Bir gün bir jurnalist hər il keyfiyyət üzrə mükafat alan fermerdən onun yetişdirdiyi qarğadalı sortunun sirrini soruşur. Fermer cavab verir:
– Sirrim bundadır ki, mən əkin üçün ayırdığım ən yaxşı toxumları qonşularıma da verirəm.
– Ən yaxşı toxumalarınızı qonşularınıza paylamağın sirri nədir bəs?
Bilirsinizmi? – deyə fermer gülümsəyir. – Külək qonşularımın tarlasından tozcuqları mənim tarlama gətirir və ya bu tərsinə olur. Əgər, qonşularımın əkdiyi məhsulun sortu yaxşı olmazsa, oradan gələn tozcuqlar mənim məhsulumun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan əlavə, hər kəs gündəlik olaraq öz tarlasına necə qulluq göstərir, bax bu da cox vacibdir.
Nəticə: Bu pritçanı yaşadığımız həyata da şamil edə bilərik. Uğurlu olmaq istəyən kimsə, yaxınındakıların qayğısına qalmalı və onlara da uğur qazanmaları üçün dəstək olmalıdır. Çünki, ətrafındakı insanlar yaxşı yaşadıqca, sənin də həyatın yaxşılacaq. İnsanlar həyatda qarşılıqlı əlaqələr şəklində yaşayırlar və onlar uğura ancaq Sinerji ilə çata bilərlər.
© 2018 · coaching.az