Dünyanı dəyişdirmək və milyarder olmaq istəyən sahibkarlara iki sual
Suallar tarixin ən uğurlu texnologiya investorlarından biri sayılan, bugünlərdə 50-illiyini qeyd etmiş Peter Andreas Thiel tərəfindən olacaq.
Peter Thiel həm bakalavr, həm magistr təhsilini Stanford Universitetində almışdır. Facebookun ilk kənar investorlarındandır, həm də Paypalın təsisçilərindən biridir. Uğurları və aldığı mükafatlar haqqında çox yazmaq istəmirəm. İnternetdə bu barədə xeyli məlumat var.
Fərqli, qeyri-ənənəvi fikirləri və yanaşmaları ilə tanınmış Thielin, mənim də özümdən soruşub hələ cavab tapa bilmədiyim məşhur iki sualını bu yazıda sizinlə paylaşmaq isdəyirəm:
- On ilə çatmaq istədiyin hədəfi növbəti altı ayda reallaşdırmağı niyə düşünmürsən?
Bu suala cavab vermək bütün uzun müddətli hədəflərimizə qısa müddətdə çatmaq və ya bunun yolunu tapmaq demək deyil. Sadəcə, bu yolla hədəfə çatmaq üçün bizə doğrudan da on il tələb olunub olunmadığını müəyyən edirik. Biz təyin edirik ki, bu həqiqətən də hədəfdir, yoxsa, bizim özümüzə təkrarladığımız bir xülya.
- Mənə, demək olar ki, heç kəsin səninlə razılaşmadığı bir şey de.
Bu sualın başqa bir versiyası belədir: Hazırda heç kimin başlamadığı, sənin başlayacağın və uğurlu olacağın halda hansısa sahədə inqilabı dəyişikliklər edəcək, sənə milyardalar qazandıracaq hansı biznes var?
Peter, bütün nəhəng şirkətlərin sirləri olduğunu və yaxud, hansısa sirri açaraq uğur əldə etdiklərini deyir. Özümüzdən soruşsaq, bu sual zehnimizi müxtəlüf təmayüllərin, bunlarla bağlı şişirdilmiş xəbərlərin, söhbətlərin hipnozundan, tilsimindən təmizləməyə və ya zehnimizi belə təsirlərdən qorumağa kömək edir, bizi orijinal olmağa, təkrarsızlığımıza qayıtmağa, məsələlərə, planlarımıza və ətrafda baş verənlərə oradan baxmağa vadar edir. Piterin təbiri ilə desək, biz, boyük şirkətlər kimi, hansısa bir sirri və ya sirləri açıb, müvafiq sahədə inqilab etmiş, dünyanın nəhəng bizneslərindən birini qurmağa aparan yola qədəm qoymuş oluruq.
Bu iki sualla həm də, Henry Fordun çox az sayda insan edir dediyi o çətin işi etmiş olacağıq yəni məqsədləri şəkildə düşünəcəyik.
Düşünmək dünyanın ən çətin işlərindən biridir: hər halda bununla çox az sayda adam məşğul olur.
İndi bu iki çətin sualı özünüzə verin və cavablandırın. Bu, çətin görünə bilər, amma cəsarət lazımdır ki, bu sualı soruşub, üzərində düşünəsən və cavab tapmağa çalışasan.
Əgər, sadəcə ətrafdakıları təkrarlayaraq hamının məşğul olduğu işlərdən birinə başlayıb, sadəcə pul qazanmaq üçün vaxt sərf etmək (bunun heç bir eybi yoxdur, orijinallığımızı yoxlamağımıza da mane olmur), onda istəmirsinizsə, çətin olsa da, bu suallara vaxt ayırmalısınız.
Bu gün təsəvvür belə edə bilmədiyiniz yerlərdə olmaq, kiçik yox, çox böyük bir ehtimalla mümkündür…
Bunun üçün özünüzə verdiyiniz bəsit, gərəksiz, neqativ suallardansa, bu çətin suallara vaxt ayırmaq daha ağıllı, daha məntiqlidir…
Uğurlar!
İsmayıl Vəliyev | ismayilvaliyev.com
© 2017 · coaching.az