coaching.az |

Ziyalılıq haqqında

“Çoxları düşünürlər ki, ziyalı insan – çox mütaliə edən, yaxşı təhsil alan, çox səyahət edən və bir neçə dil bilən şəxsdir. Ancaq, bütün bunları həyata keçirib, ziyalı olmamaq və ya bütün bunlara sahib olmadan da daxilən ziyalı olmaq mümkündür.

Ziyalılıq sadəcə biliklərdə deyil, eyni zamanda, başqalarına qarşı anlayışlı davranmaq bacarığındadır. Ziyalılıq minlərlə detalda ortaya çıxır: qarşı tərəfə hörmət göstərərək mübahisə etmə bacarığında, masa arxasında təvazökar davranmaqda, göstəriş olmadan başqasına kömək etməkdə, təbiəti qorumaqda, ətrafını siqaret kötükləri və ya kobud sözlərlə, axmaq düşüncələrlə kirlətməməkdə.

Mən rus şimalında əsl ziyalı olan kəndliləri tanıyırdım. Onlar evlərində heyrətamiz təmizliyə riayyət edirdilər, yaxşı mahnıları qiymətləndirməyi və hekayələr danışmağı bacarırdılar, qonaqpərvər və gülərüz idilər. Başqalarının kədər və sevinclərinə anlayışla yanaşırdılar.

Ziyalılıq – anlayışlı olma və qavrama bacarığıdır, dünyaya və insanlara qarşı dözümlü yanaşmadır.”

D.S. Lixaçov (1906-1999, Sovet və rus mədəniyyət xadimi, akademik)

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.