coaching.az |

Öyrəndim ki…

Öyrəndim ki… Heç kimi sizi sevməyə məcbur edə bilməzsiniz. Özünüzü seviləcək bir insana çevirin, gerisi onlara qalsın.

Öyrəndim ki… Etibar qazanmaq illər tələb edir, itirmək bir dəqiqə.

Öyrəndim ki… Həyatda nələrə sahib olmaq önəmli deyil, kiminlə olduğun önəmli.

Öyrəndim ki… Özünü sevimli göstərib 15 dəqiqə qazanmaq olar, amma sonrası üçün bir şeylər bilmək lazımdır.

Öyrəndim ki… Özünü ən yaxşılarla müqayisə etmək yox, öz ən yaxşınla müqayisə etmək nəticə verir.

Öyrəndim ki… İnsanların başına nə gəldikləri deyil, o anda nə etdikləri əhəmiyyətlidir.

Öyrəndim ki… Nə qədər kiçik dilimlərə bölürsən böl, hər şeyin iki üzü vardır.

Öyrəndim ki… Olmaq istədiyin insan ola bilmək çox vaxt tələb edir.

Öyrəndim ki… Dərhal rekasiya vermək düşünməkdən qat-qat asandır.

Öyrəndim ki… Bütün sevdiklərinlə yaxşı sağollaşmaq gərəkir, hansının son görüş olacağını bilə bilməzsən.

Öyrəndim ki… Hisslərini idarə edə bilməsən, hisslərin həyatını idarə edər.

Öyrəndim ki… Yoruldum dediyin andan etibarən, əsl yorğunluğa qədər hələ çox var.

Öyrəndim ki… Qəhraman dediyimiz insanlar nəsə etməlidirlərsə, onu edən zaman şərtlər nə olursa olsun, edəcəklər.

Öyrəndim ki… Bağışlamağı öyrənmək cəhd etməklə olur.

Öyrəndim ki… Bəzi insanlar sizi çox sevir, amma bunu necə göstərəcəyini bilmir.

Öyrəndim ki… Bəzi insanlara nə qədər diqqət və qayğı göstərsən də, əvəzini görmürsən.

Öyrəndim ki… Pul ucuz uğurdur.

Öyrəndim ki… Ən yaxşı dostunla darıxıdırıcı bir an belə olmaz.

Öyrəndim ki… Yıxıldığın zaman səni təpikləyəcəyini düşündüyün insanlardan bəziləri səni qaldırmaq üçün əlini uzadar.

Öyrəndim ki… İki insan eyni şeyə baxıb, təmamilə fərqli şeylər görə bilər.

Öyrəndim ki… Aşiq olmanın və eşqi yaşamağın çox növləri var.

Öyrəndim ki… Heç tanımadığın insanlar iki saat içərisində sənin həyatını dəyişə bilər.

Öyrəndim ki… Hər şərtdə öz qarşında dürüst olan insanlar daha uzun yol gedər.

Öyrəndim ki… Hislərini bölüşmək və yazmaq ruhunu rahatladır.

Öyrəndim ki… Divardan asılan diplomlar insanı insan etməyə yetməz.

Öyrəndim ki… Eşq kəliməsi nə qədər çox istifadə olunsa, ifadə etdiyi məna bir o qədər azalar.

Öyrəndim ki… Qarşındakını qırmamaq və inanclarını qorumaq arasındakı incə xətti tapmaq çox çətindir.

Öyrəndim ki… Əsl dostlar arasına məsafə girməz. Əsl sevgilərin də!

Öyrəndim ki… Təcrübənin neçə ad günü keçirməyinizlə əlaqəsi yoxdu, bu necə təcrübələr yaşamağınızdan asılıdır.

Öyrəndim ki… Ailə həmişə insanın yanında olmur. Qohumunuz olmayan insanlardan diqqət, sevgi və etibarı öyrənə bilərsiniz.

Öyrəndim ki… Nə qədər yaxın olursa olsun, ən yaxşı dostlar da ara-sıra sizi məyus edə bilər. Onları bağışlamaq lazımdır.

Öyrəndim ki… Bəzən başqalarını bağışlamaq kifayət etmir. Bəzən insan özünü bağışlamağı bacarmalıdır.

Öyrəndim ki… Ürəyiniz nə qədər qan ağlayır ağlasın, dünya sizə görə fırlanmağını dayandırmaz.

Öyrəndim ki… Şərtlər və hadisələr kim olduğunuza təsir edə bilər, amma nə olduğumuzdan özümüz məsuliyyət daşıyırıq.

Öyrəndim ki… İki insan mübahisə edirsə, bu bir-birlərini sevməməsi anlamına gəlməz, etmirsə də sevdikləri anlamına gəlməz.

Öyrəndim ki… Hər problem içərisində bir fürsət gizlədir  və problem fürsətin yanında çox kiçik görünər.

Öyrəndim ki… Sevgini tez itirirsən, peşmanlığın uzun illər sürər.

Ataol Behramoğlu

Müəllif:  Ataol Behramoğlu
Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Lalə Rəsulova

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.