coaching.az |

Təsir gücümüz hara qədərdir?

Nələrə təsir edə bilərsiniz, nələrə isə edə bilməzsiniz?

İnsanın xoşbəxtliyi və azadlığı aşağıdakı iki həqiqəti açıq şəkildə başa düşməklə başlayır: həyatınızdakı bəzi şeylərə nəzarət edə bilərsiniz, bəzi şeylərə isə yox. Siz ancaq bu iki vacib nüansla üz-üzə qaldıqdan və nəyə nəzarət edə biləcəyinizi, nələrə edə bilməyəcəyinizi öyrəndikdən sonra daxili sakitliyə və xarici nüfuza nail ola bilərsiniz.

Nəzarət altına ala biləcəyimiz şeylər – zənlərimiz, şiddətli arzularımız, istəklərimiz və bizi diksindirən şeylərdir. Bunlar birbaşa bizim təsir dairiəmizdədirlər. Daxili dünyamız və xarakterimizlə əlaqədar seçimləri hər zaman özümüz edirik.

Bizim nəzarətimizin altında olmayan şeylər isə – hansı xarici görünüşə sahib olmağımız, varlı və ya yoxsul ailədə doğulmağımız, başqa insanların nəzərində necə görsəndiyimiz və cəmiyyətdəki yerimiz kimi şeylərdir. Bunların xarici təsirlərlə ortaya çıxdığını və bizi birbaşa əlaqədar etmədiyini başa düşməliyik.

Təsir edə bilməcəyimiz şeylərə təsir etməyə və onları dəyişdirməyə çalışmaq bizə şiddətli məyusluq hissi verir.

Anlayın ki, gücümüzün çatdığı şeylər təbii şəkildə bizim əmrimizə tabedir – onları məhdudlaşdırmaq və mane olmaq olmaz. Fəqət, təsir dairəmizin xaricində olanlar başqalarının müvəqqəti həvəs və davranışları ilə müəyyən olunurlar. Unutmayın ki, təbii şəkildə gücünüzün çatmayacağı şeylərə idaraetmə azadlığına sahib olduğunuzu düşünsəniz, ya da ki, başqalarının işlərini sanki sizin öz işiniz kimi mənimsəsəniz, bu istəklərinizə mane olunan zaman “’əsəbləriniz xarab olur”, “narahat olursunuz” və “xətanı başqalarında görən insan” olursunuz.

Roma filosofu Epiktetin “Müzakirələr” əsərindən.

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.