coaching.az |

Karl Saqanın məktubu

ABŞ astronomu və astrofiziki Karl Saqan (Carl Edward Sagan) “Voyager 1”in 1990-cı ildə 6.4 milyard km uzaqdan çəkdiyi Yer kürəsi şəklinə baxıb, bəşər tarixinin ən mənalı və təsirli aşağıdakı mesajını vermişdi. Bu mesajı sizinlə paylaşırıq.

“Voyager 1″in 1990-cı ildə 6.4 milyard km uzaqdan çəkdiyi Yer kürəsinin şəkli.

“Kosmosun dərinliyindən bu şəkli çəkməyi bacardıq. Əgər bu şəklə diqqətlə baxsanız orada bir nöqtə görəcəksiniz. O nöqtəyə təkrar baxın – bu nöqtə evimizdir, o nöqtə bizik. Sevdiyiniz hər kəs, bütün tanıdığınız, adını eşitdiyiniz, indiyə qədər yaşayan bütün insanlar həyatlarını o nöqtənin üzərində keçiriblər. Bəşər tarixindəki bütün sevinclər və kədərlər, özündən razı min cür inanclarımız, ideologiya və iqtisadi nəzəriyyələrimiz, bütün ovçular və soyğunçular, hər bir qəhrəman və qorxaq, sivilizasiyamızın memarları və dağıdıcıları, hər bir kral və kəndli, bir-birinə aşiq olan hər bir gənc cüt, hər bir ana və ata, hər bir bacarıqlı uşaq, hər bir alim və səyyah, əxlaq dəyərlərini öyrədən hər bir müəllim, hər bir yalançı siyasətçi, hər bir “super ulduz”, hər bir “ulu öndər”, hər bir müqəddəs və günahkar bax orada yaşadı – günəşin şüasında asılı duran o toz zərrəciyində.

Dünya böyük kainat arenasıda yerləşən çox kiçik bir səhnədir. Bütün o sərkərdə və imperatorların axıtdıqları qan göllərini düşünün… Şan və şöhrət şüalarının işığında bu nöqtənin kiçik bir parçasında qısa müddət üçün ağalıq edə bildilər. Bu nöqtənin kiçik bir küncündə yaşayanların başqa küncündə yaşayan və özlərindən çətinliklə fərqləndirilənlərin üzərində tətbiq etdikləri sonsuz zülmləri fikirləşin… Anlaşa bilmədikləri mövzular nə qədər çoxdur, bir-birlərini öldürməyə nə qədər də həvəslidirlər, nifrətləri nə qədər çoxdur!

Bu işıq nöqtəsi bütün o özümüzə əl qatmalarımıza, özümüzə biçdiyimiz əhəmiyyətə və kainatda üstün mövqeyə sahib olmağımız barədə bəslədiyimiz yanlış inanclarımıza meydan oxuyur. Planetimiz ətrafımızı çevrələyən o böyük kosmik qaranlığın içərisində tək başına duran bir toz zərrəciyidir. İçində yaşadığımız qeyri-müəyyənlik və bütün bu dərinliyin içərisində haradansa başqa bir yerdən köməyin bizə gəlib çatacağına dair hər hansı bir eyham yoxdur.

Dünya indiyə qədər həyata sahib olduğu bilinən tək planetdir. Ən azından yaxın gələcəkdə insan növümüzün köçüb gedə biləcəyi başqa heç bir yer yoxdur. Bəli, haralarsa gedib çıxırıq, ancaq hələki yerləşə bilməmişik. Bəyənsəniz də, bəyənməsəniz də hal-hazırda yaşadığımız yerdir Dünya.

Astranomiyanın təvazökarlığı artıran və xarakteri inkişaf etdirən məşğuliyyət növü olduğunu deyirlər. Mənə qalsa, insanın özündənrazılığının məntiqsizliyini balaca dünyamızın uzaqdan çəkilmiş bu şəklindən başqa göstərəcək heç nə yoxdur. Bu şəkil bizə məlum olan tək evimiz mavi nöqtəyi daha səmimi paylaşmağımız və qoruyub şəfqət göstərməyimiz barədə məsuliyyətimizin altını cızır”.

Karl Saqan, 1994

Arayış:

Carl Edward Sagan (9 noyabr 1934 — 20 dekabr 1996) — аmerikalı аstronоm, аstrоfiziк və görkəmli elm təbliğatçısı. Sаqаn astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur.

Sаqаn astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan “Cоsmos”dan sonra məşhurlaşdı. O, həmçinin “Kоntakt” romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir.

Karl Saqan Marsa enməyə hazırlaşan "Viking" kosmik aparatının modeli ile birlikdə.
Karl Saqan Marsa enməyə hazırlaşan “Vikinq” kosmik aparatının modeli ile birlikdə.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.