coaching.az |

Yüksək performanslı liderlik üslubunun yaradılması

Platinium qaydası – başqaları ilə səninlə davranmalarını istədiyin kimi davranmaq – sizi ən qısa vaxtda daha həssas və effektiv lider və kouç edəcək. Platinium qaydasının kouçinqin demək olar hər bir sahəsində kifayət qədər müsbət təsiri var. Liderlərə məxsus dörd davranış üslubunun hər birində (aşağı bax) ünsiyyət qurmağın və tapşırıqları ötürmənin, təqdir etmənin və digərlərinə düzəlişlər etmənin, motivə etmənin və məsləhətlər vermənin fərqli metodları var. Bütün sadalananlar bu qısa məqalədən daha çox şeyi ifadə edir. Amma yenə də, sadəcə əməkdaşlarınızla deyil, eyni zamanda müştərilərinizlə də uzlaşma və səmərəliliyinizi necə artırmağın lazım olduğunu izah etmək istəyirəm.

Gücünüz haradan qaynaqlanır?

 İlk öncə dərk etməlisiniz ki, əməkdaşlarınıza təsir etmə gücünüzün iki mənbəyi var: “Vəzifə gücünüz” və “şəxsi gücünüz”.  Vəzifə gücü odur ki, sən CEO-san – departamentin rəhbəri, regional satış müdiri və bir çox digərləri bu iyerarxiyada səndən sonra gəlir. Amma, şəxsi güc onu qazanmaq və inkişaf etdirməklə əldə olunur. Vəzifə gücü insanlara təsir etmək üçün başlanğıc nöqtədir, amma nəticədə işçilərinizin sizə verə biləcəyi yeganə şey itaət etmək olacaq. Bunun əksinə olaraq, itaəti həqiqi öhdəliyə, əməkdaşlığa və müştərəkliyə çevirən məhz şəxsi gücdür.

İşçilər son illərdə daha çox nüfuza sahib olublar. Məhkəmə qərarları, daha da sadələşdirilən və aydınlaşdırılan idarəetmə nəzəriyyələri onların daha çox söz haqqına sahib olmalarına güclü təsir etmişdir. Danılmaz bir faktdır ki, rəhbər idarəolunanlar tərəfindən səmimiyyətlə qəbul olunduğu təqdirdə əsl liderə çevrilir.

Beləliklə, şəxsi gücün – xüsusilə, insanlarla maraqlana bilmə bacarığınızın – təşkilatınız və sizin üçün getdikcə önəmi artmaqdadır.

Qıcasası, əgər siz əməkdaşlarınızın fərdiliyini, onların bir-birindən əsas fərqlərini qiymətləndirsəniz, onlar qalib komandada olduqlarını hiss edəcək, daha da çox və faydalı şəkildə çalışacaqlar. Onların üzərində güc əldə etmək əvəzinə onlara səlahiyyətlər verin.

Siz bunu dinləməyi öyrənməklə, müşahidə aparmaqla və onlarla söhbət etməklə əldə edə bilərsiniz. Daha sonra onlar özlərini vacib və arzulanan hiss edəcəklər. Platin qaydasını tətbiq etmək məhz budur. Beləliklə, daha az gərginlik və münaqişələrin və daha effektiv və motivasiyalı işçi qüvvəsinə sahib olduğunuzun şahidi olacaqsınız. 

Liderliyin inkişafı: ən yaxşı liderlik üslubları

Unutmayın ki, ən yaxşı lider müəyyən bir davranış tərzinə və ya bəzi ideal üslubların qarışığına sahib kimsə deyil. Bunun əvəzinə, ən yaxşı lider bir iş və ya vəzifənin tələblərini anlayan və məhz bunu reallaşdıran insandır! Bu, müxtəlif vəziyyətlərdə fərqli davranış üslubları ilə yaxşı işləmək bacarığına sahib olmaq deməkdir.

Şirkət struktur dəyişikliyi edərkən və ya qrupun nəzərinə yeni mövzular çatdırarkən, davranış üslublarından agah olan liderlərə tələbat mütləq artacaqdır. Belə hallarda liderlər daxili instinktlərinə güvənərək öz üslublarında hərəkətə keçəcəklər. Digər hallarda isə, çox güman ki, onlar uyğunlaşmağa çalışıb, Platium qaydasını tətbiq etməyi seçəcəklər. Digər tərəfdən, əgər üslublar arasında kəskin fərq sezərlərsə, durumu ələ alacaq üçüncü bir şəxsi cəlb edəcəklər.

İdarəçilərə iş mühitini dəyişmək üçün digər bir açıq seçim – işçinin vəzifələrini yeniləməklə, layihə və ya iş üçün nəzərdə tutulan bitiş vaxtlarını dəyişdirmə və ya prioritetləri tənzinləməklə işçilərə öz güclü tərəflərini göstərmək üçün fürsətlərin yaradılmasıdır.

Məsələn, dostlarımızdan biri şirkətin mühasibi və ofisin meneceri olaraq çalışır. O, öz işində çox təcrübəlidir, lakin onun rəhbəri işdə olmadığı vaxtlarda o da telefon zənglərinə cavab verməli olurdu, problemin başlanğıc nöqtəsi də elə bu vaxtlara təsadüf edir. Mühasibin kobudluğu və nəzakətsizliyi ilə əlaqədar şikayət ardınca şikayət gəlir. Nəhayət, rəhbər özü gizli müştəri kimi ofisə zəng edir və onun davranışlarından çox sarsılır.

Mühasib vəziyyəti “Müştərilərin zənglərinə cavab verməyə nifrət edirəm” deyə açıqlayır və deyirdi: “Onların zəngləri məni məşğul olduğum işdən ayırır”.  Belə olan halda rəhbər heç bir söz demədən telefon zənglərinə cavab vermək üçün işə yeni bir işçi götürdü. Artıq hər kəs – rəhbər, mühasib və müştərilər – daha məmnun idi. Bu Vicdanlı mütəfəkkir liderlik üslubuna xas davranış idi.

Hər bir təşkilatın öz rəqibləri arasında ən yaxşılardan olması üçün dörd üslubun hamısına ehtiyac duyulur. Siz deyə bilməzsiniz ki, “Biz satış istiqamətli təşkilatıq, bizim sadəcə Sosiallaşmaya təsir edən liderlik üslubuna ehtiyacımız var və ya biz mühəndislik təchizatçılarıyıq və bizim yalnız nəticəyə fokuslanmış Dominant direktorlaraVicdanlı mütəfəkkirlərə ehtiyacımız var. Sizin dörd üslubun hər birinə ehtiyacınız var, amma təbii ki, doğru yerdə.

Ancaq, hər bir halda, siz idarəçi olaraq öz üslubunuzun fərqində olmalı və bunun digərlərinə necə təsir etdiyini bilməlisiniz. Üslubunuz barədə son dərəcə məlumatlı olmağınız sizə sadəcə bir rəhbər olmaqdan daha çox şey verər, yəni artıq lider olarsınız.

Seçdiyiniz əsas üslubun hansı olmasından asılı olmayaraq, daha çox xoşagələn olmağa çalışın. Ətrafdakılara tez uyğunlaşma bacarığınız əməkdaşlarınızla aranızda körpü rolunu oynaya və onların özlərini dəyərli hiss etməsinə yardımçı ola bilər. Maraq və narahatlıqlarına, güclü və zəif tərəflərinə ən yaxşı şəkildə reaksiya verməyi öyrənərək, həm əməkdaşlarınızdan, həm də müştərilərinizdən daha çox qarşılıqlı faydalana bilər, eyni zamanda hər birini məmnun etmiş olarsınız.

  • Dominant direktorlar: Mətanətli və güclü, özünə inamlı və rəqabətcil, qərarlı və riski sevən. Səbirsizlikləri bəzən onları pis vəziyyətdə qoysa da, idarəetmə masasında kimin oturduğundan heç şübhə etmirlər.
  • Sosiallaşmaya təsir edənlər: Hadisələrin mərkəzində olmaqdan məmnuniyyət duyan, optimist, həvəsli insanlar. Onların bölüşmək üçün bir xeyli ideyaları var və danışmağı çox sevirlər, xüsusilə özləri haqqında.
  • Stabil Münasibətçilər: Sabitliyi riskdən daha çox xoşlayan, digərləri ilə münasibətlərinin qayğısına qalan, komandanın xeyirxah üzvləridir. Onlar xoşagələndir, lakin bəzən həddan artıq çərçivəli və dəyişmək üçün ləngdirlər.
  • Vicdanlı mütəfəkkirlər: Özünü idarə edən və təmkinli, duyğu üzərinə analiz etməyi üstün tuturlar. Dəqiqlik və nizamı sevirlər, ancaq bir az rəsmiyyətpərəstdirlər.

Bəs siz hansı tərzə sahib lider/kouçsunuz?

Məqalənin müəllifi: Dr. Tony Alessandra | Amerikalı yazıçı və motivasiya spikeri, satış və marketinq sahəsinə aid bir sıra bestseller əsərlərin müəllifi. “The Platinum Rule” davranış dəyərləndirməsi modelinin müəllifi.

Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting

Mənbə: International Coach Federation blog

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.