Həyatınızın hansı hissəsində dəyişiklik etmək istəyərdiniz? Fiziki görüşünüzdə? Yaxud, qazanmaq istədiyiniz bir bacarıq varmı? Bəs insanlarla münasibətlərinizi daha da yüksək səviyyəyə çatdırmaq istəyirsiniz? İşgüzar həyat və karyeranız barədə necə – nail olmaq istədiyiniz xüsusi hədəfləriniz varmı?
Həyatınızda nəyi peşəkar səviyyədə etmək istəyirdiniz?
Peşəkarlıq məsələsinə gəldikdə, ilk addım məqsədimizin olmasıdır. Bu, bütün həyatımız boyu davam edəcək uğurlu olmaq planımızın fundamentidir. İndi düşünə bilərsiniz ki, məqsədləri təyin etmək heç də uğur qazanmada yenilik deyil. Amma, ortada çox sadə həqiqət var – insanların çoxunun hələ də məqsədlər qoymaq barədə aydın təsəvvürü yoxdur. Və bundan da artığı, haqqında danışdığımız məqsəd qoyma prosesi sadəcə pafoslu nitqlərdən ibarət deyil, eyni zamanda uğrunda çalışacağımız şeyin beynimizdə dəqiq vizualizasiyasının (təsviri) olmasıdır.
Bizim nə üçün məqsədlərə ehtiyacımız var?
1953-cü ildə Yale universitetinin tədqiqatçıları yeni məzun olan tələbələrini müsahibədən keçirməklə, intensiv bir araşdırmaya başladılar. Çoxsayılı sualların içərisində “Nailiyyət qazanmaq üçün aydın, spesifik təyin olunmuş və yazılı formada planı olan məqsədləriniz varmı?” sualı da vardı. Təəccüblüsü odur ki, 3%-dən də az məzun “hə” cavabı vermişdi.
Ardından, 20 il sonra, 1973-cü ildə tədqiqatçılar yenidən geri dönərək, yaşayan müsahibə iştirakçılarının həyatı ilə bağlı yeni araşdırmalara başladılar. Onlar qeyd edir ki, yazılı məqsədləri olan 3% keçmiş məzun digərlərindən daha xoşbəxt və nizamlı həyat tərzinə sahib idi. Təbii ki, bu subyektiv yanaşmadır. Lakin, onlar həmçinin 3%-in içərisinə daxil olanların maliyyə vəziyyətinin digər 97% aydın məqsədi olmayanlardan qat-qat yaxşı olduğuna da diqqət etmişdilər.
Budur məqsədlərin gücü! Məqsədlər gələcəyimizi qurmaq üçün əvvəlcədən bizə fürsətlər yaradır. Taleyimizi xəyal etməyimizə kömək edir və ardınca isə həyatımızı formalaşdırır. Onlar bizə istiqamət və ümid verir!
Nəyə görə bizim mənalı məqsədlərə ehtiyacımız var?
İndi hər birimizin məqsədi var – istər günümüzü keçirmək kimi mənasız, istərsə ABŞ prezidenti olmaq kimi iddialı olsun. Bəzi insanların problemi – məqsədlərinin onları səhər çarpayıdan çıxmağa ilhamlandırmamasıdır. Məhz buna görə mənalı – iddialı məqsədlərə ehtiyacımız var. Mənalı məqsədlər emosiya yaradır və bu hislərin daim daxilimizdə dolaşmasını təmin edir. Onlar böyüməyə və inkişaf etməyə təhrik edir. Amma əgər mənalı məqsədlər istəyirsinizsə, bu duyğuları sizdən çıxaracaq qədər cəzbedici hədəflər qoymalısınız.
Yaxşı, bəs buna necə nail olmalısınız?
Onları yazın.
Məqsədlərinizi yazın – kompüterə yox, vərəqə və ya gündəliyinizə. Biz bir şeyi yazarkən qeyri-adi şeylər baş verir. Məqsədlərinizi yazarkən daha yaradıcı olmağa başlayırsınız. Həm şüurlu, həm də şüuraltı olaraq əslində indi olduğunuz yerdə olmaq istəmədiyinizi qəbul edirsiniz. Beyniniz bu fərqi hiss edir və hazırki vəziyyətdən narazı olur.
Narazılıq hissi ən güclü motivatorlardan biridir. Siz təmamilə rahat və arxayın olduqda, nələrisə həyata keçirmək üçün özünüzü motivasiya etmək niyyətində olmayacaqsınız. Narazılıq məhz bunu əldə etmək üçün əlinizdə olan gücdür. O, dəyişmək istədiyiniz şeyləri etməyiniz üçün bir lokomotivdir. Gərginlik və təzyiq altında olma hərəkətlərimizin ən güclü drayverlərindəndir. Bunları özünüzə təsir vasitəsi kimi istifadə edin və beləliklə, uğurlu olmaq istiqamətində daha aktiv addımlar atacaqsınız.
“Niyə” bu məqsədə çatmaq istədiyinizi özünüz üçün aydınlaşdırın.
İndi, büllur kimi aydın təsəvvürü əldə edin. Detalları qeyd edin – bu məqsədə çatmaqla özünüzü necə hiss edəcəksiniz? Bu sizin üçün nə məna kəsb edir? Bu sizin həyatınızı necə dəyişəcək?
Bu məqsədə niyə çatmalı olduğunuzu təmamilə aydın şəkildə təsvir etməklə, niyyətinizi dərk edəcəksiniz. Və niyyət mənfəətdən daha güclüdür. Məqsədinizin niyyəti sadəcə nəticə əldə etmək deyil, bu eyni zamanda, sonda bu nəticənin sizi insan olaraq necə dəyişəcəyidir.
Bu niyyəti bilmək daim fokusda qalmağınıza kömək edəcək və çətin anlardan çıxmağınıza yardımçı olacaq. Əgər kifayət qədər güclü və təsirli “niyə?” arqumenti (səbəb) yaratsanız, bu davam etmənizə komək edəcək və yolunuza çıxan bütün maneələri dəf etmək üçün gücünüz olacaq. Nəhayətdə, sizi xoşbəxt edən əşyalar, yaxud hər hansı bir şöhrət olmayacaq. Sizi xoşbəxt edən sadəcə və sadəcə çevrildiyiniz şəxsiyyətiniz və həyatınız boyunca yarada bildikləriniz olacaq.
Elə isə, məqsədinizə çatmaq üçün əsl səbəbiniz nədir? Bu səbəb həyatınızı daha yaxşıya doğru necə dəyişəcək? Onun görünməyən tərəfləri nələrdir?
Məqsədinizə şübhə duymadan əmin olun.
Məqsədinizə necə nail olacağınız barədə tamamilə heç bir ideyanızın olmaması möhtəşəmdir. Və həmçinin indiki bilik və bacarıqlarınıza uyğun məqsədlər qoymağınız da əladır. Burada vacib olan odur ki, siz bütünlüklə, həqiqi inam və niyyətinizdən dolayı hərəkətə keçəcəksiniz.
Məqsədlərinizi tamamilə şübhəsizlik çərçivəsi ilə sərhədləyin – fərqi yoxdur ki, bunu həyata keçirmək üçün siz hansı yolu tapacaqsınız. Hətta, əgər bu indi qeyri-mümkün görünsə belə, ona doğru getmək üçün potensialınızın olduğunu bilirsiniz. İnamınız olduqca, həyatınıza nəzarəti daim öz əlinizdə saxlaya biləcəksiniz. Dolayısıyla, xarici dünya, yaxud önünüzə gələn maneələri nəzarətdə saxlaya bilməzsiniz, amma inanclı olsanız onları asanlıqla dəf edə bilərsiniz.
İnsanların çoxu vaxtından əvvəl təslim olmağı seçir, çünki onlar mənfəətə fokuslanır və sonra özlərini dayandırıb, soruşurlar:“Mən bunu necə edəcəyimi bilmirəm”, yaxud “Mən heç vaxt bunu əldə edə bilmərəm”. Lakin necə etməniz barədə heç bir təsəvvürünüz belə yoxdursa və buna rəğmən nə olur olsun edəcəyinizə inanırsınızsa, məqsədinizə çatmaq sadəcə mümkün seçimlər içərisində deyil, bu təmamilə danılmazdırsa? Sadəcə onun sizin həyatınızı bu dəqiqə necə dəyişəcəyini təsəvvür edin.
Tələb olunan işləri davamlı edin və təkrarlayın.
Bütün zamanların ən yaxşı kouçlarını düşünün: məsələn, Vince Lombardi və John Wooden. Onlar hal-hazırda öz sahələrinin ən yaxşısı olan individuallara fundamentlal bilikləri öyrətməkdə məşhurdurlar. Və onlar bunu dəfələrlə və dəfələrlə təkrarən edirdilər. Niyə? Çünki, təkrar biliyin anasıdır.
Siz heç vaxt bir dəfə məqsəd qoyaraq, daha sonra onu təkrarən gözdən keçirmədən uzun müddətli nəticələr gözləyə bilməzsiniz. Sizin şüuraltı beyniniz ümumi hərəkət istiqamətinizi biləcək, amma irəliləmək üçün güc gündəlik tətbiq etmədən və davamlı nəzərdən keçirmələrdən gəlir. Qısa düzəlişlər üçün ani nəzərdən keçirməni üstün tutan insanlar heç vaxt işin ustalığına çata bilməyəcək.
Məqsədə çatmaq üçün daim fokuslanmalı və məşq etməlisiniz: Və bunu dəfələrlə və dəfələrlə təkrar etməlisiniz.
Əgər sizdən tələb olunan yeni bir bacarıqdırsa, davamlı məşq bunun əsas hissəsidir. Əgər öz biznesinizdə daha çox şeyə nail olmaq istəyirsinizsə, o zaman dəyişilməli olan təməl prosesləri ayırd edin və bunları həyata keçirmək üçün ardıcıl şəkildə çalışın. İşinizə bir az əyləncə və bir az da çox həvəs qatmaq necə, istəyərdiniz? Səmimiyyət gündəlik məşqdir.
Əgər etdiyiniz hər hansı bir şeydə ustalaşmaq istəyirsinizsə, onu sistemləşdirməlisiniz. Və təbii ki, gündəlik məşqlər bunun ayrılmaz hissəsidir. Unutmayın, ardıcıl məşq və davamlı fokuslanma – bunların həyatınıza dərin və uzunmüddətli təsirini mütləq hiss edəcəksiniz.
Müəllif: Tony Robbins | Peşəkar kouç, yazıçı və iş adamı
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2020 · coaching.az