Dünya üzərində müsbət təsirinizin olmasını istəyirsiniz?
Bunun üçün, əvvəlcə həyatınıza nizam-intizam gətirin.
Çünki,
Həyatınızda işlər qaydasında gedərsə, ailənizə təsir göstərərsiniz.
Ailənizdə işlər qaydasında gedərsə, ailəniz cəmiyyətə təsir göstərər.
Cəmiyyətinizdə işlər qaydasında gedərsə, cəmiyyət ölkəyə təsir göstərər.
Ölkənizdə işlər qaydasında gedərsə, ölkəniz dünyaya təsir göstərər.
Dünyanızda işlər qaydasında gedərsə, dünyanız kainata təsir göstərər.
Siz və davranışlarınız dalğa effekti ilə başqalarına təsir edə bilər. Dalğa effekti güclüdür, çünki, hər kəs başqasına təsir göstərir.
Güclü insanlar güclü təsir yaradanlardır.
Təsirin sizdən başlayıb, dalğalar şəklində ətrafa yayıldığını unutmayın.
Bunun işə yaradığını necə anlayacaqsınız?
Bütün pöhrələr məhsuldar və güclü toxumdan boy atır.
Bax, siz o “toxum”sunuz.
John Heiderin “Liderliyin Tao fəlsəfəsi” kitabından.
© 2019 · coaching.az