coaching.az |

Kouçinqdə mindfulness texnikaları

Kouçinqə müraciət edən müştərilərin diqqət dağınıqlığına, yüksək stress səviyyəsinə, xəyal qırıqlığına meylli insanlar olduğunu hiss etmisinizmi? Bütün bunlar bugünkü mürəkkəb və xaotik dünyanın məhsullarıdır. Müştərilər duyğularının həddən artıq yükləndiyindən, diqqətlərini toplamaq üçün daim mübarizə apardıqlarından, dövrü düşüncələrinin izini tutmağa çalışdıqlarından – bir sözlə bu və digər şəkildə daxili və xarici narahatlıq keçirdiklərindən şikayət edirlər.

Müasir kouçların çoxu problemin həllini mindfullnes (dərindən, şüurlu şəkildə fərqinə varma, mövcud olduğun anı dərk edərək yaşama) alətlərində görür. Mindfulness ilə müştəriləriniz daha pozitiv fokusa, yenilənmiş baxış bucağına, özünü daha dərindən hiss edə bilməyə, daha çox özünə inama və tənzimlənə bilən daha aşağı stress səviyyəsinə sahib olacaqlar.

Növbəti kouçinq seansının daha faydalı olmasının təmin etmək üçün mindfulness texnikalarından müştərinizin düşüncələrini, duyğularını və təcrübəsini daha dərindən anlaması üçün ən effektiv həvəsləndirmə üsulu kimi istifadə edin.

Mindfulnessi işə salmaq sizə imkan verəcək ki, onlarda fərqində olmanın dərinləşməsinə kömək edərək, əllərindən gələnin ən yaxşısını etmək bacarıqlarını hiss etsinlər. Eyni zamanda müştərinizə vəziyyətə daha tez və kreativ uyğunlaşmağa fürsət verəcək.

Mindfulness nədir?

Kökləri Buddist adətlərinə söykənən mindfulness anlayışı təqribən 2500 il əvvələ aid edilir. Bu anlayış 1970-ci illərin sonunda Jon Kabat-Zinn geniş çalışmaları sayəsində Qərb  mədəniyyətinə təqdim edildi. Kabat-Zinn öz təcrübəsini belə izah edirdi “mindfulness – məqsədli şəkildə, diqqət yetirməklə və mühakiməsiz fərqindəliyin ortaya qoyulmasıdır.” Mindfulness iki vacib komponenti özündə birləşdirir: fərqində olma və qəbul etmə. Fərqindəlik düşüncələrinizi, duyğularınızı və fiziki toxunuşları hiss etmə bacarığınızdır. Qəbul etmə isə Kabat-Zinnin tərifincə desək, oyuna daxil edilən mühakiməsiz elementdir. Bu element fikirlərimizi və təcrübələrimizi neqativ, yaxud pozitiv olmasından asılı olmayaraq qəbul etməyə cəsarət verir.

Fərqində olma və qəbul etmə bir-birinə bağlı olsa da, ikincisinin daha əhəmiyyətli olduğunu iddia edə bilərəm. Mütləq dəyişiklik məhz bu nöqtədə baş verir – ya da vermir. Qəbul etməni önə çıxararaq, müştərinizin düşünmə çərçivəsini genişləndirə bilərsiniz. Belə vəziyyətdə onlar daha açıq, kreativ və yenilikləri asan qavrayan olacaqlar.

Bundan da əlavə qəbul etmə bacarığı önəmli mübarizəni təcəssüm etdirir. Qəbul etmə dərin psixolojik narahatlığa səbəb olan daxili münaqişələrin həll edilməsinə bərabər tutulur. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, elə fiziki və psixoloji narahatlıq intensiv olduğu müddətcə, müştərini dərin ruhi və zehni blokadada saxlayır. Onlar sabit və xaotik, eyni zamanda həyatlarını köhnə vərdişlərlə davam etməyə meylli olurlar.

Kouçlar üçün effektiv mindfulness texnikaları

Mindfulness ilə bağlı müxtəlif məşğuliyyətlər var. Onlardan bəziləri kouçun diktəsi ilə, bəziləri isə səssiz edilə bilər. Bəzi birləşdirilmiş nəfəsalma məşqləri somatik (fiziki) incələmə, yaxud digər bədən, yaxud ətraf mühit nöqtələrinə fokuslanmaqla birlikdə keçirilir.  Siz nişinizə (koçluk etdiyiniz sahə), yaxud müştərinizin fərdi ehtiyaclarına uyğun şəkildə ən effektiv texnikaları seçərək, istifadə edə bilərsiniz.

Bununla yanaşı, ümumilikdə bütün müştərilərim üçün ortaq faydası olan məşğələləri özüm üçün qeyd etdim:

  • Meditasiyalar: Beyin-bədən əlaqəsi yaratmaq üçün oturmaq, yaxud gəzmək.
  • Hərəkətlə əlaqəli tətbiqlər: yoga, tai chi və qigong, xüsusilə belə ənənəvi oturuşlarda özünü narahat hiss edənlər üçün.

Bunların necə və nə vaxt olması isə tamamilə sizə bağlıdır. Mən bunları kouçinq sessiyasına, yaxud səhər günə başlayarkən istifadə edirəm. Kouçinq sessiyasının ortasında fasilə edib, bunları istifadə edərək, seansın daha aydın, sakit və rahatladıcı beyinlə davam etməsinə faydalı ola bilər.

Ən yaxşı mindfulness texnikasını seçərək, mövcud vəziyyətə uyğun daha çox fayda əldə etməyi təmin edə bilərsiniz. Əgər şübhə edirsinizsə, seçim üçün təxminlər etməyin. Müştərinizi onun ehtiyac və arzusuna görə ən uyğun olan vasitəni seçməsi üçün sərbəst buraxın. Fərqində olmanı yönləndirə bilmənin önəmli nüansı öz zehninizə və vəziyyətinizə diqqət etməyinizdir. Əgər özünüzü sakit hiss etməsəniz, səmimi olmasanız, bu enerjiniz qarşıdakı insana ötürüləcək və onun vəziyyətinə də təsir edəcək.

Aşağıdakı iki seçimi də nəzərdə saxlamalısınız:

  • Gözü bağlı oturarkən hər kəs özünü rahat hiss edə bilməz. Bəziləri fokuslanma, digərləri hərəkətlə əlaqəli tapşırıqları üstün tuta bilər. Mindfulness tapşırıqlarından hansını seçməsi barədə təkrarən suallar verməklə, daha çox fayda əldə oluna bilər
  • Seanslar zamanı özünüz təlimatlar verə, meditasiya qabağı etdiyiniz səsli qeydlərdən, yaxud bəzi avtomatik tətbiqlərdən (məsələn, MindSpace) istifadə edə bilərsiniz

Kouçinq sessiyalarında mindfulness texnikalarının tətbiqi

Tapşırığa analitik gözlə incələmə edərək başlayın. Hansı mindfulness vasitəsi müştərilərlə işləmək üçün sizə uyğundur?  Müştərilərinizin mərkəzləşmə, diqqəti cəmləmə ilə bağlı üsullara ehtiyacı var, yoxsa daxili təcrübə və xarici mühitlə əlaqəli özünü-dərk və özünə-mərhəmətdən faydalanmaq istəyirlər?

Unutmayın: Mindfulness sadəcə müştəriləriniz üçün deyil. Bir kouç kimi mühakiməsiz qəbul edəcəyiniz vəziyyətlərdə sizin üçün də çox effektivdir. Müstərilərinizlə eyni ahəngdə olmaq üçün, yaxud səhər gününüzü başlamaq üçün belə meditasiyalardan istifadə edin.

Müəllif: Feroshia Knight, MCC | Coach Training World şirkətinin qurucusu və icraçı direktoru
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.