coaching.az |

Yeni idarəçilər nələrə fokuslanmalıdırlar?

Ən həyəcan verici və eyni zamanda qorxudan vəzifə dəyişikliklərindən biri ilk dəfə idarəetməyə – rəhbər vəzifəyə təyin olunmaqdır. Bütün karyeram boyunca – yeni bizneslər qurarkən, CEO-larla konsultasiyalar apararkən, ən son kitabım olan “Lütfkar insanlar”da dünyanın ən yaxşı 100 liderinin fəlsəfə və inanclarını araşdırarkən mükəmməl rəhbər və ya lider olmaq üçün lazım olan ən önəmli tələbləri müəyyənləşdirə bildim. İstər müsahibə mərhələsində, istərsə artıq uğurlu namizəd kimi rəhbər vəzifəyə təyin olunduqdan sonra sizin uğurlu istiqamətdə hərəkətinizə kömək edəcək və bilməli olduğunuz bəzi prinsiplər var. Aşağıda bunlardan beşi qeyd olunmuşdur:

Liderlik fəlsəfənizi formalaşdırın. Liderlik və idarəetmə – hər ikisi uğurlu ardıcıllar yetişdirə bilməkdir, doğrudurmu? Tom Peters tərəfindən izahı verilən bir fikri oxuyarkən, mən də buna inandım: Əsl liderlik özündən sonra liderlər yetişdirə bilməkdir. Peterin dediyinə görə yaxşı lider digərlərini də özü ilə bərabər şəklə gətirmə öhdəliyi olandır. Buna görə, mənim ilk məsləhətim, öz liderlik fəlsəfəniz haqqında ciddi şəkildə düşünün. Düşünün: digərlərinə nə etmək barədə göstəriş vermək niyyəti ilə vəzifənizin sizə verdiyi səlahiyyət üçün həyəcanlısınız yoxsa başqalarına da eyni səviyyəyə gəlmələrinə yardım etmək üçün?

İdarə və rəhbərlik etdiyiniz günə fokuslanın. Mükəmməl liderliyin uzun-müddətli məqsədi sizin performansınızı belə aşan yeni nəsil liderlər yetişdirməkdir. Şübhə yoxdur ki, ən yaxşı liderlər eyni zamanda ən yaxşı mentorlardır. Amma liderliyin və rəhbərliyin günlük fokuslanmalı olduğu faydalı iş məhdud resursları – pul, vaxt, insan – düzgün bölə bilməkdir. Uzunmüddətli, ən önəmli sahələrə yatırım etmək istəyirsiniz? Vaxtınızı onun səmərəliliyi və dövriyyəsi baxımından incələyirsinizmi? Tətbiq etdiyim ən yaxşı nümunələrdən biri vaxtımın əsas prioritetlərə necə sərf etdiyimi öz təqvimim vasitəsilə təftiş etməkdir.

Əsas prioritetlərinizi və münasibətlərinizi aydınlaşdırın. Şübhəsiz ki, məhz sahib olduğunuz ünsiyyət bacarıqları sizi bu qədər irəli apara bilib, lakin indi ünsiyyətinizdə əvvəlkindən daha diqqətli olmasınız. İclaslar zamanı prioritetlərinizi aydınlaşdırmaq üçün bacardığınız qədər özünüzə suallar verin: Bu iclası məlumat vermək, təqdimat etmək yoxsa təsdiq almaq məqsədilə keçirirsiniz? Bunu ön plana çıxarmaqla, digərlərinin də durumu anlamalarına yardımçı olarsınız. Həm toplantılar, həm də digər ümumi görüşlər zamanı əsas məqsədlərinizi və bu məqsədlərə çatmaq üçün vacib prioritetləri xatırlatmaq fürsətinizdən mümkün qədər çox faydalanın. Məqsəd və prioritetləriniz üçün tutarlı dəlilləriniz olsun. Eyni zamanda indiyə qədər işlədiyim ən yaxşı CEO-lardan biri mənə heç unutmayacağım bir məsləhət verdi: Heç vaxt prioritetləriniz 5-dən artıq olmasın. Bu prioritetləri komandanızla birlikdə təkmilləşdirin, amma bunlardan ən azı birini tamamlamayana qədər bu siyahıya digər bir prioritet əlavə etməyəcəyinizi də xatırladın.

Ümumi dəyərlər və standartlar formalaşdırın. İnsanlar ortaq bir fikrə gəlib, hamı üçün ortaq olan dəyərlər və standartlar formalaşdıra bilsələr, bununla çox problem öz-özünə həllini tapa bilər. “Lütfkar İnsanlar” kitabımda qeyd etmişdim ki, nümunəvi bir liderin “səxavətini” müəyyən edən ən vacib dəyərlər onun dürüstlüyü, mərhəməti və bütünlüyüdür. Həqiqi dürüstlüyə, xüsusilə özünüdərkə sahib olmaqla rəhbərlər və şirkətlər  mərhəmətli olma bacarıqlarını daha çox inkişaf etdirəcək. Mərhəmətli lider aydın, empatik və comərd mühakimə etmə qabiliyyətinə sahibdir. Və nəhayət bütünlük. Mənə görə bu liderin qazandığı uğurdan fərdi məmnun olmaqdan daha çox , öz komandasının bunu əldə etmək üçün əllərindən gələnin ən yaxşısını etdiyini bildiyini onlara hiss etdirməsi mənasına gəlir.

Unutmayın, qorxmaq və zəifliyinizi hiss etmək kifayətdir. Sahibkarlıq, rəhbərlik və liderliyin əsası zəiflik və onun əksinə əzmkarlıq arasında bir gərginlik yaşanmasını tələb edir. Heç birimiz 100% əminliklə doğru istiqamətdə olduğumuzu bilmərik, amma hər səhər işə başlayarkən digərlərinə etibar etməyimiz arzu olunur. “Riskə getmə” öz zəifliyinlə daxilində mübarizə etmək üçün işlədilən MBA terminidir. Zəifliyin bütün peşələrin komponenti olduğunu qəbul etdikdə, bu müsbət dəyişiklik potensialı yaradır və biz qorxularımızdan daha çox uzaqlaşırıq. Yeni lider və rəhbərlər üçün də çağırış və  fürsətlər heç kimin yenilməz olmadığı anlayışından qaynaqlanaraq gəlir. Bu komanda üzvlərində qərarların düşünülmüş, balanslı şəkildə verildiyinə dair güvən yaradır. Və ən nəhayət, bu ən strateji yanaşmanın uğurun ən güclü və potensial təməli olduğunu sübut edir. Biznesin həyatdakı digər şeylərdən heç bir fərqi yoxdur – sən ancaq nəzarətdə saxlaya biləcəyinə nəzarət edirsən, və əgər liderliyin çox vaxt təkbaşına qalmaq və öz-özünə şübhə etmək olduğuna inanmırsansa, deməli, hələ lider olmağa hazır deyilsən. Nə olur olsun öz zəifliklərinizi qiymətləndirin və qəbul edin, çünki əgər bunu hiss etməsəniz, çox güman ki, özünüzü kifayət qədər çətinliyə itələyə bilməyəcəksiniz.


Anthony Tjan | The Cue Ball Group şirkətinin qurucusu və CEO-su

Mənbə: Harvard Business Review

Tərcümə: Lalə Rəsulova | coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.