coaching.az |

Liderlik bacarıqlarını inkişaf etdirməyin 7 yolu

Siz bir müəssisənin rəhbərisiniz. Son zamanlar işlərin dayanıqlı və sürətli tempdə davam etdiyinin fərqindəsiniz, lakin komandanızda ruh düşkünlüyünü hiss edirsiniz. Bu zaman siz nə edərdiniz? İlk düşüncəniz işçilərlə söhbət etmək ola bilər, ancaq həqiqətən də sizin ilk söhbətiniz özünüzlə olmalıdır. Bir lider kimi siz öz daxilinizə baxmalı, bacarıqlarınıza və çatışmazlıqlarınıza fokuslanmalısınız və özünüzdən komandanızı necə gücləndirməyin, həvəsləndirməyin yollarını necə tapa biləcəyinizi soruşmalısınız.

Öz daxilinizə dönməyin və liderlik bacarıqlarını inkişaf etdirməyə fokuslanmağın bəzi yollarını sizinlə paylaşıram.

1.İstəkli olun

Heç kim mövzuya özündən daha çox diqqət göstərəməyən birindən məsləhət almaq istəməz. İstək – cəhd etməkdir; istək zəhmətdir. İstək heç vaxt təslim olmaz. Onsuz yeniliyi və durğunluğu dayandırırsınız. Öz məqsədiniz üçün həqiqi istək və həvəs göstərdikcə işçiləriniz də hədəflərinə doğru irəliləməyə həvəs göstərəcəklər. İşçilər onları həqiqətən öyrətmək istəyənlərə qarşılıq verirlər. Liderlik bacarıqlarınızı necə inkişaf edirəcəyiniz də daxil olmaqla hər şeyə maraq göstərin. Sizin arzularınız işçilərinizə açıq olacaq və onlara liderlik bacarıqlarını mükəmməlləşdirmələri üçün olduqca çox ilham verəcək.

2. Başqaları üçün böyük rol modeli olun

İnsanlar öz gördükləri işlərdən nümunə göstərən insanlara çox hörmət edirlər. Araşdırmalar təsdiqləyir ki, liderlərin əsas dəyişiklik xüsusiyyəti rol modeli olma qabiliyyətidir. Ətrafınızda olanlara tam olaraq nə etmək istədiyinizi göstərin. Bu mövzuda heç tərəddüt etməyin. Komandanıza göndərə biləcəyiniz ən təsirli mesaj onlarda görmək istədiyiniz davranışları modelləşdirməkləridir. Komandanız düşünəcək ki, əgər onlar bunu bacarırsa, məndə bacarıram”.

3. Öz güclü tərəflərini anlayın və onlardan istifadə edin

Heç bir lider uğur üçün lazım olan bacarıqları ilə birlikdə doğulmur. Liderlik bacarıqlarını yaxşılaşdırmaq müəyyən zaman və səy tələb edir, bu da ilk növbədə özünüzün zəif və güclü tərəflərinizi detallı araşdırmaqla başlayır. İstedad və bacarıqlarınız haqqında dərin məlumata sahib olmağınız onları özünüz üçün işlədə biləcəyiniz anlamına gəlir, bu zaman ərzində zəif tərəflərinizi bilməyiniz isə özünüzü hansı sahələrdə inkişaf etdirəcəyinizi təmin edir. Çatışmazlıqlarınız üzərində çalışmağınız sizi həqiqi böyüməyə aparar.

4. Konkret hədəflər qoyun və onları həyata keçirin

Hətta ən cəsarətli liderlər belə olduqları yerə daim uğur qazanaraq gəlib çıxmayıblar. Hədəflərə çatmaq üçün bir yol müəyyən etməmisinizsə, ən böyük hədəfləriniz belə həyata keçə bilməyəcək. Hədəflərinizi dəqiqləşdirməyə və onları möhkəmləndirməyə vaxt ayırın. Doğru planları formullaşdırmaq və əsaslı meyarları tərtib etmək sizə yol boyunca izləyə biləcəyiniz xəritə verəcək, bu da öz növbəsində gələcək həftə, ay, il və onillik boyunca biznesinizə bələdçilik edə biləcək metodologiyadır. Xüsusilə müəyyən edilmiş hədəfərə çatdıqdan sonra, digərlərinə nəzər salın; daimi səy gəstərərək bir sonraki kriteriyalar ilə qarşılaşmaq sizə və komandanıza məna və qürur hissi verəcək.

5. Uğursuzluğunu qəbul edin və yolunuza davam edin

Hətta ən güclü və ilhamverici liderlər belə səhv edərlər. Səhvləri anladıqda onları açıq şəkildə qəbul edin və düzəltmək üçün hərəkətə başlayın. Uğursuzluqlarınız barəsində açıq olun; onları həm özünüz, həm də komandanız ilə müzakirə edin. Onlardan dərs alın. Özünüzdən və komandanızdan soruşun: ”Gələcəkdə bu səhvin yenidən təkrarlanmasından necə qaça bilərəm?”. Öz uğursuzuqlarınızdan dərs almağınız ətrafınızdakılara çox güclü mesaj göndərir. Onlar, hətta səhv etsəniz belə yaxşı liderlik edəcəyinizi bilirlər. Liderlik bacarıqlarını necə inkişaf etdirməyi öyrənmək istəyənlər, ilk öncə uğurlarını və uğursuzluqlarını necə tanımalı olduqlarını bilməlidirlər.

6. Başqalarını motivasiya edin

Əgər hər xırda detala görə  şikayətlənir və hər layihənin sonunda ssenarinin ancaq pis tərəfini görürsənsə, başqalarını ilhamlandırmaq üçün şansın azdır. Motivasiya inamın davamıdır; əgər işçilərinə “yox, bu işə yaramaz”, ya da “niyə bezdirirsən?” desəniz, siz onlara, ideyalarına güvənmədiyiniz siqnallarını verəcəksiniz. Onlara inanmadığınızı hiss edən işçilər yaxşı performans göstərməyəcək və işə qarşı xoş olmayan əhval-ruhiyyə yaradacaqdır. Əksinə,başqalarına və onların bacarıqlarına inanmaq,onları daha yaxşı işləməyə və daha yaxşı çalışmağa həvəsləndirəcək. İşlər planlarınıza uyğun getməsə belə, pozitiv enerji yaradaraq və ona fokuslanaraq işlərinizdə liderlik bacarıqlarınızı inkişaf etdirin.

7. Ali məqsədlərinizi tapın

Liderlik bacarıqlarınızı inkişaf etdirərkən seçilmiş məqsədinizə niyə vaxt sərf etdiyinizi və səy göstərdiyinizi bilməniz vacibdir. Sizi kim idarə edir? İlk cavabınız sadə ola bilər: işinizdən qazandığınız yüksək maaş, ya da ki, sahib olduğunuz vəzifənin verdiyi nüfuz. Bir anlıq geriyə dönün. Niyə daha yüksək maaş istəyirsiniz? Ailəniz özünü daha güvənli hiss edirmi? Bəlkə də rəhbərlik etmək istəyirsiniz, çünki ehtiyac duyulan məhsul və xidmətləri inkişaf etdirərək, başqalarına yardım edə biləcəyinizi düşünürsünüz. Ya da sahənizdə müsbət dəyişikliklərə səbəb ola biləcəyiniz bir yer görürsünüz. Bunların hamısı ali məqsədlərdir və öz kimliyinizi müəyyənləşdirərək, başqaları üçün özünə inamlı, bilikli və daha yaxşı bir lider kimi fəaliyyət göstərə bilərsiniz.

Öz həyatınızda bir lider kimi effektiv olduğunuzu düşündüyünüzdə – istər peşəkar, istərsə də şəxsi imkanlarınız olsun – öz hədəfləriniz uğrunda göstərdiyiniz səyləri daha da gücləndirəcəksiniz. Ətrafınızdakılar da, hərgün masanın üzərinə qoyduğunuz güclü və istəkli çalışmalarınızı görəcək və onlarda liderlik bacarıqlarını inkişaf etdirməyə can atacaqlar.

Müəllif: Tony Robbins | Peşəkar kouç, yazıçı və iş adamı
Tərcümə: Sevinc Elxani | coaching.az

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.