coaching.az |

Uğurlu insanların 08:00-dan əvvəl etdikləri 5 vərdiş

Günə yüksək əhval-ruhiyyəli və məhsuldar köklənməyin ən yaxşı yolu özünüzə zaman ayırmaqdır. Özünüzü işə girişməyə və uğur qazanmağa hazırlayın.

Uğurlu insanlarla digərləri arasında fərq ondadır ki, onlar vaxtlarını ən yaxşı şəkildə istifadə edirlər. Günə bir neçə saat daxildir ki, onlardan səmərəli istifadəni maksimuma çatdırmaq lazımdır. Müxtəlif üsullar arasında ən mükəmməli yuxudan erkən oyanmaq və həmyaşıdlarınız çarpayılarında fırlanarkən işə başlamaqdır. Beləliklə, uğurlu insanların 08:00dan əvvəl etdikləri ən yaxşı 5 vərdişi hansılardır?

1.Həqiqi zəngli saat istifadə edin

Yəqin ki, siz indi bu tövsiyəni oxuyur və təəccüblənirsiniz ki, həqiqi deyərkən aradakı fərq nədədir? Həqiqi çalar saat sizi çarpayınızdan qalxmağa məcbur edir. Məsələn, əgər zəngli saat kimi öz telefonunuzdan istifadə edirsinizsə, zəng zamanı sizin edəcəyiniz ilk iş telefonu əlinizə alıb ekrana toxunmaqla zəngi söndürmək olacaq. Təəccüblü deyil ki, əksər insanlar 5 dəqiqə artıq yatmaq istəyir.

Amma, əgər zəngli saat o biri otaqda olsa, bu sizi çarpayınızdan qalxmağa məcbur edəcək. Bundan əlavə, zəngli saat istifadə etmək siz sosial media hesablarınızı yoxlamaqdan və qiymətli vaxtınızı boşuna sərf etməkdən çəkindirəcək.

2. Fasilə üçün zaman ayırın

Uğurlu insanlar yuxudan oyanan kimi kompyuterin arxasına keçməzlər. Onlar stresin azalmasının və rahatlığın nə qədər önəmli olduğunu başa düşürlər. Çox vaxt işə başlamazdan əvvəl kitab oxuyar və ya bir fincan qəhvənin dadını çıxararlar.

Belə adət formalaşdırmaq beynizi təmizləyər və gün boyu özünüzü yaxşı vəziyyətdə saxlamağa kömək edər.

3. Geyiminizi axşamdan hazırlayın

Sabahkı gün üçün geyimizi hazırlamaq tədbirli beynin carçısıdır. Bu o deməkdir ki, növbəti gün siz əhəmiyyətsiz məsələlərlə məşğul olmaq əvəzinə gün ərzində edəcəklərinizə fokuslanacaqsınız. Bu da vaxtınıza qənaət edəcək və hər bir dəqiqənizi maksimum şəkildə səmərəli etməyinizə şərait yaradacaq.

4. Hərəkətdə olun

Fitnes sağlamlığınız üçün çox vacibdir. Uğurlu insanlar digər başqa bir səbəbdən dolayı da hərəkətdə olmağı prioritet halına gətirirlər. Elmi olaraq sübut olunmuşdur ki, idman etmək endofrinin səviyyəsini yüksəldir. Endorfin xoşbəxtlik hormonudur və beynimiz müəyyən vaxtlarda onu ifraz edir ki, bu vaxtlardan biri də məhz idmanla məşğul olduğumuz vaxtlardır.

Yorucu və ya çox tərlədici hərəkətlərə ehtiyac yoxdur. Sadəcə velosiped idmanı, qısa asta qaçış və ya yoqa sessiyası tövsiyə olunanlardandır. Özünüzə uyğun birini seçib başlaya bilərsiniz.

5. Sizi maraqlandıran yazılar oxuyun

Biz bir az əvvəl uğurlu insanların erkən qalxıb oxumağa necə meyilli olduğunu vurğulamışdıq. Onlar qalxan kimi televizoru açmır və ya iş e-maillərini yoxlamırlar. Oxumaq beyinin işə düşməsinə və dərketmənin inkişafına gətirib çıxarır. Amma mənfi və ya sıxıcı bir şey oxumaq təbii ki, günün həmin əhvalda davam etməsinə səbəb olacaq. Hesab olunur ki, günü özünü inkişaf kitabları və ya nəsə yeni bir şey öyrənəcəyin məqalələrlə başlamaq faydalıdır. Məsələn, əgər maliyyə xəbərləri ilə maraqlanırsınızsa, elə bununla da başlayın.

Sadalanan vərdişlər birlikdə sizi sağlam və məhsuldar saxlayacaq və gün boyu müsbət auranızı təmin edəcək. Bu dəyişikliklərin hamısını birdən tətbiq etməyə çalışmayın. Zamanla kiçik dəyişikliklərlə başlayıb, ardıcıl olaraq əməl etmək səhərləriniz üçün yeni rejiminizi formalaşdıracaq.

Richard Lorenzen
Fifth Avenue Brands şirkətinin CEO-su

Mənbə: Entrepreneur
Tərcümə etdi: Lalə Rəsulova / ALPHA Coaching & Consulting

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.