coaching.az |

Cənnət və cəhənnəm

Bir samuray Zen ustadı Hakuinin yanına gəlib, soruşur:

– Həqiqətən də cənnət və cəhənnəm mövcuddur?

Ustad soruşur:

– Sən kimsən?

– Mən bir samurayam – deyə döyüşçü cavab verir.

– Sən ha… – Hakuin samuraya ələ salıcı baxışlarla nəzər salıb, saymazyana şəkildə sözünə davam edir. – Bir özünə bax. Hansı ağa səndən xidmət umar? Sən samuraya yox, dilənçiyə oxşayırsan.

Qəzəbdən qıp-qırmızı olan samuray qılınca əl atır.

Haikun susmur:

– Siz buna baxın. Qılıncı da var imiş! O qədər fərsiz adama oxşayırsan ki, başımı kəsə bilməzsən.

Gözlərinə qan sızan samuray qılıncı qınından çıxarır və Ustadı vurmağa hazırlaşır.

Bu zaman Hakiun sakitcə deyir:

– Bax, cəhənnəmin qapıları belə açılır.

Ustadın soyuqqanlı danışığına heyrətlənən samuray məsələnin nə yerdə olduğunu anlayır və eşitdiyi hikmətli sözün də təsiri ilə qılıncı qınına salaraq, hörmətlə əyilir.

Qılıncın qınına girdiyini görən ustad sözünü belə bitirir:

– Cənnətin qapıları da belə açılır.

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.