Bir dəqiqə, bəlkə də bütün bunların hamısı ilə razısınız, amma, sadəcə sizin bir probleminiz var: siz doğuşdan fərqlisiniz və qavrama, anlama, konsantrasya olma probleminiz var. Hətta, məktəb illərində də digər uşaqlardan daha zəif idiniz? O zaman sizə bizim professordan bir xəbərim var.
Riyazıyyat adətən ən çox qorxulan və ən çətin sahə olaraq qəbul edilmişdir, həm də, bütün dünyada. Bu sahədə uğurlu olan insanların doğuşdan, bu bacarıqlara uyğun dünyaya gəldiklərini, beyinlərinin fərqli işlədiyini düşünən, buna inanan milyonlarca insan var.
Gəlin görək professor bu mövzuda nə deyir və bundan sonra dərsimizi alaq və yolumuza fərqli bir baxışla davam edək.
“Insanlarda riyaziyyat elmi haqqında çox məşhur bir şərtli yanaşması və inancı var. İnsanların doğuşdan, dünyaya gəliklərində riyaziyyat sahəsində uğurlu olacaq və ya, uğursuz olacaq şəkildə doğulduqlarına inanırlar. Yəni insan ya, yaxşı riyaziyyatçı olaraq doğulur, ya da, yox. Amma, bu doğru deyil. Biz, bütün riyaziyyatçılar üçün, bu sahə çətindir. Biz digərlərindən fərqli olaraq, qarşımızdakı riyaziyyat məsələlərini, teoremlərini, problemlərini həll edərkən daha az mübarizə aparırırq deyə bir şey yoxdur. Sadəcə olaraq biz bu mübarizəni idarə edə bilirik. Biz bu mübarizələrlə daha geniş miqyasda məşğul olmağı bacarırıq və buna hazırıq. Biz, lazım qətiyyəti özümüzdə bu keçmiş illər ərzində çətinliklə formalaşdırmışıq.”
Daha çox uzatmayacağam, yəqin ki, professorun bu son dedikləri, bir çox sualımıza əla cavab verir.
Bunu deyən kimdir? Bəli, hazırda sahəsinin ƏNlərindən biri olan bir professor, yəni hansısa adi bir insan deyil və buna görə də, hər halda dedikləri üzərində düşünməyə dəyər. Dediklərimi mütləq şəkildə qəbul edin və razılaşın demirəm, sadəcə düşünün.
Nəyi düşünməliyik?
Etmək istədiyimiz, reallaşdırmaq istədiyimiz nədir, nələrdir və bunları “niyə hələ də edə bilməmişəm?” sualı üzərinə düşünməliyik. Yəni, bu suala verəcəyimiz cavablar arasında yuxarıda vurğuladığım səbəblər və ya onlara bənzər nələr deyiriksə, o zaman ikinci dəfə özümüzü sorğulayaq.
Sahəsində bir insanın yüksələ biləcəyi ən yüksək zirvəyə çıxmış bir insan – həm də, ən çətin sahələrdən biri – bu sahədəki uğurunu qeyri-adı, doğuşdan verilmiş bacarıqlara, istedadlara deyil, birbaşa zəhmətə, əməyə, disiplinə bağlayır, bununla əlaqələndirir.
Sən indi, sadəcə qonşudakı hansısa dayının, xalanın, ya da, hansısa qohumun bu sənlik deyil, bacarmazsan, ya da, özünün mən bu cür çətin işlərin öhdəsindən gələ bilmərəm və bənzər səthi bəhanələrəmi inanacaqsan yoxsa, çətin, amma doğru olan yolumu seçəcəksən?
Bu yazıda əsas mesaj o deyilki, bütün sahələrdə eyni səviyyədə uğur qazanmağımız mümkündür. Əksinə, əgər çox istəyiriksə və cəhd etmişik, ancaq alınmayıbsa, bu o demək deyil ki, bu iş bizlik deyil və biz bu iş üçün doğulmamışıq. Ya yanlış metodlar, strategiyalar izləmişik, ya da hələ yetəri qədər əmək sərf etməmişik.
Gələcəyimizi həsr edəcəyimiz sahəni seçmək həddindən artıq vacibdir, bundan da vacib olan kənardakı bizə məsləhət verən insanların və özümüzün limitləyici tövsiyələrinə qarşı güclü zehni immun sistemimizi bəsləyib saxlamaq, daha da gücləndirməkdir.
Ümid edirəm ki, bu yazıdakı yazılanları hər dəfə xatırladığınızda, zehninizdəki “mükəmməl siz”in yetişdiyi o qalanın müdafiəsini daha da möhkəmləndirmiş olacaqsınız.
Hələlik…
© 2017 · coaching.az
Məqalənin I hissəsini burada oxuya bilərsiniz.