Tanrım, məni yavaşlat!
Ağlımı sakitləşdir, qəlbimə dinclik ver.
Günün xaosu içərisində mənə sonsuza qədər yaşayacaq təpələrin sükutunu ver. Sinir və əzələlərimdəki gərginliyi yaddaşımda yaşayan bulaqların musiqisi ilə yu.
Anlıq zövqləri yaşaya bilmə sənətini – bir çiçəyə baxmaq, gözəl bir it və pişiyi sığallamaq üçün ayaq saxlamağı, kitabdan bir neçə sətir oxumağı, balıq tuta bilməyi, xəyallara dala bilməyi öyrət.
Hər gün mənə dovşan və tısbağanın nağılını xatırlat.
Xatırlat ki, yarışı hər zaman sürətlə qaçanın bitirmədiyini, həyatda sürəti artırmaqdan daha da vacib məsələlər olduğunu bilim.
Heybətli meşə ağacının budaqlarından yuxarı doğru baxmağıma kömək et.
Baxıb görüm ki, onun belə böyük və güclü olması yavaş və yaxşı böyüməsinə bağlıdır.
Və hamısından da vacibi:
Tanrım, mənə dəyişə biləcəyim şeyləri dəyişmək üçün cəsarət, dəyişə bilməyəcəyim şeyləri qəbul etməyim üçün səbr, ikisi arasındakı fərqi tapa bilmək üçün ağıl və yalanlardan qoruya biləcək dostlar ver.
Qədim dövrlərdə Kiçik Asiyada yaşayan və Xett imperatorluğunu qurmuş qədim xetlərə aid bir divar yazısından – M.Ö. 2000-ci illər.
© 2018 · coaching.az