Müəllim su ilə dolu bir stəkanı şagirdlərinə göstərərək soruşdu:
– Uşaqlar, sizcə bu stəkanın çəkisi nə qədərdir?
– Təxminən iki yüz qram, – deyə şagirdlər cavab verdilər.
– Gördüyünüz kimi, çəkisi elə də ağır deyil, – müəllim dedi və yenə soruşdu. – Bəs bu stəkanı bir neçə dəqiqə əlimdə saxlasam, nə olar?
– Yəqin ki, heç nə olmaz.
– Yaxşı. Bəs bir saat belə saxlasam?
– Əliniz yorular.
– Bəs bir neçə saat davam etsəm?
– Əliniz ağrımağa başlayar.
– Doğrudur. Bəs bu vəziyyətdə stəkanı bir gün əlimdə tutsam?
– Saxlaya bilməzsiniz! Ya da ki, əliniz keyiyər, hətta iflic ola bilər, – deyə şagirdlərdən biri üzündə narahat ifadə ilə cavab verdi.
– Çox gözəl, – müəllim sözünə davam etdi. – Bəs stəkanın çəkisi dəyişdimi?
– Xeyr, – cavab gəldi.
– O zaman bu ağrı haradan yarandı?
– Uzunmüddətli gərginlikdən, – deyə şagirdlər cavab verdilər.
– Bu ağrıdan qurtulmaq üçün nə etməliyəm?
– Stəkanı yerə qoymalısınız, – deyə uşaqlar dilləndilər.
– Həyatdakı problemlər də əslində belədir, – müəllim dedi. – Onları bir neçə dəqiqə düşünmək normaldır və zərərsizdir. Ancaq, bir neçə saat beyninizdə çək-çevir etsəniz, başınız şişər. Günlərlə bu fikirlərlə yaşasanız, sizi iflic edər, başqa heç nə ilə məşğul ola bilməzsiniz. Bu ağrını azaltmağın yolu isə problemi beyninizdə çox tutmamaqdır.
© 2025 · coaching.az








Yazılarınız sadə olduğu qədər kaloritli və müalicə edicidir! Təşəkkürlər dəyərli Elçin bəy! Elə an olur ki,Xızır kimi yetişirsiniz! Var olun!
Təşəkkürlər, Vüsalə xanım.