coaching.az |

Sən kimsən?

Bəzən içimizdəki insan bizə o qədər yadlaşır və aramızdakı rabitə o dərəcədə qopur ki, sonra onu çöldə-bayırda nabələdlərə soraqlaşıb axtarırıq: “Bilirsən mən kiməm?!”.

Qəribə sualdır.

Axı çöldəki yad insan haradan bilsin sənin kim olduğunu?

İllər boyu sən özünü itirib axtarmamısansa, indi səninlə o maraqlanacaq?

Bəlkə bu sualı bir də özünə verəsən?

Həm də bu qədər yüksək səslə və qeyzlə deyil, sakitcə və cavab alma arzusu ilə.

Elə bil ki, illərlə qapısını döymədiyin çox yaxın bir insana baş çəkirsən və qayğı göstərərək söhbətləşirsən.

Mən kiməm?

Çox yaxşı sualdır.

Düzgün cavabını tapsan çox cavabsız sualın narahatlığından da xilas ola biləcəksən.

P.S. Bu suala düzgün cavab tapsan bir daha yadlardan öz kimliyini, kimin oğlu, qızı, arvadı, bacısı oğlu olduğunu soruşmayacaqsan.

Elçin Əzimli

Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi

© 2021 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.