coaching.az |
Sinif

Sual verməyin faydaları

Hamımız “axmaq suallar yoxdur” ifadəsini eşitmişik. Bu, köhnə məktəb günlərimizdən bu günümüzə gələn bir ifadədir, elə deyilmi? Ayova Dövlət Universitetinin (Iowa State University) yeni araşdırması göstərir ki, fərq etmir tələbə və ya professor olsun, sual vermək hər kəsin öyrənməsinə kömək edə bilər.

Əgər siz Jason Chanın dərslərində iştirak etsəniz, soruşulacaq tonlarla suala hazır olmalısınız. Dosent elmi dərəcəsinə sahib və yuxarıda qeyd olunan  tədqiqatın müəllifi olan Jason dərs zamanı tələbələrə mütəmadi olaraq suallar verir. O, bunu yalnız sinfin diqqətini cəlb etmək üçün deyil, eləcə də yeni məlumatların öyrənilməsində yardımçı olması üçün edir.

O deyir: “Bu, ucuz və effektiv bir üsuldur və hər kəs öz dərslərində tətbiq edə bilər”. Chan qeyd edir:Tələbələrin yaxşı öyrənməsini təmin etmək üçün onların hər birinə bir iPad verməyə ehtiyac yoxdur. Bunun üçün suallar vermək və tələbələrin onları sinifdə cavablandırmasını təmin etmək kifayət edir“.

Siniflərin səviyyəsi fərqli olduğuna görə mükəmməl “mühazirə və sual nisbəti” yoxdur, Chan deyir ki, istənilən səviyyədə və mühitdə tələbələri mühazirə ərzində test etmək onların öyrənməsinə yardım etmək üçün sadə bir addımdır.

Bu, müştərilərinizi cəlb etmək üçün siz kouçlara da faydalı bir vasitə ola bilər. Koçinizin passiv olduğunu gördüyünüz zaman ona müzakirə mövzusuna aid suallar verin. Bu məsləhəti eyni zamanda öz işçilərinin və ya həmkarlarının diqqətini cəlb etməyə çalışan koçilərinizə də ötürə bilərsiniz.

Müəllif:  Savannah Patton | Beynəlxalq Kouç Federasiyası
Tərcümə: Səadət Yolçuzadə | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.