coaching.az |

Musiqi və beynimiz

Biz hiss etsək də, etməsək də musiqi gündəlik həyatımızda geniş paya sahibdir. Çox vaxt o, radioda, həkim otağında, supermarektdə və ya idman zalında arxa plana keçir. Ancaq, musiqinin üzərimizdə nə qədər dərin təsiri olduğunu bilməliyik. Musiqi bizə heç bir incəsənət növünün bacarmadığı qədər təsir bacarığına malikdir. O, daxilimizdə olan – həyatımızındakı xüsusi yerlərə və zamana  daşımağımızı istədiyimiz nələrisə üzə çıxarır. Biz kim olduğumuzu  musiqi vasitəsi ilə həqiqətən hiss edə bilərik.

Bu, musiqinin gücüdür. Lakin bu nostalgiya ilə bitmir. İnsanlar musiqiyə çox bağlıdırlar, çünki o, beyinin dəyərləndirmə sistemini – yaşamaq üçün nəyin vacib, dəyərli və ya zəruri olub, olmadığı barədə bizə siqnal göndərən beynimizin müəyyən bir hissəsini fəallaşdırır. Biz həzz aldığımız musiqini dinlədiyimiz zaman, beynimiz dopamin ifraz edir və bu zaman özümüzü təbii şəkildə çox yüksək əhval-ruhiyyədə hiss edirik. Bu, yemək yediyimiz və ya sevdiyimiz bir işlə məşgul olduğumuz zaman həmin baş verən prosesin eynidir.  Ancaq burada bir məsələ var ki, yemək və sevgiyimiz işlə məşğuliyyətdən fərqli olaraq, musiqinin gücü sadəcə həyatda qalmağa xidmət etmək deyil, ondan qat-qat artıqdır.  Musiqi, özünüifadənin ən güclü vasitəsidir ki, biz buna malikik. O, əslində hazır olmadığımız şeylər barədə düşünməyə və özümüzü fərqli şəkildə hiss etməyə yol açır. O, idrak diapozonunu inkişaf etdirmək gücünə sahibdir. Onun hərəkət etdirmək, həvəsləndirmək, birləşdirmək və hətta şəfa vermək potensiali var.

Musiqi və tibb

Hamımıza məlumdur ki, musiqi müəyyən emosional reaksiyalar oyada bilər. Misal üçün, zen xarakterli musiqi topluları bizi yuxuya apara bilər. Yaxud, incə ahəngli melodiyalar bizə yorğun iş gunundən sonra rahatlıq bəxş edə bilər. Ancaq bilirdinizmi ki, musiqi əslində fizioloji faydaya da yönələ bilər? London Universitetinin araşdırmalarından birində, tədqiqatçılar əməliyyata gedən xəstələrə musiqinin onların stress səviyyələrinə necə təsir etdiyini yoxladılar. Onlar aşkarladılar ki, əməliyyatdan öncə, əməliyyat əsnasında və sonrasında musiqi dinlənilməsi insanların ağrısını, narahatlığını və sakitləşdiricilərə qarşı olan ehtiyaclarını azaldır.

Musiqi həmçinin, nevroloji defisitlərdən (çatışmazlıq) əziyyət çəkən insanlara yardım üçün də istifadə olunur. İflicdən və ya beyin zədələnmələrindən müalicə alan insanlar misal üçün, sol beyin sahəsi zədələndiyi zaman nitq qabiliyyətlərini itirirlər. Ancaq mahnı oxumaq beyinin sağ hissəsinin funksiyasıdır; belə ki, mahnının sözlərini öyrənməyə çalışarkən nəticədə, musiqi də yada düşür və bununla əziyyət çəkən insanlar xəstəliklərinin öhdəsindən gəlməyi bacarırlar. Amerikalı Qabi Gifford silahla yaralanma nəticəsində danışma qabiliyyətini itirdiksən sonra bu şəkildə,  musiqi vasitəsi ilə müalicə almışdır.

Musiqi və körpələr

Siz heç uşaq gözləyən ananın iki cüt qulaqcığı böyüyən qarnına yerləşdirdiyini görmüsünüzmü? Bunun üçün çöx yaxşı bir səbəb var. İnandığımız şeylərin əksinə olaraq, körpələr boş yazı taxtası kimi dünyaya gəlməzlər. Əslində onlar, dünyaya gəlirkın onları əhatə edən aləm haqqında artıq kifayət qədər təcrübə toplamış olurlar.

Tədqiqadçılar aşkar ediblər ki, yeni doğulmuşlar rüşeym dövrlərində səslərə reaksiya verdiklərinə görə, doğumdan sonra da onlara aydın şəkildə cavab verə bilirlər. Həmçinin, onlar xarici eşitmə cihazının eşitmə korteksini xatırlamağa başladığı dövrü, hamiləliyin 27-ci həftəsi üçün göstərici olduğunu dəqiqləşdirdilər. Sadə ifadə etsək, hamiləliyin ikinci trimsterində (üçaylığında) döl yalnızca səsi eşitmir, həmçinin onun təsiri altına düşür. Bu tədqiqatda həqiqətən ən valehedici olan şey uzunmüddətli təsirin olmasıdır. Tədqiqatçılar ortaya çıxartdılar ki,  prenetal (doğum öncəsi) musiqi təsirində olmaq, inkişaf etməkdə olan beyinin üzərində və doğum öncəsi təlimdə istifadə olunan səslərə qarşı sinir reaksiyasının inkişafında əhəmiyyətli təsirə malikdir. Qısa olaraq, dünyaya gəlməmiş uşağınıza musiqi dinlətmək, onun gələcək həyatında idrak performansını inkişaf etdirmək mənasını verir.

Lakin musiqinin təsiri burada bitmir. Cəzbedici və interaktiv musiqi təcrübəsi onların kiçik yaşlarında idraki inkişafına təsir edir.  Araşdırmaya əsasən, tədqiqatçılar interaktiv musiqi dərslərində iştirak edən 1 yaşlı körpələrin (hansı ki, hələ danışa və gəzə bilmirlər) ünsiyyət və reaksiya bacarıqlarında əhəmiyyətli inkişaf müşahidə ediblər. Vaşinqton Universitetinin Öyrənmə və Beyin Elmləri İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, musiqi ilə olan oyun sessiyaları körpələrin yeni danışıq səslərinə olan beyin həssaslığını artırır. Göründüyü kimi, usaqlar üçün musiqi dərsləri indi artıq elə də lazımsız bir şey kimi görsənmir.

Musiqi və uşaqlar

İngilis əlifbasının əlifba musiqisini düşünün “A,B,C,D,E.F,G…”- bu melodiyanı güman ki, bilirsiniz.  Bəs onların uşağa əlifbanı niyə bu üsulla öyrədildiyini heç maraqlanmısınızmı? Mahnılar, melodiya və ritmə qarşı həssas olan beyinimizinin fundamental sisteminə daxil olduğu üçün, onun  uşaqların əsas faktların böyük bir hissəsini xatırlamağına kömək etdiyi  göstərilir.

Həmçinin, musiqi uşaqların və yeniyetmələrin duyğularını və sosial həyatlarını dərinləşdirmək gücünə sahibdir. Uşqaların və yeniyetmələrin emosional məsələlərin öhtəsindən necə gəldiyini yoxlayan son araşdırmalara əsasən, tədqiqatçılar musiqi ilə müalicə alan 8-16 yaşlıların əhəmiyyətli dərəcədə özünə inamlarının artdığını və depressiyalarının azaldığını müşahidə etdilər, nəinki musiqisiz müalicə alanlar. Onlar həmçinin, musiqi terapiyasının yeniyetmələrdə ünsiyyət qurma və idraki bacarıqları inkişaf etdirdiyini aşkar etdilər.

Musiqi və… sən

Yaxşı, bəs siz? Musiqi həyatınıza barizdə olandan fərqli olaraq nə qədər kömək edir və yaxşılaşdırır? Biz hamımız bilirik ki, musiqi bizim enerji səviyyəmizə nə qədər təsir edə bilər. Siz heç yuxu gətirən musiqi ifa olunan idman dərsində olmusunuzmu? Bundan daha pis bir şey yoxdur. Eyni zamanda, enerjili və həyəcanlandırıcı musiqinin qoşulub sizi ən yüksək fiziki vəziyyətə çatdırmaqdan yaxşı bir şey yoxdur.

Musiqi təkcə sizin əhvalınıza və emosional vəziyyətinizə təsir etmir. O, əslində sizin daxili dünyanıza baxma  və başqalari ilə olan ünsiyyət tərzinizə təsir edir.  Qroningen Universitetinin tədqiqatçıları aşkar ediblər ki,  əhval-ruhiyələri yüksək olduqca insanlar onları əhatə edən ətraf mühit barədə daha pozitiv düşünməyə cəhd edirlər. Şən musiqi dinləyin, özünüzü daha yaxşı hiss edin və beləliklə siz, daha xoş bir baxış tərzinə sahib olacaqsınız.

Həmçinin sübut olunmuşdur ki, musiqi iş yerində ətraf mühiti yaxşılaşdırır. Kornel tədqiqatçıların fikrincə, oynaq mahnı qoşularkən komanda üzvləri daha yaxşı məhsul ortaya çıxarmaq üçün birgə işləməyə daha çox meyillənirlər. Halbuki, iş yerində sarsıdıcı və xoşagəlməz musiqi qoşulduqda, işçilər böyük ehtimalla daha çox öz problemlərinə fokuslanırlar.

Budur musiqin gücü!  Və gördüyünüz kimi, musiqi dinləmək bizim əhvalımızı yüksəltmək bacarığından daha çox irəliyə gedir. Əslində, tədqiqatlar həmçinin göstərir ki, o, gündəlik stresi azalda, yaddaşı gücləndirə, yaradıcılıq potensialını artıra, qan-damar sisteminin funksiyasilarını yaxşılaşdıra və hətta sizin immun sisteminizi gücləndirə bilər. Ona görə də, növbəti dəfə beyininizi qidalandırmağa qərar verdikdə musiqiyə müraciət edin. Bir az Vivaldi, yaxud biraz Motsart…. və ya əhval-ruhiyyənizi artıran hər hansı bir şey dinləyə bilərsiniz. Çünki, musiqi sizin düşündüyünüzdən daha çox gücə qadirdir.

Müəllif: Kerry Song

Hal-hazırda Robbins Research International institunun əməkdaşıdır. Bu qurumda rejissor və jurnalist olaraq fəaliyyət göstərir. O, tanınmış kouç Tony Robbinsin efirə gedən verlişlərin rejissoru  və sosial şəbəkələrdə yayımlanan məqalələrinin müəllifidir. Kerrynin əsas məqsədi, insanları özü və başqaları ilə daha düşüncəli və mərhəmətli olmağa cəzb etmək  və cəsarətləndirməkdir.

Tərcümə etdi: Qızılgül Məmmədova / coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.