“Əgər emosional bacarıqlarınız aktiv deyilsə, əgər özünüdərketmə qabiliyyətiniz yoxdursa, sizi məyus edən hisslərinizi idarə edə bilmirsinizsə, empatiya hissiniz və effektiv münasibətləriniz yoxdursa, o zaman nə qədər ağıllı olursunuzsa olun, çox uzağa gedə bilməyəcəksiniz.”
Məşhur yazıçı və liderlik üzrə tədqiqatçı Daniel Goleman özünün ən çox satılan “Emosional İntellekt: Niyə o IQ-dən daha önəmlidir”kitabında bu aktual mövzudan bəhs edirdi.
Goleman öz işini insanları uğurlu edən şeyin nə olduğunu tapmağa həsr etmişdi. Sonda o təəccüblənərək, bunun insanların emosional intellektindən irəli gəldiyini bildirmişdi. Bu, insanı mükəmməlliyə aparan lokomotivdir.
Bəs tam olaraq emosional intellekt (Eİ) nədir? “Psychology Today” jurnalı belə izah verir:
- Həm özünün, həm də başqalarının duyğularını sərrast şəkildə ayırd edə bilmə bacarığı;
- Duyğularından istifadə etmək və onları işdə tətbiq etmə bacarığı, sanki düşünmək və problem həlletmə kimi;
- Özününkülər də daxil olmaqla, duyğuları idarə etmə bacarığı, həmçinin digər insanın əhvalını qaldırma, yaxud onu sakitləşdirmə bacarığı;
Emosional intellekt konsepsiyası 1990-ci illərdən etibarən Yale universitetinin psixoloqları John D. Mayer və Peter Salovey tərəfindən elmə gətirilmişdir. Lakin Goleman Eİ üzərində araşdırmaları daha da dərinləşdirdi və bir şirkətin əməkdaşlarının Eİ səviyyəsi ilə, onun uğuru arasında əlaqəni tapdı:
- Yüksək Eİ-si olan işçilər özünüdərketməyə sahib olur və bu onların həmkarlarını daha yaxşı anlamasına və tapşırıqları vaxtında yerinə yetirməsinə yardımçı olur;
- Yüksək Eİ sahibləri müştəri tərəfindən edilən tənqiddən narahat olmaq əvəzinə nəticələrə fokuslanarlar;
- Əgər iki namizədin bərabər İQ-sü varsa, daha yüksək Eİ-yə sahib olanı şirkətiniz üçün ən uyğunudur.
Golemanın dediyi kimi, xüsusilə peşəkar iş dünyasının önəmli bir hissəsinə çevrilmiş emosional və sosial bacarıqların çatışmazlığını uzun müddət gizləyə bilməzsiniz. Bəs bu əhəmiyyətli özəlliyi necə fərq edəcəyinizdən əmin deyilsiniz? Aşağıda yüksək emosional intellektli insanların yeddi xarakteri qeyd edilib:
- Onlar üsulları dəyişirlər.
Yüksək Eİ-li insanlar dəyişikliklərdən qorxmurlar. Onlar anlayırlar ki, bu həyatın önəmli bir hissəsidir və buna uyğunlaşırlar.
- Özlərini dərk edirlər.
Onlar nədə peşəkar olduqlarını və nəyi hələ də öyrənməyin lazım olduğunu bilirlər – zəif tərəfləri onları geri çəkmir. Hansı mühitin onların iş üslubuna uyğun olduğunu bilirlər.
- Onlar empatiyaya sahibdirlər.
Eİ-nin məxsusi özəlliyi digərləri ilə ünsiyyət qura bilməkdir ki, bu də onları iş yerində önəmli fiqur edir. Doğuşdan sahib olduğunuz bu bacarıqla, müştərilərin yaxud iş yoldaşlarının nə istədiyini anlamaqla, çətin vəziyyətlərdən asanlıqla azad ola bilərsiniz.
- Onlar perfeksionist (mükəmməlçi) deyillər.
Güclü motivasiyalarının olmasına baxmayaraq, Eİ-yə sahib insanlar bilir ki, mükəmməlik mümkünsüzdür. Onlar zərbələr alır və səhvlərdən öyrənirlər.
- Onlar tarazlığı qoruyurlar.
Özünüdərketmə sayəsində onlar sabit sağlam peşəkar heyətin olmasının nə dərəcədə önəmli olduğunu təbii olaraq başa düşürlər. Onlar yaxşı qidalanır, keyfiyyətli yuxu alır və müntəzəm şəkildə fiziki işlərlə məşğul olurlar.
- Daxillərində bir maraq duyğusu var.
Doğuşdan gələn bir maraq və heyranlıq duyğusu ətrafa qarşı məftunluq duymalarına səbəb olur. Onlar mühakimə etmir; mümkün variantları kəşf edirlər. Daim suallar verir və yeni həllərə qarşı açıq olurlar.
- Onlar minnətdardırlar.
Emosional intellektli insanlar iş yerini və dünyanı daha mükəmməl etməyin yollarını bilirlər.
Bəs sən onlardan birisənmi?
Müəllif: Rhett Power | Peşəkar kouç, yazıçı
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2019 · coaching.az