coaching.az |

Vida məktubu

Daha əvvəllər dahi Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin adına çıxılan, sonradan isə onun tərəfindən yazılmadığı müəyyən edilən bir yazını sizinlə paylaşırıq. Məktubun əsl sahibi meksikalı ventroloq Johnny Welchdir. Bu yazını ehtiva etdiyi mesajların vacibliyini nəzərə alaraq sizinlə paylaşırıq.

“Əgər tanrı bir anlıq mənim cındır kukla olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirməzdim, amma ən azından dilə gətirdiklərimi daha yaxşı ağlımdan keçirər və düşünərdim.

Əşyaların maddi tərəfinə deyil, mənalarına dəyər verərdim.

Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə, yaşlanar.

Başqaları dayandığı zaman getməyə davam edərdim. Başqaları yatarkən oyanıq qalmağa səy göstərərdim.

Başqaları danışarkən qulaq asar, şokoladlı dondurmanın dadından zövq almağa çalışardım.

Əgər Tanrı mənə bir azca can versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığıyla açardım.

Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin gəlişini gözləyərdim.

Səmadakı aya ulduzlar boyunca Van Qoq şəkillər çəkər, Benedetti poema oxuyar və mən isə serenadalar söyləyərdim.

Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı rəngindəki tac yarpaqlarından öpmək istəyərdim.

Tanrım, bir qurtumluq həyatım olsaydı… Gün bitmədən hər gün qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləyərdim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına bir-bir inandırardım. Və eşq içində yaşayardım. Kişilərə yaşlandıqları zaman eşqdən əl çəkmələrinin nə qədər səhv olduğunu izah edərdim. Çünki insan eşqdən əl çəkdiyi zaman yaşlanr.

Uşaqlara qanad verərdim. Amma uçmağı özbaşına öyrənmələrinə imkan verərdim. Yaşlılara isə ölümün yaşlanmaq ilə deyil, unutmaq ilə gəldiyini öyrədərdim.

Eh insanlar… Sizdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanlar xoşbəxtliyin dağın zirvəsində yaşamaq olduğunu düşünüb o cür istəyirlər, lakin xoşbəxtliyin həqiqəti görməkdə gizləndiyini bilmirlər.

Yeni doğulan kiçik bir körpənin atasının barmağını sıxarkən, əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim. Sizdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantaya yığıb ağzını bağladım. Bədbəxt bir şəkildə… Artıq ölə bilərəmmi?

Johnny Welch

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.