coaching.az |

Karyera planınızı indidən qurun!

İşinizi sevmirsiniz? Bu an çalışdığınız işdə gələcəyinizin olmadığınımı düşünürsünüz? Bu ilk işinizdir? Günümüzdə sürətlə dəyişən iş şərtləri və qaydaları ilə ayaqlaşmaq istəyirsiniz?

Biz sizə yardım edək: → Etməli olduğunuz ilk iş oturub gələcəyiniz ilə bağlı bir karyera planı hazırlamaqdır. Karyera planı karyeranızda çatmaq istədiyiniz hədəfə çatmanızı asanlaşdıracaq bir xəritədir.

Karyera planı iş həyatınız boyu müxtəlif mərhələlərdə faydalı olacaqdır, xüsusilə də iş yerinizdə və ya şəxsi həyatınızda qarşınıza çıxacaq ani bir dəyişiklikdə çox işinizə yarayacaq. Beləliklə ehtiyacınız olduqda, çox narahatçılıq keçirmədən, hazırlamış olduğunuz plana və strategiyalarınıza nəzər sala biləcəksiniz.

Karyera planlaşdırmada diqqət etməyiniz lazım olan ilk nüans, həqiqətən, nə etmək istədiyinizə qərar verməkdir. Qərar verdikdən sonra yerinə yetirməyiniz lazım olan prosedurlar düşündüyünüzdən çox daha asan olacaqdır. Nə istədiyinizə qərar verməyin yolu özünüzü tanımaqdan keçir. Kim olduğunuzu, nələri edərkən zövq aldığınızı, bilik və bacarıqlarınızı, uğurlu olduğunuz sahələri bilməlisiniz. Özünüzü qiymətləndirərkən ətrafınızda sizə yaxın olan insanlar da bu məsələdə sizə çox kömək edəcək.

Karyera planı necə hazırlanır?

Ümumi Baxış: İlk mərhələmiz sizin üçün uyğun olan bir müddət ərzində (6 ay, 3 il, 10 il) işləmək istədiyiniz vəzifə ilə bağlı qərarlar vermək. Nəyə və nə vaxt çatmaq istədiyinizi düşünüb qərarlı olmalısınız. Hər an planınız önünüzə çıxacaq maneələrlə qarşılaşa bilər. Bu çalışdığınız yerin iflas etməsindən, həyat yoldaşınızın başqa bir şəhərdə iş tapmasına qədər hər şey ola bilər. Qarşılaşacağınız maneələrə hər zaman hazırlıqlı olmalısınız. Hər zaman ehtiyatda bir B planı saxlamaqda fayda var.

Sektor: Növbəti addımımız sektoru müəyyənləşdirmək. Hansı sahələrin və şirkətlərin gələcəyi olduğunu və bunlardan hansılarının sizə ehtiyacı ola biləcəyini təsbit etməlisiniz. Təbii ki bunu təyin edərkən xüsusiyyətlərinizi, bilik və bacarıqlarınızı göz önündə saxlamanız, məzun olduğunuz ixtisas olmasa belə maraq duyduğunuz və özünüzə güvəndiyiniz sahəni təyin etməniz lazımdır.

Marketinq: Sizə uyğun sektoru və peşəni tapdıqdan sonra çalışdığınız iş sizi qane etmirsə; bilik, bacarıq və təcrübələrinizi istifadə edə biləcəyiniz vəzifələr üçün bir plan hazırlamalısınız. Nələr edə biləcəyinizi, necə bir yol izləməniz lazım olduğunu yavaş-yavaş beyninizdə yaratmalısınız.

Güclü və zəif tərəflərinizi aşkar edin: Vacib olan güclü tərəflərinizi artırmaq və zəif tərəflərinizi minimuma salmaq. Amma bunu bacara bilmək üçün əvvəlcə güclü və zəif cəhətlərinizin nələr olduğunu bilməniz lazımdır və bu hər zaman deyildiyi qədər asan deyil. Özünüzü dinləməlisiniz və bunu mümkün olduğu qədər neytral, özünüzü müdafiə etməyə çalışmadan etməlisiniz. Dəstək almaq üçün ətrafınızdakı insanlardan, yaxınlarınızdan soruşa bilərsiniz. Bu sizə özünüz haqqında yeni bir fikir qazandıra bilər.

Yerləşdirmə: Gördüyünüz işdə yaxşı olmaq üçün nə etdiyinizi bilməniz lazımdır. “Mövqeləndirmə” kim olduğunuz, özünüzü harada görmək istədiyiniz, bacarıqlarınız, sektora və şirkətə nə qədər uyğun olub-olmadığınızdan ibarət bir paraqraftır. Bu bənddə karyera hədəfinizi açıqlayan bir yazı yazmanız, hədəfinizi dəqiqləşdirmək və reallaşdırmaq üçün önəmlidir.

Fəaliyyət: Qarşımızdakı bir-iki il ərzində nə etmək istədiyimizə qərar verdik. Artıq növbə istədiyimizi reallaşdırmaq üçün istifadə edəcəyimiz taktikaları müəyyən etməyə gəldi. Araşdırma edə bilər, sektordakı mütəxəssislərlə danışa və çalışmağı planlaşdırdığınız işdə müvəffəqiyyət qazanmış insanlara nəzər yetirə bilərsiniz. Əvvəlcə həmin sektor və müəyyən şirkətlər ilə bağlı ətraflı məlumat əldə etməlisiniz, daha sonra tanışlarınız və ya onlar vasitəsilə başqaları ilə görüşməkdə böyük fayda vardır, lakin birdən çox şəxslə görüşməyə və onlarla aranızdakı fərqləri göz ardı etməməyə diqqət edin.

Maliyyə: Karyera planında edəcəyiniz dəyişikliklər finansal vəziyyətinizə təsir edə bilər. Başınıza gələ biləcəkləri əvvəlcədən düşünmək və həll yolları ortaya qoymağınız məsləhətdir.

Xülasə: Nə qədər tez-tez karyera xəritənizə və tələblərinə nəzər salsanız sizin üçün o qədər faydalı olar. Əgər karyeranızı planlaşdırmağa yeni başladınızsa hər həftə, əgər daha çox vaxtınız varsa, rahatsınızsa, ayda bir dəfə karyera planınızı nəzərdən keçirməniz tövsiyə edilir.

Mühüm olan planınızı gözdən keçirmək üçün konkret bir vaxt təyin etməyinizdir, beləcə daha sistemli və planlı şəkildə irəliləyə bilərsiniz.

Uğurlar!

Zülfiyyə Sərdarova

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.