coaching.az |

Ən gözəl dua

Bir gün bir rahib bağında zeytun ağacı əkir və dua etməyə başlayır: “İlahi, ağacımın yaxşı böyüməsi üçün ona yağış göndər”. Tanrı rahibin duasını eşidir və yer üzünə yağış göndərir. Ağac yağış suyu ilə qidalanır, böyüməyə başlayır. Duasının eşidilməsinə sevinən rahib yenidən üzünü Tanrıya tutub deyir: “İndi isə ilahi, səndən ağacım üçün bol-bol istilik xahiş edirəm. Ona günəşi göstər”.

Tanrı bu duanı da eşidir və ağacın böyüməsi üçün bol-bol günəş işığı göndərir.

Ağac böyməyə davam edirdi. Ancaq, bu böyümə rahibi qane etmirdi və o, yenidən dua edir: “İlahi, ağacımın budaqlarının və köklərinin möhkəmlənməsi üçün azca şaxtaya ehtiyac var. Səndən bir az şaxta xahiş edirəm”.

Tanrı rahibin bu duasını da cavabsız qoymur və şaxta göndərir. Ağac isə şaxtaya dözməyib məhv olur.

Rahib məyus olur. Dostu olan başqa bir rahibin yanına gedir və dərdini onunla bölüşür.

– Bax, mənim də zeytun ağaclarım var və hamısı gözəl vəziyyətdədir, – deyə dostu aparıb onu bağında bitən yamyaşıl zeytun ağacları ilə tanış edir. – Amma mən Tanrıya başqa cür dua edirdim. Mən ona deyirdim ki, bu ağac sənin öz əsərindir və sən yaxşı bilirsən ki, ona həqiqətən nə lazımdır. Mən ona dua edirdim ki, ağaclarımın qayğısına qalsın. Mən Rəbbimə güvəndim və o da duama ən gözəl şəkildə cavab verdi.

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.