coaching.az |

Uğur məqsəd deyil, həyat tərzidir

Uğurlu icraçı və ya biznes lideri ilə görüşdüyünüzdə – real situasiyanı nəzərdə tuturam, “et və inan”la hərəkət edən bir nəfərlik şirkətin kölgəli baş icraçı direktoru deyil –fərz edək ki, böyük ehtimalla cazibədar bir həyatı idarə edir və hər şey sanki bir növ öz yerini alır. Böyük əksəriyyət üçün heç bir şey həqiqətdən uzaq ola bilməz.

Bir çoxları yalnız, heç bir dəstəksiz  yetkinlik yaşında bir yerlərə çatmaq üçün önəmli çətinlikləri aşa bildilər. Çoxu aşağıdan başlayaraq, iş dünyasının ən üst səviyyələrinə çatmaq üçün öz yollarında çalışdılar. Bundan sonra çətinliklər heç vaxt dayanmır … və ediləsi daha çox şey var.

Uğurun nə asan olduğunu, nə də göründüyündən çətin olduğunu demirəm. Hər ikisi doğrudur, lakin dediyim odur ki, uğur sonu olmayan prosesdir. Uğur məqsəd deyil – o, həyat tərzidir.

Gülməli yanı da budur ki, real icraçılar və biznes liderləri bir gün oyanıb, “Bəli, mən  bunu etdim” deyib, sonra da arxaya söykənib, varlı həyatlarını yaşamırlar. Onlar adətən bu qarışıqlığın üzərində işləməkdən əl çəkmirlər və növbəti çətinliklə mübarizə aparmağa davam edirlər, məhz budur onların göstəricisi. Gördükləri iş sadəcə bax budur.

Bunu sadəcə sizi həvəslədirmək üçün demirəm. Bunun doğru olduğunu bildiyim üçün deyirəm. Öz şəxsi təcrübəmdən – karyeramdan və illərlə tanış olduğum və çalışdığım yüzlərlə yüksək səviyyəli menecerlərə əsasən sizə deyə bilərəm ki, bu, həqiqətdir.

Mən Starbucks şirkətinin CEOsu Howard Schultz, Oracle şirkətinin rəhbəri  Larry Ellison, Softbankın təsisçisi Masayoshi Son, Alibabanın qurucusu Jack Ma, köhnə Verizon, CEO İvan Seidenberg və mərhum Steve Jobs kimi böyük sahibkarların həyatlarının çətinlikləri və onlarla necə savaşaraq böyüməkləri haqqında xeyli yazmışam.

Mən sizə bu sizin düşündüyünüz kimi deyil deyəndə, mənə güvənin.

Sahibkarlıq və liderlik haqqında yazılanların əksəriyyəti olması gərəkdiyi kimi deyil. Onları asanlıqla səsləndirən və özünü elan etdiyi müvəffəqiyyətləri ilə bəyənənlər axmaq artistlərdir. Əgər onlar  olmasaydı, bu günlərdə ictimai mediada və məşhur veb saytlarında gördüyümüz mənasız yazılar da olmazdı.

Başarılı olmaq fərdi  məhsuldarlıq, vərdişlər, ilhamverici olmaq, emosional intellekt və ya müsbət düşünmə kimi məşhur anlayışlardan uzaqdır.  Bu sahibkar kimi düşünmə və ya lider olmaqla bağlı bir şey deyil. Və əminliklə deyirəm bu “alınana qədər təqlid elə”anlayışından da uzaqdır. Hər kəsin etdiyi arzulara və yazılara həyatlarını sərf eləyən insanlar üçün, əslində uğurun nədən ibarət olduğu bunlardır:

Çətinliyi təcrübə etmək

Çətin şəraitdə böyüyən insanların başarılı idarəçi və biznes liderləri olmasının səbəbi onların öz işlərinin daima problemlərini aradan qaldırmaq üçün lazım olan rəqabət ruhunu və davamlılığını inkişaf etdirməlidir. Baş rəhbər olmaq üçün çətinliklə böyüməkdən yaxşı məşq(treyninq) yoxdur.

Sübut etməyə bir şeylərin olması

Görünür ki, tanıdığım ən üst səviyyəli idarəçilərin görünür çiynində çip var. Sanki sübut etməyə bir şeyləri varmış kimi, buna baxmayaraq heç vaxt anlaya bilməmişəm ki, onlar bunu kimə sübut etməlidirlər. Bunu bildiklərindən belə əmin deyiləm. Bax elə buna görə də adətən onlar öz performanslarından və nailiyyətlərindən məmnun olmurlar. Məhz buna görə dayanmadan onlar böyüyür, inkişaf edir və əldə edirlər.

İşinin vurğunu olmaq

Düşünürəm ki, hər kəs əsl sahibkarların bəzi problemlərin heç kəsin edə bilmədiyi şəkildə həll etməyə necə həvəsli olduqlarından xəbərdardırlar. Böyük uğur hekayələri – Bil Geyts, Varen Bafet, Mark Zukerburq, Lary Peyc – onlar sadəcə işlərinin həvəskarı deyil, vurğunudurlar. Buna görə də onlar intizamlı və diqqətlərini bir yerə cəmləmiş olurlar.

Özəl olduğuna inanmaq

Bütün böyük insanlarda diqqət etdiyim ortaq cəhət, onların həqiqətən özlərinin özəl olduqlarını düşünmələridir. Demək istədiyim “Mən sizdən daha yaxşıyam” kimi deyil, onlar sadəcə həyatı öz qaydaları ilə oynayırlar. Onlar olacaqların necə olacağını və necə olması gərəktiyini daha az veclərinə ala bilməzdilər. Buna görə də onlar chox vaxt başqalarının onlara edə bilməyəcəklərini dedikləri şeyləri tamamlamağa nail olurlar. Xüsusi olduğunu düşünmək artıq hər şeyin məhz sən dediyin üçün olacağına inanmaqdır.

Ağıllı olmaq və instinktlərinə güvənmək

İstədiyiniz şeyi düşünə bilərsiniz, lakin tanış olduğum bütün uğurlu biznes liderləri ağıllı və fərasətlidir. Daha vacibi budur ki, onlar böyük qərar qəbul edərkən həmişə öz instinktlərinə etibar edirlər. Əlbəttə, bu insanlar ən yaxşı istedadları işə götürürlər və onların nə deməli olduqlarını dinləyirlər, amma sonda yenə də öz intiusiyalarını dinləyirlər. Və adətən bu işə yarayır.

Uğuru məqsəd kimi görsəniz, nail olacağınıza şübhə edirəm. Amma görəcəyiniz böyük işlər sevdiyiniz işdirsə, o zaman uğurlu olacağınıza əminəm.

Müəllif: Steve Tobak | Yazıçı və kouç
Tərcümə: Dilbərxanım Hüseynli | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.