coaching.az |

Kouçların Silikon Vadisindəki dəyəri böyükdür

Bu həftə San Fransiskoda yaşayan ve on beş il boyunca Silikon Vadisindəki müxtəlif şirkətlərlə kouç kimi əməkdaşlıq edən bir tanışımı Kanadadakı evimdə qonaq etdim. Söhbətimizin əsas mövzusu bir-birimizlə kouçluq təcrübələrinin paylaşılması idi; məni Silikon Vadisindəki, dostumu isə dünyadakı fərqli şirkətlərin kouçinqə yanaşmaları maraqlandırırdı.

Dostum dünyanın ən cəlbedici işəgötürənlərindən sayılan Facebookda həm sıravi işçilərə, həm də ki, rəhbərlərə kouçinq xidməti verir. Bu şirkət iş üçün ona müraciət edən namizədlərə öz iş yerinin cəlbediciliyini göstərmək üçün kouçinqi də standart üstünlüklər paketinə əlavə etmişdir. Bax, mən buna mədəniyyət deyirəm!

Bir fikirləşin; beyniniz qarışanda, yolunuzu itirdiyiniz, stresə girdiyiniz, özünüzü inkişaf edtirməyin yollarını axtardığınız zamanlarda şirkətinizin korporativ sosial haqlar paketi çərçivəsində bir peşəkar kouç sizi ürəkdən dəstəkləməyə hazırdır! Bu tətbiq sadəcə Facebooka aid deyil; Snapchat və Silikon Vadisinin digər şirkətləri də əməkdaşlar üçün kouçinq seanslarını əlavə haqlar paketinə daxil etmişdir.

Gəncləri Y və ya Z nəsli adlandıraraq, özümdən ayrı tutmaq istəmirəm. Mənə görə bu terminlərlə insanları bir-birindən ayırmaq və etiketləmək düzgün deyil. Həm də etiraf edirəm ki, bu terminlər məni daha yaşlı göstərir. Ancaq, etiraf edim ki, gənc nəsillərlə əlaqədar heyran olduğum bir nüans var: yeni nəsillər iş yerlərini seçərkən onlarda kouçinq xidmətləri görmək istəyirlər. Hətta, şirkətlərin onlara kouç təyin etməyini tələb edirlər.

Bəs şirkətlər bu həqiqətin harasındadır? İşəgötürən brendini gücləndirmək layihələri kouçinqi standart üstünlüklər paketinə əlavə edəcək qədər əməkdaşlarının xoşbəxtliyinə və rahatlığına əhəmiyyət verirmi?

Görəsən Facebook nə üçün  kouçinq xidmətini əməkdaşlarına sosial imtiyaz kimi təqdim edir? Cavab çox bəsitdir: əməkdaşın beyni rahat olsa, məhsuldarlığı da artar.

Şirkətlərdə loyallıq və məhsuldarlıq mövzularına dair aparılan araşdırmalar göstərir ki, işçi iş yerində öz inkişafını müzakirə edib, planlaya bilirsə, dərdlərini bölüşə bildiyi kimlərsə varsa, onun şirkətinə güvəni artar. İnsan psixologiyasına investisiya qoyan şirkətlər işəgötürən brendi məhfumunu ən gözəl şəkildə təmsil edirlər. 

Yaxşı, kouçinq şirkətin təklif etdiyi sosial haqlar paketinə necə daxil edilməlidir? Facebook bunu necə etmişdir? Haradan başlamaq lazımdır?

  • Əvvəlcə, fərqli işçi səviyyələri üçün fərqli güclü tərəflərə sahib şirkətxarici peşəkar kouçlarla müqavilə bağlanılır.
  • Sosial haqlara daxil olduğu üçün, əməkdaşın bu haqdan nə qədər istifadə edəcəyini təqib etməklə yanaşı, əməkdaşın ehtiyac duyduğu mövzuları mikro idarəçi anlayışı ilə nəzarət etməyə ehtiyac duyulmur. Çünki, bu haqqın sığorta haqqı kimi olduğunu düşünülür; nəyi istifadə edib, etməyəcəyinə işçi özü qərar verməlidir.
  • Kouçla görüşmələr xüsusi formlar vasitəsi ilə seans sayına görə təqib olunur. Paketə daxil olan senas sayı 6 seansdır. Seansların aralığı işçinin təşəbbüsünü verilmişdir.
  • Ən çox kouçinq ehtiyacı quruma yeni daxil olan idarçilərdə müşahidə olunmuşdur.
  • Vacib mövzulardan biri yaradıcılıq ilə məhsuldarlığın arasındakı balansın qorunmasıdır. Bu mövzuda problem yaşayanlar kouçların dəstəyi ilə çıxış yolu tapmağa nail olurlar.

Kouçinqi istedadların cəlb olunması məqsədi ilə istifadə etmək Facebooku şirkət olaraq daha da əfsanələşdirmişdir. Maliyyətdən daha çox məhsuldarlığa fokuslanan bir şirkətə də ancaq belə addım yaraşar!

Sağ əli digər işəgötürənlərin başına!

Müəllif: Talyaa Vardar | FLOW Coaching İnstitunun qurucu partnyoru

© 2022 · coaching.az

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.