coaching.az |

Emosional yetkinliyin 9 yolu

Yetkinlik hər bir liderin əsas xüsusiyyətlərindən biridir və bu xüsusiyyət ancaq yaşla formalaşmır. Bu, bizim əldə etmək üçün çalışdığımız məqsədimizdir.

Psixi sağlamlıq və yetkinlik sinonim sözlərdir və yetkinlik məsuliyyətdən yaranır. Siz məsuliyyətsizsinizsə, mənəvi və emosional olaraq sağlam deyilsiniz deməkdir. Yetkin insanlar böyük bir həqiqəti anlayırlar: onlar başa düşürlər ki, həyat çox çətindir. Həyat haqqında bu həqiqəti qavramağa qadir olan insanlar həyatın bütün çətinlikləri ilə üzbəüz gəlməyə və onun başqa cür olmasını gözləmədən yaşamağı öyrənirlər. Onlar həyatda hər şeyin öz yolunda getmədiyini, hər şeyin düşündükləri kimi olmadığını və dünyanın onları xoşbəxt etmək üçün öz oxundan çıxmayacağını qəbul etməyi öyrənirlər. Yetkin insanlar bilirlər ki, baş verən hər bir dəyişiklik onların öz daxilindən gəlməlidir, müvəffəqiyyət və uğursuzluq hansı məqamda baş verir. Daha uğurlu, müvəffəqiyyətli və məsqsədyönlü həyat yaşamağın yeganə yolu – tam inkişaf seçimini etmək və yetkin insanın yanaşma və prinsiplərinə uyğun olaraq yaşamaqdır. Bu yanaşma və prinsiplər aşağıdakılardır:

  1. Özünü idarə etmə qabiliyyəti

Yetkin insanlar şəxsi inkişafa, psixologiyaya, özlərinin daxili aləmini və ətrafı anlamağa meyllidirlər. Onlar öyrənməyə açıqdırlar və müşahidələri nəticəsində əldə etdikləri prinsipləri həyatlarının bütün sahələrində şəxsi inkişafa tətbiq edirlər. Bu cür inkişaf – düşüncə tərzi yetkin insanların daha şüurlu yaşamasını və həyatdan xəbərdar olmalarını təmin edir. Çünki onlar öz şəxsi və digərlərinin təcrübələrindən əldə etdikləri həyat prinsiplərinə və müdriklikliyə uyğun yaşamağı bacarırlar.

Bir qayda olaraq yetkin insanların ətrafında onları daim nəzarətdə saxlayan və sevdikləri həyat yolunda onları irəli aparan terapistlərdən tutmuş kouçlaradək insanlardan ibarət bir komanda olur.  Dəstəkləndikləri, öyrədildikləri, düzgün yanaşma tərzi və həyat prinsipləri formalaşdırdıqları üçün müdrik insanlar həyatın gətirdiyi qaçılmaz dəyişiklikləri daha asan şəkildə dəf edə bilirlər. Özlərini idarə etmə qabiliyyətləri sayəsində yetkin insanlar həyatın onlara bəxş etdikləri limonu limonada çevirməyi məharətlə bacarırlar.

  1. Emosional zəka

Həyat problemlərlə doludur. Bunu qəbul etmə bacarıqları yetkin insanları səbrli olmalarına və həyatın daha çətin anlarında aydın şəkildə düşünməyə imkan verir. Problemlərlə üzləşmə və onların həll edilməsi prosesi həyata daha dərin məna verir. Yetkin insanlar həyatın çətinliklərinin bir insanı uğurlu və uğursuz etməyin arasındakı hədd olduğunu anlamaq üçün zəruri olan emosional zəkanı inkişaf etdirirlər.

Problemlər bizim cəsarətimizi və müdrikliyimizi aşkara çıxarır. Yetkin insanlar çətinlikləri sakitliklə və cəsarətlə dəf etmək qabiliyyətlərinin köməyi ilə Allaha, həyata və özlərinə olan inamı inkişaf etdirirlər. Bu proseslərin köməyi ilə onlar emosional və mənəvi cəhətdən böyüyürlər. Benjamin Franklinin dediyi kimi, “bizi incidən şeylər bizi öyrədir”. Ona görə də məhz bu səbəbdən emosional yetkin insanlar qorxmadan həyatın çətinliklərinə sinə gərə bilirlər.

  1. Müsbət yanaşma

Müsbət yanaşma yetkin insanda təbii olaraq yaranır. Onlar belə bir konsepsiyaya inanırlar ki, kifayət qədər əzmlə çalışdıqda, səbr və inadkarlıqla hər şey yolunda gedəcək. Bu cür yanaşma tərzi yetkin insanları özləri və digərləri ilə harmoniyada saxlayır, çünki onların nöqteyi-nəzərincə hər vəziyyəti uduşlu təcrübəyə çevirmək olar. Onlar qarşılıqlı fayda verən münasibətlərdə olma prinsiplərinə malikdirlər və özlərinə və ya yüksək məramlarına xidmət etməyən münasibətlərdən uzaq qaçırlar.

  1. Sərbəstlik

Yetkin insanlar öz həyatını yaşayır və  onlara kimsədən asılı olmamaq sərbəstliyini verən şəxsi inkişafa can atırlar. Yetkin insanlar daşıdıqları öhdəliklər və həyat təcrübələrindən qaynaqlanan sərbəst düşüncə tərzini inkişaf etdirirlər və başqalarının nə dediyinə, nə düşündüyünə fikir vermədən özlərinin müəyyən etdiyi prinsip və məqsədlərə uyğun şəkildə həyat tərzi sürürlər. Bu cür sərbəstlik onların şəxsi keyfiyyətlərinə cəsarət hissini əlavə edir və özlərinə inam hissi yaradır. Onlar kütlə və ya hakim maraqlar arxasınca gedən insanlar deyillər; onlar qəlblərinə, arzu və istəklərinə uyğun hərəkət edirlər.

  1. Məmnuniyyət hissinin gecikdirilməsi

Yetkin insanlar özünü müdafiə yollarını tapırlar. Onlar bilirlər ki, vaxt sərf etdikləri şeylər onlardan səbr, əzmkarlıq və zəhmət tələb edir. Yetkin insanlar məmnunluqlarını təxirə sala bilirlər. Onlar öz məmnunluq hisslərini əvvəlcə bu hisslərdən ötrü bütün ağrı-acılarla üz-üzə gələrək və ağrı-acıları yox edərək daha da artırırlar. Başqa sözlə, onlar yaşamaq üçün yeganə uyğun vasitə kimi öz ohdəliklərini asudə vaxtlarından öndə qoyurlar.

Yetkin insanlar öz problemlərinin həllini tapanadək diskomfort hissinə səbr etməyə hazırdırlar. Birbaşa həll yolları bir çoxlarını məmnun edə bilər, lakin yetkin insanlar bilirlər ki, əsas həll yolları bu problemdən tez yaxa qurtarmamaqla, onu yubatmaqla əldə edilir. Bir sıra faydalı həll yolları problem üzərində fikirləşdikcə meydana çıxır.

  1. Doğruluq və düzgünlük

Yetkin insanlar yüksək vicdana malikdirlər. Onlar nə dərəcədə zərərli və stresli olmasından asılı olmayarq, ancaq doğru olanı bilmək, eşitmək və doğru olanla çalışmaq istəyirlər. Yetkin insanlar özləri və başqaları üçün nə qədər alçaldıcı və çətin olsa da, doğru olanı deməyə hazırdırlar. Onlar başqalarının məsləhətini dinləyəcək və qınaqlara cavab verəcək qədər ağıla malikdirlər.

  1. Cavabdehlik

Yetkin insanlar uğurlu həyat sürürlər, çünki problemlərinə görə başqalarını qınamağa vaxt sərf etmirlər. Onlar öz fəaliyyətlərinə görə gələcək üçün öyrənmə və inkişaf yolu kimi cavabdehlik daşıyırlar. Həyat və həyat şərtləri sonunda bizim öz səy və iradəmizlə yoluna düşməlidir. Yol verilən xətalar isə yetkin insanların canına hopur. Çünki onlar təvazökarlıq edir, yanlış addımları geriyə gedən yox, irəliyə doğru aparan kimi qiymətləndirirlər. Yetkin insan anlayır ki, həyat – onun etdikləridir. Və hər kəsin taleyi onun öz seçimindədir. Yetkinliyə malik olanlar şüurlu qərarlar verərək yaşayırlar, çünki nəticəsi nə olursa olsun, onlar məsuliyyət daşıyırlar.

  1. Əlçatan olmaq

Emosional yetkin insanlar anlayır ki, onların münasibətlərə, layihələrə, məqsəd və işlərinə verə biləcəkləri ən vacib şey onların zamanlarıdır. Yetkin insan nəyisə bəyənirsə və bu onun üçün qiymətlidirsə, o zamanını ona sərf edir, onun üzərində işləyir, qayğısına qalır və ondan zövq alır. Onlar özlərinə dəyər verirlər və ona görə də öz zamanlarının qiymətli hesab edir, bu zamanı mənalı keçirmək istəyirlər. Buna görə də onlar müdaxilələrə açıqdırlar və  vacib zamanlarda əlçatan olacaqlar. Çünki onlar özlərinə və vaxtlarına dəyər verirlər, həmçinin onlar başqalarına sərf etdikləri və keçirdikləri zamanı da qiymətləndirirlər, bu öhdəlikləri öz yaşamlarında prioritet sayırlar.

  1. Mərhəmətli və əliaçıq

Yetkin insanlar səmimi minnətdarlıq, həyatlarındakı geniş çevrəli insanlar, hadisələr və şəraitə görə təşəkkür hissləri ilə yaşayırlar. Yetkinlik məsuliyyət üzərində qurulduğuna görə, yetkin insanlar daha xoşbəxt və daha az depressiyalı və stressli olurlar. Emosional yetkin insanlar xoşbəxtliklərini paylaşmlara və əliaçıqlığa çevirirlər. Onlar öz varlarını və sevinclərini geri qayıdan yollarla başqalarına yardım etmək üçün təklif edirlər. Onların verdikləri geri qayıtdıqda isə emosional yetkinlik təcrübəsi həyatda indiyədək hədiyyə olaraq verdikləri şeylər üçün daha dərin zövq, şəxsi məmnuniyyət və  minnətdarlıq hiss edər.

Bir sözlə, yetkinlik hər kəs üçün bir seçimdir. Kim olduğunuza və nə təklif etdiyinizə nə qədər çox qiymət verirsinizsə, özünüz, maliyyə vəsaitləriniz, vaxtınız və şəxsi həyatınızın qayğısına qalaraq, daha məsuliyyətli olacaqsınız. Siz yetkin insan kimi yaşamağı seçə bilərsiniz. Siz müəyyən prinsip və yanaşmalarla şüurlu şəkildə, və yaxud daim əzilmiş, həyata və bədbəxtliklərə təslim olmuş halda yaşaya bilərsiniz. Albert Ellis deyir ki, “problemlərinizin sadəcə özünüzdən qaynaqlandığına qərar verdiyiniz illəriniz sizin ən yaxşı illərinizdir.  Siz bu problemlərdə ananızı, ekologiyanı və ya ölkə rəhbərliyini günahlandırmırsınız. Siz anlayırsınız ki, özünüz öz taleyinizi idarə edirsiniz”!

Müəllif: Sherrie Campbell | Psixoloq və yazıçı
Mənbə: Entrepreneur
Tərcümə etdi: Sevinc Qarakişiyeva

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.