coaching.az |

Dunning – Kruger effekti

İnsanların öz səriştələrini düzgün qiymətləndirməməsi barədə nəzəriyyə Michigan Universitetinin professoru David Dunning və Cornell Universitetinin professoru Justin Kruger tərəfindən 1999-cü ildə irəli sürülmüşdür. Dunning – Kruger effekti adlanan bu nəzəriyyə metakoqnitiv təhrifi ifadə edir. Alimlər apardıqları eksperimentlər nəticəsində çox maraqlı effekt aşkar ediblər: Aşağı səriştəli insanlar yanlış nəticələrə gəlsələr də və uğursuz qərarlar qəbul etsələr də, səriştələri natamam olduğuna görə səhvlərini dərk etməyə qadir deyillər. Tam tərsinə, öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə sahibdirlər. Onlardan fərqli olaraq, yüksək kompitensiyalı insanlar öz bacarıqlarını kiçiltməyə meyillidirlər – onlar öz gücləri barədə zəif inamdan əziyyət çəkirlər və digər insanları daha səriştəli hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin diqər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar.

Bu nəzəriyyətin həmmüəllifləri öz çalışmalarında Çarlz Darvinin “Cahillik bilikdən daha çox əminlik yaradır” və Bertran Rasselin “İndiki zamanın xoşagəlməyən fəsadlardan biri odur ki, əmin olan insanlar səfehdilər, hər hansı bir anlayış və təxəyyül sahibi olanlar isə şübhə və tərəddüdlə doludurlar” sözlərinə istinad ediblər. Öz nəzəriyyələrinin doğruluq payını yoxlamaq məqsədilə Cornell Universitetinin psixologiya fakültəsinin dinləyiciləri ilə silsilə eksperimentlər həyata keçirən Kruger və Dunning aşağıdakı nəticələrə gəliblər. Onlara görə aşağı səriştələrə sahib olanlar:

  • Öz bacarıqlarını həddindən artıq şişirdirlər;
  • Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər;
  • Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər;
  • Təlimlərdən sonra sahib olduqları səriştəsizlklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.

Həmin fərziyyənin təsdiq edən araştırmaların nəticələri 1999-cü ildə “Journal of Personality and Social Psychology” jurnalıdekabr nömrəsində dərc olunmuşdur.

© ALPHA 2016

Materialdan istifadə zamanı bu araşdırmanın müəllifi ALPHA Coaching & Consulting şirkətinə istinad olunmalıdır.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.