coaching.az |

Sağlamlıq təsadüflərlə gəlmir. Sağlamlıq – seçimdir!

Həyat funksiyalarımızı davam etdirə bilmək üçün hər birimizin enerjiyə ehtiyacı var. Bu enerjinin böyük qismini qidaların vasitəsi ilə alırıq və buna görə də qidaların həyatımızdakı rolunun əhəmiyyəti danılmazdır. Bunun üçün də istifadə etdiyimiz qidaların seçimində xüsusi həssaslıq göstərməliyik.

“Nə yeyirsinizsə, ona da çevrilirsiniz” – bu, son zamanlarda ən çox rastlaşdığımız cümlələrdəndir. Bu sözlərdə böyük həqiqət payı var. Həyatda doğru olanlar çox vaxt xoşumuza gəlməsə də, biz hər zaman doğruları axtarmağa davam etməliyik.

Canlı, bişirilərək təzəliyini itirməyən – çiy, təbiətdə olduğu kimi rəngli qidaları istifadə edək.

Enzimlər nədir? Enzimlər bədənimizdəki bütün kimyəvi proseslərin sürətini və təsirini artiran katalizatorlardır. Onlar hüceyrələrimizin yenilənməsini sürətləndirməkdən məsuldurlar. Enzimlərin çoxu 48 dərəcə istilikdə parçalanırlar və bişirilmə prosesi enzimlərin məhv olmasına gətirib çıxarır. Çiy, təzə və orqanik olan qidalar enzimlərlə zəngindir və bu cür qidalarin həzmi üçün çox az enerji serf edirik ki, bu da enerjimizin böyük qisminin bizə qaldiği anlamina gəlir.

Əminəm ki, hər biriniz ağır, yağli və ölü qida yediyinizdə yuxunuzun gəldiyini və tənbələşdiyinizi dəfələrlə müşahidə etmisiniz. Yeməyin əsas öyününün günorta çağı saat 12.00-14.00 aralığında yeyilməsinə diqqət edilməlidir. Bu zaman dilimi həzm enzimlərinin ən aktiv olan dönəmidir. Axşam saatlarinda bütün kainat passivləşdiyi və ətalətə büründüyü kimi, bədən metabolizmimiz – maddələr mübadiləsi də zəyifləyir.

Su – həyat mənbəyidir.

Bol su içilməsinin vacibliyini hər zaman vurğulanmalıdır. Sağlam bir qadının vücudunun 50 faizini, kişilərin vücudunun 60 faizini, yeni doğulmuş körpənin vücudunun isə 70-75 faizini su təşkil edir. Yaşlandıqca bədənimizdə olan suyun miqdarı azalır. Uşaqların dərisinin hamar və parlaq olmasının səbəbi su miqdarının hüceyrələrdə daha çox olması ilə əlaqədardır. Hüceyrə içərisində baş verən bütün metabolik proseslər onun içərisində su miqdarı lazimi miqdarda olduğu vaxt həyata keçirilə bilir.

Sağlam bədəndə sağlam ruh olar.

Suyun bədəndə yığılan toksinləri atılmasına, dərinin nəm saxlanmasına, təzyiqin stabil qalmasına (burada söhbət aşağı təzyiqdən gedir), bədən tempraturunun tənzimlənməsinə, oynaqların sürtünməsiz işləməsinə və s. əvəzolunmaz töhfələri var. Bədəndə suyun miqdarının azalmasına dehidratasiya deyilir. Gün ərzində davam edən yorğunluğun səbəbi yüngül dehidratasiyadır. Bədənimizdə olan maye miqdarının 2% azalması belə yüngül yorğunluğa, diqqət dağınıqlığına və ya yaddaşda yüngül pozulmalara səbəb ola bilər.

Gün ərzində qəbul olunmalı olan su miqdarı hər insana görə fərqlilik daşıyır. Ağır fiziki işlə məşğul olan insanlar oturaq həyat keçirənlərə nisbətən daha aktiv metabolizmə sahib olduqları üçün daha çox su istifadə etməlidirlər. Su içmək üçün susamağınızı gözləməyin. Bunu vərdişə çevirməyiniz orqanizminizə təşəkkür etməyinizi gözəl yoludur.

Sağlam zehnə və bədənə sahib olmaq istəyiriksə davamlı hərəkət içərisində olmalıyıq. Təbiətin canlılığı davamlı hərəkətdə olmağındadır. Durğun su iylənər və ya işləməyən dəmiri pas tutar deyib atalarımız. Hərəkət etmək bədənimizin metabolizmasını gücləndirir və bütün orqan və sistemlərə gedən qan dövranını artırır. Hərəkət edərkən çox tərləyirik, bu isə bədənimizin toksinlərdən azad olunmasını sürətləndirir.

Beynə istirahət verməyin yolu bədəni yormaqdan keçir. Eyni zamanda, yaxşı yaddaşa sahib olmaq üçün gündəlik aktiv hərəkətlərimizi artırmalıyıq.

Sağlam həyat tərzini seçin.

Dr. Arzu Yusifova


Arzu Yusifova – həkim-qastroenteroloq.

Azərbaycan Dövlət Tibb və Ankara Tibb universitetlərində təhsil almışdır.

Bir çox elmi konfransların məruzəçisi və iştirakçısıdır.

Bir neçə elmi məqalənin müəllifidir.

Azərbaycan Cərrahlar Klubu, Amerika Qastroenteroloji Asosasiyası ve Avropa Qaraciyər Xəstəlikləri Asosasiyasının üzvüdür.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.