coaching.az |

Liderlərin sualları

Uğurlu iş adamlarının sahib olduğu özəl xüsusuiyyətlərdən biri də hər gün özlərinə əhəmiyyətli suallar vermələridir. Y Scouts Leadership Community bir anket sorğusu keçirmiş və aşağıdakı 15 sual ən yükşək səsləri toplamışdır. Həmin sualları sizə təqdim edirik. Aşağıdakı bu sualları hər gün özlərinə verən liderlər şəxsiyyət olaraq daha yaxşı inkişaf edə bilərlər.

  1. Hansı işi başqalarına ötürə bilərəm?

Liderlər bəzən çox çalışmağa can atırlar. Bunun əvəzində, onlar özünə “Hansı işləri başqalarına tapşıra bilərəm?” sualını verərək, əməkdaşlarının nələrin öhdəsindən gələ biləcəklərini müəyyənləşdirib, bəzi işləri onlara dövr edə bilərlər. Bu, birlikdə inkişafın daha sürətli baş verməsini təmin edər.

  1. Nələri etməməliyəm?

Güclü liderlər bütün işləri görməyə zamanlarının yetmədiyini başa düşürlər. “Mən nəyi etməməliyəm” sualını verərək, onların vaxtını aparan, amma nəticədə işlərinə heç bir dəyər qatmayan şeylər haqqında şüurlu şəkildə götür-qoy edə bilərlər.

  1. Bu gün nəyi tamamlamaq istəyirəm?

Hər gün baş verən müxtəlif hadisələr diqqəti asanlıqla yayındıra bilir. Nəyi tamamlamaq istədiklərini özlərinə sual edərək, liderlər fokuslanmağa davam edə və əhəmiyyətli olan işləri tamamlaya bilərlər.

  1. Mənim dəyərlərim liderliyimdə nəzərə çarpırmı?

Böyük biznes sahibi olan liderlərin təməl fərdi dəyərləri var, ancaq hər lider bu dəyərləri nümayiş etdirə bilmir. Bu mövzuda özünə sual verməyə vaxt ayırmaq, sizi inandığınız şeyləri nə dərəcədə yerinə yetirib-yetirməməyinizi qiymətləndirməyə məcbur edəcək.

  1. Əlimdən gələn ən yaxşı işimi görürəm?

Bu sadə sual bir liderin ən yaxşı, yoxsa optimal səviyyədən daha aşağı səviyyədə çalışıb, çalışmadığını qiymətləndirməsinə səbəb olacaq. Əgər cavab “yox”dursa, ardınca gələn sual mütləq “niyə də yox?” olmalıdır.

  1. Mən bundan nə öyrənə bilərəm?

Liderlər müvəffəqiyyətsizliyə uğraya bilər. Bəzi liderlər nələri səhv etdiklərini birbaşa müzakirə edərək, öz səhvlərindən öyrənirlər. Komandanızla söhbət üçün bir az vaxt ayırın və təcrübələrinizdən yeni nələrsə öyrənməyə çalışın.

  1. Bu gün kim uğura nail oldu?

Digərlərinin uğuru dolayısıyla sizin də biznesinizin uğurlu olmasını təmin edir. Yaxşı liderlər əməkdaşlarının hər gün uğur qazanması üçün fürsətlər yaratmağa fokuslanırlar.

  1. Bu gün yataqdan niyə qalxdım?

Bu sualı “Mən niyə indi yataqdayam” sualı ilə qarışdırmayın. Bu sual sadəcə bir şeyə xidmət edir: məqsəd. Yataqdan sizi çıxmağa nəyin vadar etdiyi sualını özünüzə verməyiniz sizi nəyin motivasiya etdiyini müəyyənləşdirmənizə kömək edəcək. Bu motivasiyanı ağlında saxlayaraq liderlər öz enerjilərini düzgün yerə sərf etməyə fokuslanırlar.

  1. Mənim dayaq nöqtəm nədir?

Hər gün liderlər öz bizneslərində müəyyən tıxanıqlar, sıxıntılar və problemlərlə üzləşirlər. İşə nələrin mane olduğunu ayırd edərək, liderlər həmin problemin həlli istiqamətində işlək strategiyalar yaratmağa fokuslana bilərlər.

  1. Bu gün mən gələcəyə təsir edən nə etməliyəm?

Hər bir liderin etməli olduğu işlər siyahısının ən başında bir təsvir var ki, o tapşırıq uzunmüddətli təsirə malikdir. Sadəcə siyahınızda bu əsas təsvirin olması, gələcəyinizi dəyişmək üçün bu gün atılacaq addımlara fokuslanmağa kömək edəcək.

  1. Mən budan zövq alırammı?

Liderlərin ruh yüksəkliyi yoluxucudur və bütün təşkilatı əhatə edə bilir. Əgər rəhbər etdiyi işdən zövq almırsa, bu şövq əskikliyi komandanın bütün üzvlərini təsir dairəsinə alacaq. Bir dəqiqə ayıraraq nələri etməkdən xoşlandıqlarını düşünmək və öz işlərinə bu bucaqdan yenidən yönəlmək onlara nəşə qaynağını kəşf etməkdə kömək edəcək.

  1. Öz məqsədlərimin istiqamətində işləyirəm?

Məqsədə yönələn liderlər nadir hallarda öz məqsədlərinə olan nöqteyi-nəzəri itirə bilərlər. Hər bir lider bu sualı özünə verərək, məqsəd istiqamədində nə dərəcədə uyğun işlər gördüyünü qiymətləndirə bilər.

  1. Mən nələri əldə etdim?

Hər gün nail olduqlarınızın siyahısını tutaraq, onları nəzarətdə saxlamağınız möhtəşəm motivasiya üsuludur. Şəxsi məqsədlərinizə bir az da yaxınlaşmaq üçün hər gün ən az bir tapşırığı bitirməyi hədəfləyin.

  1. Bu gün insanlarla necə rəftar etdim?

Ofisiantdan tutmuş vitse-prezidentə qədər hər kəs öz rəhbərinin onlara necə davranmasına diqqət edir. Əslində çox vaxt insanlar səndən çox sənin onlara necə davranış sərgilədiyini xatırlayırlar. Hər gün bu sadə sualı özünüzə verməniz əməkdaşlarınızla daim daha yaxşı rəftar etmənizə yardımçı olacaq.

  1. Bu gün nümunə ola bildimmi?

Təşkilatınızın nə qədər böyük  olmağından asılı olmayaraq, rəhbərlər daim nümunə olmalıdırlar. Bəs siz, bu gün hansı işdə nümunə ola bildiniz?

Sonda isə, hər gün özünüzə verdiyiniz sualları bizimlə bölüşə bilərsinizmi?

Müəllif: Brian Mohr | Y Scouts şirkətinin Qurucu və İdarəçi Partnyoru
Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.