Liderlər müasir dövrün tələblərini qarşılamaq üçün eyni anda bir necə rolda çıxış edirlər: strategiya vizyonçusu, danışıqlar zamanı şirkət təmsilçisi, qərar qəbul edən, koordinator, münaqişələrin həlledicisi və s. Hər bir lider bu rolların icrası üçün müxtəlif səviyyəli bacarıqlarını ortaya qoyur. Ən yaxşı lider isə, bu fərqli rolların hər birini ən mükəmməl şəkildə yerinə yetirən və nə zaman nəyə ehtiyac olduğunu dəqiq biləndir.
Birbaşa hesabatlar vermək üçün kouçinq və ya mentorinq etmək bütün sadalanan liderlik rollarının önündə gəlir. Əsasən kouçinq üçün keçərli olan “performansı gözdən keçirən zaman fərq edilən bu çatışmazlıqları necə düzəldə bilərik?” yanaşması bəzən mentorinq zamanı da istifadə edilə bilər. Kouçinq və mentorinq səriştəsi mənim emosional və sosial zəka modelimdəki 12 əsas liderlik bacarıqlarından biridir. Liderlər digərlərinin inkişafının qayğısına qalma, konstruktiv geri bildirişlər (feedback) vermə və şirkətin deyil, fərdin məqsədlərinə fokuslanma kimi mövzularda təcrübəlidirlər.
Nəyə görə kouçinq və mentorinq vacibdir?
Rəhbərlik etmək – işləri digərləri vasitəsilə düzgün yerinə yetirməkdir. Bu insanlar nə qədər çox bacarıqlı olsalar, bu o deməkdir ki, işlərin effektivliyi bir o qədər çox olacaq. Öz komandanı qurmaq bacarığı daha yaxşı işləməyə kömək edir və əməkdaşların mövcud vəzifə öhdəliklərini artırır və karyerada inkişafına təkan verir. Şirkət hədəflərinə çatmaq üçün mövcud bacarıqlar təkmilləşdiyi üçün bu, təşkilatınız üçün də faydalıdır. Təəccüblü olsa da, araşdırmalar eyni zamanda liderlərin də bundan faydalandığını göstərir.
Florida və Pensilvaniya universitetlərinin araşdırmaçıları mentorun karyera faydaları haqqında olan 18 tədqiqatı nəzərdən keçirmiş və mentorla işləyən liderlərin öz işlərindən daha məmnun qaldığı və şirkətə daha bağlı olduğu aşkarlanmışdır. Kreativ Liderlik Mərkəzinin 33 fərqli ölkə, 4000-dən çox şirkət və 30.000-dən çox lideri cəlb etdiyi bir araşdırmasında göstərilir ki, öz hesabatlarına əsasən effektiv mentorlar sayılan liderlər öz birbaşa rəhbərlərindən daha yüksək performans reytinqi alırlar. Digər bir şirkətdə edilən araşdırmaya əsasən yeni menecerlərin bacarıqlarındakı ilk boşluq, onların öz hesabatları üzərində kouçinq və mentorinq etmə səriştələrinin zəif olmasıdır. Şirkətlər yeni menecerlərin uğurlu olması üçün bu bacarıqlara yiyələnmənin vacib olduğunu bilir, lakin menecerlərin çoxu bu vəzifədə uzun müddət qala bilmir.
Kouçinq və mentorluq bacarıqlarını necə qazanmalı?
Kouçinq və mentorinq səriştəsini təkmilləşdirməyin açarı, bunun sadəcə texniki bilikləri artırmaqdan ibarət olmadığını dərk etməkdir. Başqa sözlə, bu, insanları öz məqsədlərinə doğru yönəldə bilməkdir. Case Western universitetinin professoru, həmkarım Riçard Boyatzis tərəfindən təkmilləşdirilən Beynəlxalq Dəyişiklik Nəzəriyyəsi təsdiq edir ki, insanlar dəyişmək və öyrənmək üçün o vaxt ciddi cəhdlə işləyirlər ki, onlar bunu niyə etdiklərini və məqsədə çatmaq üçün necə yardımçı olduğunu aydın şəkildə dərk etsinlər.
Bu səriştələr üçün bacarıqlarınızı təkmilləşdirmək istəyirsinizsə, ilk öncə bunun hansı bacarıqlar olduğunu müəyyən etməlisiniz. Güclü kouç və ya mentor olmaqla, eyni zamanda siz Emosional intellekt bacarıqları – emosional özünü-dərk, özünü idarəetmə, və empatiyanı yaradırsınız. Kouçinq və mentorinqin altında olan digər əlavə bacarıqlara aktiv dinləmə, kiminsə “təqvimindəki” işi etməkdən çəkindirmə, digərinin ehtiyaclarına fokus olmaq daxildir. Beləliklə, insanlara öz iş yerlərində məşğul olduqları iş və məqsədləri arasındakı incə bağlılığı görməkdə kömək edə bilirsiniz. Nəbzi hiss edən ən yaxşı kouç və mentor doğru zamanda doğru sualı verə biləndir.
Beləliklə, bir kouç və ya mentor kimi öz bacarıqlarınızı təkmilləşdirmək üçün atacağınız növbəti addımlar barədə özünüzə elə indi verəcəyini ən doğru sual hansıdır?
Müəlliflər: Daniel Goleman | yazıçı, araşdırmaçı və jurnalist. Emosional zəka ilə əlaqədar bir sıra kitabların müəllifi.
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2017 · coaching.az