Çətinlikləri aşaraq uğurlu sahibkar olmaq istəyirsinizsə, uğurlu iş fikrinə sahib olmaqdan daha yaxşı nə ola bilər? Bəs uğurlu iş ideyaları necə yaranır?
Özünüzə düzgün sualı verin.
Cavab tapılması lazım olan sual budur: Hansı problem və ya ehtiyac üçün riskə gedirsiniz və həll yolunu tapmaq üçün uzun müddət tərəddüd edirsiniz mi?
Bilin ki, iş qurarmağa hazırlaşarkən fərdi motivasiyanızın və ya eqoistcə səbəblərinizin olması yaxşıdır. Öz işinizin müdiri olmaq və öz taleyinizi təyin etmək istəyə bilərsiniz. Ancaq uğurlu olmaq üçün önəmli olan müştərilərin problemlərini, ehtiyaclarını digərlərinə görə daha yaxşı həll edən məhsulları və ya xidmətləri tapmaq tələb olunur. Bunun öhdəsindən gələ biləcəyinizi hiss etmirsinizsə, uzun müddət müvəffəqiyyət qazana bilməzsiniz.
Həqiqət budur ki, sıfırdan uğurlu bir iş qurmaq ciddi mənada fədakarlıq tələb edir. Bundan başqa, qarşınıza işinizin uğursuz olmasına səbəb olan bir çox maneə çıxacaq. Ciddi şəkildə qərarlı olmasanız uğur qazana bilməzsiniz.
Böyük ideyalar necə yaranır?
Bir iş üzərində işləyən zaman tez-tez araşdırma etməli və düşünməlisiniz. Ancaq böyük fikirlər hər zaman belə yaranmaz. Böyük fikirlər daxili dərinliklərdən üzə çıxar. Eyni zamanda çətin problemləri müəyyənləşdirmək və həll etmək üçün də dərin düşünmək lazımdır.
Beynimizin romantik, yaradıcı, ilham verici və ya dərin fikirlərə qərq olması rahatkən, yorğunkən və ya mənasız bir işlə məşğul olarkən çatması daha asan olur.
Gözlənilməz bir anda lampa yana bilər.
Daha əvvəllər uğurlu olmuş vı sınaqdan keçmiş bir iş qurmaq istədikdə araşdırmağınız və təhlil etməyiniz kifayətdir. Ancaq, yeni anlayışlar və fikirlər üçün günlərlə, həftələrlə və hətta aylarla düşünmək lazım ola bilər. Çünki bu fikirlər beynin tamamilə fərqli bir hissəsindən ortaya çıxar.
Avtobusla səfər edərkən, yarı yuxulu olarkən və s. kimi hallarda ağılımıza bir fikir gəlir. Bəzən də iş yoldaşımızla dəhlizdə danışarkən bir problemin həlli birdən ağlımıza gəlir. Belə hadisələr zaman-zaman başımıza gəlir. Bir iş adamı “o an”ı belə xatırlayır:
“Əvvəllər bir şirkətin satış və marketinq bölməsinə rəhbərlik edirdim. Çətin bir idarə heyətinin iclasından sonra CEO, CFO və mən konfrans zalında nahar edirdik. CEO bir anda mənə tərəf çevrildi və “strategiyamızı nə zaman öyrənə biləcəksən?” deyə soruşdu. O anda ayağa qalxdım və “strategiyamızın nə olduğunu bilmək istəyirsən? Buyur baxaq” dedim, yazı taxtasına tərəf gedib iki istiqamətli strategiyamızı yazdım. Üçümüz də uzun müddətdən bəri cavab verməkdən qaçdığım iki istiqamətli cavabıma baxdıq. Bu strategiyam sonrakı dörd il ərzində çox uğurlu oldu.
Problemin cavabını aylardır düşünürdüm, ancaq o ana qədər nəticəyə çatdığımızın fərqində deyildim. Müvəffəqiyyətli biznes üçün böyük fikirlər belə doğular. Tez-tez gəlməzlər, ancaq gəldikləri zaman bunu bilərsiniz və hərəkətə keçmək üçün əsla gözləməzsiniz”.
İdeya: Zülfiyyə Sərdarova | coaching.az