coaching.az |

Rəhbərlərin kouçinqi: kiminlə, nə zaman, harada, necə və niyə?

“Mənim rəhbərlərə yönəlik kouçinqə ehtiyacım varmı?” sualı barədə düşünərkən, işçilərdə və işəgötürənlərdə konkret cavabdan çox əlavə suallar yaranır. Şirkətə kouç cəlb edilməsi böyük risk kimi görünsə də, peşəkar kouçinq əlaqələrinin yaradılması ilə innovativ və daha yaxşı  biznes sisteminin formalaşdırılması kimi faydaları nəzərə alsaq, bu risklər gözünüzdə cılızlaşacaq.

Qarşılaşdığınız riskləri nəzərə alaraq, aşağıdakı məqalədə düzgün kouç və kouçinq proqramı seçmək üçün sizə faydalı olacaq bir neçə suala öz təcrübəmə əsaslanaraq cavab verməyə çalışacağam.

Rəhbər kouçinqinə kimlərin ehtiyacı var və bunu kim təmin etməlidir?

Adətən rəhbərlərlə çalışan kouçların xidmətindən işəgötürən, yaxud rəhbər öz əməkdaşının dəqiq təyin olunmuş hədəflərinə çatmasına yardım etməsi məqsədilə istifadə edir.

Bu hədəflər kouç seçilmədən öncə təyin edilir və “kim” sualına cavab tapılması üçün önəm daşıyır.

Kouçinq dəqiq hədəflər, yaxud KPI-lar üçün seçildiyi üçün, kouçun bütün sahələrdə ekspert olması, yaxud müştərisinin sahəsində bilikli olmasına ehtiyac yoxdur. Məhz kouçinq etdikləri istiqamətdə daha çox məlumat və təcrübə paylaşmalarına ehtiyac duyulur.

Kouçinqə ehtiyac duyan şəxs isə, öz vəzifəsində dəyişiklik axtaran, yaxud biznes hədəfləri və potensialını artırmaq istəyən əməkdaşlardır. Buna görə kouçinq alacaq şəxs öz rəhbəri, biznes sahibi, yaxud direktorlar şurası tərəfindən seçilir. Kouç xidmətindən istifadəyə qərar verdikdən və kouçinq alacaq şəxsi müəyyən etdikdən sonra, özünəməxsus baxış bucağı olan, layihəyə yüksək dəyər verən və müştəri ilə səmimi münasibət quran bir peşəkar kouç seçilir.

Kouçinq prosesi hansı müddətdə davam etməlidir?

Kouçinq bir prosesdir və digər proseslər kimi uğurlu olması üçün müəyyən bir zaman aralığı tələb olunur. Buna görə də, kouçlar müştəriləri ilə, təyin edilmiş vaxtda (adətən bir saat) və bir neçə həftədən bir neçə aya qədər dəyişən bir müddətdə işləyirlər.

Buna görə rəhbərlərə yönəlik kouçinq zamanı yeni proseslərin yaradılması və hədəflənmiş məqsədlərin idarə edilməsi üçün vaxt önəmli bir nüansdır. O, hədəflər qoymaq üçün pozitiv sistem yaradır, fəaliyyətin kouçinqlə uyğunlaşmasını tənzimləyir və sonra görülən işlərdə əldə olunan uğuru nəzərdən keçirərək, hədəflərdə düzəlişlər edilir.

Rəhbərlərin kouçinqi nəyi təmin edir?

Rəhbərlərlə işləyən kouçlar müştərilərinə öyrənmə və kouçinq sistemi vasitəsilə ötürdükləri spesifik bacarıq komplektinə malikdirlər. İş mühitində işçi, rəhbər yaxud biznes sahibi ilə yanaşı kouç işləri necə daha da yaxşı yerinə yetirilməsini dərk etməkdə onlara köməklik göstərir.

Rəhbərə yönəlik kouçinq harada keçirilməlidir?

Belə kouçinq seansları evdə, yaxud ofislərdə keçirilə bilər, lakin rəhbərlər həddən artıq məşğul olduqlarından adətən seanslar onların iş yerlərində keçirilir. Aktual kouçinq sessiyaları ünsiyyətcil mühitdə keçirilərkən, kouçinq tapşırıqlarının çoxu məhz rəhbərin məşğul iş həftəsi içərisində icra olunur. Kouçinq seansı istənilən mövzuda alındığı üçün tapşırıqlar marketing, İR, kontent hazırlanması, İT, satış, keyfiyyətə nəzarət və rəhbərin arzu etdiyi digər mövzulara aid ola bilər.

Kouç öz müştəriləri ilə necə işləyir?

Bu sualın cavabı kouçinqə cəlb edilən şəxsin supervayzerinin tələbindən asılıdır. Bəzi mütləq situasiyalarda kouçinq daha dərininə və tətbiqi edilir, məsələn CEO vəzifəsini təhvil vermək üçün seçilən əməkdaş kouçinqə cəlb edilərkən. Digər tərəfdən ənənəvi kouçinq sessiyalarına həftə ərzində təkbətək mentorluq tapşırıqları da daxil edilir. Peşəkar təşkil edilən kouçinq prosesi, həftəlik və aylıq inkişafı və uğuru təqib etmək üçün unikal sistem formalaşdırır. Nəticədə, tərəflərə dərhal prosesin uğurları haqqında geri bildirişlər verilir və zəif nöqtələri asanlıqla müəyyən etmə fürsəti yaradır.

Niyə rəhbərlərə yönəlik kouçinq almalısınız?

Aşağıdakı siyahı sizin kouçinqə ehtiyacınız olduğu anları əks etdirmir, lakin rəhbər kouçları ilə niyə və nə zaman çalışmaq lazım gəldiyinin əsas səbəblərini ifadə edir:

  1. Rəhbər şəxs növbəti vəzifəyə hazırlanarkən

CEO şirkətdə CTO vəzifəsindən sonrakı yeganə ən yüksək vəzifə deyil,  eyni zamanda bu vəzifələrin icrası belə fərqi bacarıqlar tələb edir. Rəhbər şəxs şirkətdə fərqi bir vəzifəyə təyin edilmək üçün hazırlanarkən, həmin vəzifəyə hazır olduğundan əmin olmaq üçün kouçinqdən istifadə edilir.

  1. Rəhbərin şöbəsində inkişafa ehtiyac duyularsa

Bəzən şöbənin geri qalması təkcə bir insanın günahı deyil, ümumilikdə sistemdəki problemlərin nəticəsidir. Təcrübəli rəhbər kouçu sistemdəki problemləri üzə çıxarır və rəhbərə arzu olunan nəticəni əldə etmək üçün sistemi dəyişməkdə kömək edir.

  1. Şirkətdə sistemin bütünlüklə dəyişməsinə ehtiyac olduqda

Şirkət daxilində önəmli məhsullar, biznes proseslər, yaxud kənardan ciddi təhdidlər olarkən, ya da əhəmiyyətli digər dəyişikliklər lazım gələrsə, işlərin daha da mükəmməl tamamlanması üçün xaricdən dəstəyə ehtiyac duyulur. Rəhbərərə yönəlik kouçinq məhz bunu təmin edir.

  1. Rəhbərin şəxsi olaraq köməyə ehtiyacı olarkən

Rəhbərin işdəki performansına təsir edən bir çox şəxsi çətinlikləri ola bilər. Belə çətinliklərdən biri ortaya çıxarsa, kouçun yardımı ilə həmin rəhbər yenidən şirkətə qazandırılır.

Gördündüyü kimi, rəhbərlərin kouçinqə cəlb edilməsi, kouçinqin arxasındakı metodlar və hətta seansın kim tərəfindən keçirilməsi üçün həddən çox səbəblər var. Bütün bu nüanslara qayğıkeşliklə yanaşaraq, növbəti kouçunuzu uğurla seçə bilərsiniz.

Müəllif: Ryan Bonnici | Hubspot şirkətinin Qlobal Marketinq üzrə Baş Direktoru
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.