coaching.az |

Kouç – fürsətlər mayakıdır

Sizlərə kouçinqin nələrə qadir olduğunu izah etmək üçün həddən artıq həvəsliyəm. Kouçinq mənə həqiqi daxili səsimi və özümü ifadə qabiliyyətimi kəşf etməyə kömək etdi. Eyni zamanda yanlış eqomu anlamağa və ondan imtina etməyə, öz doğrularımı dərk etməyə həvəsləndirdi. Kouçların, ruhani ustalarların, ailə və dostlarımın dəstəyi ilə mən öz həyat yolumun bütün istiqamətlərində dəyişiklik edə bildim.

15 il əvvəl ölümlə üz-üzə gədiyim anda daxili azadlıq arzum ilk dəfə qabarmağa başladı. Tək qalmaq qorxusu azadlıq ehtiyacını qarşılayacaq bir karyeraya sahib olma arzusunun katalizatoru rolunda çıxış etdi. Bu axtarış məni daxili transformasiyaya gedən yoldakı səyahətə apardı. Dəyişiklik kursu zamanı başa düşdüm ki, xarici dünya bizim daxili dünyamızın güzgüsüdür və beləliklə, daxili dəyişikliklərə fokus olmağa başladım. Bütün insan varlıqları fərqinə varmaq duyğusu ilə mükafatlandırılıb və kouç dəstəyi bu fərqində olmağı kəşf etmək üçün olan katalizatordur. İnsanlara fərqində ola bilmələri üçün  xidmət etməyə hazır olmaq məni kouç olmağa şövq etdi.

Kouçinq bir sevgi peşəsidir. İnsanları sevmədiyiniz müddətcə onlara kouçluq edə bilməzsiniz.

2006-ci ildə kouçinqin Hindistanda tanınmayan bir fenomen olduğu vaxtlarda, özümə bir kouç kimi olan bütün inancımla internet səhifəsi açdım və potensial müştərilərə məlumat kitabçaları və məktublar göndərməyə başladım. Bir neçə korporativ müştəri qazanmaq fürsəti əldə etdim. Bu çalışmalar mənə etibarlılıq hissi verdi və işlər davam etdirildi. ABŞ-da bir neçə kouçinq konfransında iştirak etdim. Biznes liderlərin etdiyi minnətdarlıq məni idarəçilərə yönəlik kouçluq etməkdən liderlik kouçluğu etmə sahəsində sınamağa ruhlandırdı. Bir çox top menecmentlə və individuallarla işlədim. Bir neçə fərdi dəyərləndirmə vasitələri ilə sertifikatlaşdım və peşəkar kouçlar tərəfindən keçirilən və kouçinqin  öyrənmə texnikaları və proseslərindən bəhs edən kurslara qatıldım. Fərqli sahələrdən olan müştərilərə kouçluq etdim və kouçinq vasitəsilə davranışlarda davamlı dəyişikliklərin yaradılmasında uğurlu oldum.

Dəyişiklik üçün edilən bu səyahət zamanı ən vacib məqam yaşadığım həyatın mənim seçimlərimin nəticəsi olmasını qəbul etməyim oldu. Kiminsə həyatı üçün məsuliyyət götürmək isə o qədər də asan bir iş deyil. Qandinin də dediyi kimi “Görməyi arzuladığınız dəyişikliyi edin”. Daha yaxşı həyat yaşamaq öhdəliyi götürmək üçün, mən öz seçimlərimi, düşüncələrimi və onların mənbələrini daim sorğulayırdım. Həyat mənim üçün bir karuselə çevrildi. Bəzən daxili hissiyyatı ən yüksək səviyyəyə çıxarır, bəzən isə, daxili və sonra da xarici dünyamı təmizləməklə mübarizə apardım.

Davamlı öyrənərək, yeniliklər kəşf edərkən, bütün bunları qələmə almaq üçün şiddətli istək hiss etdim. Digər tərəfdən isə, hətta ən vacib bir məktəb essesini belə yazmadığımı, daim kitablarla baş-başa qaldığımı xatırladım. Yazmağa qarşı olan bu təşviş və narahatlığıma baxmayaraq, nəhayət bütün maneələri aşmaq və yazmaq qərarına gəldim. Yazı özünü ifadə etmək üçün təsirli bir vasitə halına gəldi.  Qədim Vedik müqəddəs kitabının kəlmələri öz-özünə qələmimə axmağa başladı və nəticədə kitablara çevrildi, Mən Azadlığam, Həyatı Fərqindəliklə yaşa, Mən… Həyat … Həyatı Ustalıqla yaşa və bunun üçün…. Sevgi və hörmətlə. Bu kitablar mənim kim olmağım, həyatın məqsədinin nə olması və həyatı necə yaşamağa dair axtarışlarım istiqamətində olan təkamül ardıcıllığımı izləyirdi.

Uzun illər çalışmağım, mənə bu səyahətim və baxış bucağım barədə danışmaq fürsəti verdi. Natiqlik isə hələ də ikinci bir daxili baryer idi və mən bunu da aşdım. Öyrəndim ki, nəyisə icra etmək üçün qısa yollar yoxdur və mümkün olan hər şeyi təcrübədən keçirməklə öyrənmək olar. Güvənli bir sıçrayış edərək, inanclar girdabında basdırılıb qalmaq əvəzinə, edilməsinə ehtiyac olanları etdim. Kouçların, ailə, dostlar və digərlərinin dəstəyi sayəsində inanclarımı dəyişdirmək qərarına gəldim və özümü komfort zonamdan kənara atdım.

Peşəmdə fərqliliklər etməyə olan həvəsim sayəsində, üç il əvvəl ICF (Beynəlxalq Kouç Federasiyası) kouçlarının Mumbay ofisini təsis etdim. Liderlik təcrübəm bir insan və bir lider olaraq təkmilləşməyimə kömək etdi. Eyni zamanda bu mənə liderliyin komanda quruculuğu, əməkdaşlıq, innovasiya, kreativlik, səlahiyyət, xələflik və s. kimi digər çətinlikləri barədə öyrənmə fürsəti verdi. Öyrəndiklərim müştərilərimə daha yaxşı xidmət etməyimə yardımçı oldu.

Mən təbiətən diqqətli dinləmə həssaslığına sahibəm. Zaman-zaman bu qabiliyyətim mənim kouç kimi effektivliyimə mane olur, çünki, doğuşdan etibarən başqasına yardım etmək və onların da mənim kimi fərqdində olmaq duyğusundan xəbərdar olması üçün öz üzərimə öhdəlik götürmüş kimi hiss edirəm.  Müştərimə birbaşa suallar verir və ya anlamadan onu mühakimə etməyə başlayırdım. Xilas etmə arzusu və gözləntilər eqonun ehtiyacıdır. Mükəmməl nəticəyə fokuslandığım üçün müntəzəm olaraq söhbətin effektivliyinə diqqət edirdim. Bu nizam-intizam daxili müşahidəmin güclənməsinə kömək etdi.

Bir il əvvəl sürətimi bir az azaltmağın lazım olduğunu hiss etdim. Master Kouç olmaq istiqamətindəki çabalarım və daimi təzyiq altında işləməyim daxili varlığıma mənfi təsirlər göstərməyə başlamışdı. Başa düşdüm ki, sərbəst olma uğrunda mübarizə apararkən, digər tərəfdən bir kouç olaraq mükəmməllik duyğusundan asılı vəziyyətə düşmüşəm. Bütün bunlardan sonra özümə sual verirdim: “ Mükəmməlik nədir və bu duyğunu necə dəf edə bilərəm?”. Hətta, sadəcə insan olmaqdan nə vaxt imtina etdiyimi belə bilmirdim. Azadlığa çatmaq arzusu ilə, bütün digər yarlıqlardan imtina etmə zamanı gəldiyini bilirdim. Kouçinq intizamı mənə necə fərqində olmaq duyğusu ilə yaşamağın mümkün olduğunu öyrətdi. Həyat sürprizlərlə və fürsətlərlə doludur. Fərqinə vardım ki, hər növbəti addımımın nə olduğunu bilərəkdən yaşayıram. Ondan asılı olduğumu bildiyim üçün, eqomdan da qurtulmağın zamanı gəlmişdi.  Həyatın sirlərini kəşf etmək və bu kəşfi qeyd etmək üçün ürəklə bu işə başlamağın zamanı da idi.

Müəlliflər: Ashu Khanna | Liderlik kouçu və yazıçı
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.