coaching.az |

Yavaşla, dostum.

Təcili heç nə yoxdur.

Yay payıza doğru tələskənliklə getməz.

Çəmənlikdəki kiçik ot parçası qonşularından daha sürətlə böyüməyə çalışmaz.

Planetlər orbitlərində sakit şəkildə fırlanırlar.

Qədim kainat tələsmir.

Ancaq, şüur özünü bütün hər şeydən təcrid olunmuş hiss edərkən, cavabları indi, həlləri bu gün görmək istəyir.

Və ən əsası da hər şeyi nəzarətdə saxlamaq istəyir.

Ancaq, siz şüur deyilsiniz. Şüur bütünün bir parçasıdır, ancaq bütünü işğal etməz.

Buna görə də, yavaşla, dostum. Dərin və şüurlu şəkildə nəfəs al.

Olduğun yerə güvən – “hələki cavabların olmadığı” yerə, hələki tanımadığın bu çox qiymətli yerə.

Bu yer müqəddəsdir, çünki 100% həyatla doludur. Həyatla dolub daşan, tamamilə həyatın özü ilə islanmışdır bu yer.

“Mən” filminin növbəti səhnəsinə keçid almaq üçün tələsmə.

Burada, bu səhnədə ol. Çünki bu, olan tək səhnədir.

İndi – sualların nəfəs dərdiyi (dincəldiyi) və yaradıcı həllərin inkişaf etdiyi yerdir.

 

Müəllif: Jeff Foster

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.