərdən dadın.
  22. Hər ay gəlirinizin 10%-nə qənaət edin.
  23. İncəsənət qalereyalarına gedin.
  24. Meşədə gəzin.
  25. Sizə kömək edən insanlara təşəkkür məktubu yazın.
  26. Sizə haqsızlıq edənləri bağışlayın.
  27. Unutmayın, liderlik təsir və təəssürat oyatmaqdır, sadəcə titul və təltifetmə deyil.
  28. Sevdiyiniz insanlarla unudulmaz anlar yaşayın.
  29. 5 ən yaxşı dostunuz olsun.
  30. Digərlərini heyrətləndirəcək dərəcədə nəzakətli olun.
  31. Televizoru söndürün.
  32. Televizorunuzu satın.
  33. Hər gün oxuyun.
  34. Xəbərlərdən uzaq durun.
  35. Sahib olduqlarınıza görə minnətdar olun.
  36. Xəyallarınızı təqib edin.
  37. Orijinal (özünüz) olun.
  38. Çılğın olun.
  39. Üzr istəməli olduğunuz zaman bundan çəkinməyin.
  40. Sevinclərinizi ertələməyin.
  41. Həyatınızın bir vizyonu olsun.
  42. Güclü tərəflərinizi tanıyın.
  43. Çatışmazlıqlarınıza fokuslanın.
  44. Səbirli olun.
  45. Təslim olmayın.
  46. Artıqardan xilas olun.
  47. Qüsursuz sözlərdən istifadə edin.
  48. Çox səyahət edin.
  49. James Allenin “Fikirləşdiyin kimi” kitabını oxuyun.
  50. Valedeynlərinizi əziz tutun.
  51. Taksi sürücülərinə yaxşı bəxşiş verin.
  52. Əvəzedilməz komanda yoldaşı olun.
  53. Tənqidə enerji sərf etməyin.
  54. Dağlar qoynunda vaxt keçirin.
  55. 5 əsas dəyərinizi formalaşdırın.
  56. Daim məşğul görünmək əvəzinə nəticələr əldə etməyə yönəlin.
  57. Yeniliklər tətbiq edin və təkrarlayın.
  58. Az danışın, çox qulaq asın.
  59. Tanıdığınız ən yaxşı insan olun.
  60. Həyatınıza məna qatın.

Müəllif: Robin Şarma | robinsharma.com
Tərcümə etdi: Lalə Rəsulova |  coaching.az

Robin Şarma – Şəxsi inkişafı, motivasiya və liderlik üzrə ən tanınmış mütəxəssis Robin Şarma 1965-ci ildə Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri «USA Today», «National Post» və «The Globe and mail» kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının «Sən öləndə kim ağlayacaq?», «Superhəyat! 30 günlük həqiqi həyata səyahət», «Titulsuz lider» və «Ferrarisini satmış rahib» kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. «Robin Şarma Uşaq Fondu» kasıb ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.

© 2018 · coaching.az

Mövzu ilə əlaqədar məqalə: 

Kouçla çalışmaq üçün 33 səbəb

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.