coaching.az |

Sufinin cavabı

Bir gün gənc bir adam tanınmış bir Sufi mürşidinin yanına gəlib deyir:

– Ustad, mənə qərəzli düşüncələrdən və pis vərdişlərdən xilas ola bilməyin yollarını öyrət.

Mürşid ona cavab verməyin yerinə ayağa qalxır və yanındakı sütunu qucaqlayaraq “Məni tutub saxlayan bu sütundan xilas edin!” deyə qışqırmağa başlayır.

Adam elə bilir ki, yanına gəldiyi mürşid dəli olub və məyuslqla deyir:

– Nə üçün belə edirsən?! Mən sənin yanına ağlı başında və müdrik insan olduğuna inandığım üçün gəlmişdim. Amma görürəm ki, sən dəlinin böyüyüsən. Axı bu cansız sütun səni necə tuta bilər? Sütunu tutan sənsən, burax onu!

Mürşid qollarını sütundan çəkir və gülümsəyərək deyir:

– Bu dediklərini həqiqətən başa düşsən, mənə gətirdiyin sualın cavabını elə özün də tapa biləcəksən. Qərəzlərin və vərdişlərin səni tutmur, sən onları tutursan. Burax onları getsin! Əvvəlcə özünü dəyişməlidir insan. Baş verən hadisələrə baxış bucağını dəyişməlidir. Özünə tənqidi yanaşa bilməlidir. Əvvəlcə özünü mühakimə et… Sonra isə, burax getsin…

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.